Icma.az
close
up
RU
45 dəqiqəlik sistem köhnəlib?

45 dəqiqəlik sistem köhnəlib?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Təhsil mütəxəssislərindən yeni təklif

Son zamanlar təhsil mütəxəssisləri və pedaqoqlar arasında ən çox müzakirə olunan məsələlərdən biri məktəblərdə dərs saatlarının müddəti və tənəffüslərin vaxtıdır. Xüsusilə ibtidai siniflərdə dərs saatlarının 45 dəqiqə yox, 30-35 dəqiqə olması, eyni zamanda tənəffüslərin 5 dəqiqə əvəzinə 10-15 dəqiqə müəyyənləşdirilməsi təklif olunur. Bu, sadəcə, nəzəri fikir deyil, həm də elmi araşdırmalarla təsdiqlənmiş bir zərurətdir.

Psixoloqların və pedaqoqların apardıqları tədqiqatlara görə, ibtidai sinif yaş qrupunda şagirdlərin diqqəti aktiv şəkildə cəmi 20-25 dəqiqə toplanmış olur. Daha uzun müddət davam edən dərslər isə şagirdlərdə yorğunluq, diqqət dağınıqlığı və öyrənmə həvəsinin azalmasına gətirib çıxarır. Hazırkı 45 dəqiqəlik dərs sistemi şagirdlərdən maksimum deyil, əksinə, minimum nəticə alır.

Mütəxəssislərin fikrincə, uşaqların uzun müddət parta arxasında hərəkətsiz oturması onların yalnız psixoloji durumuna deyil, həm də fiziki sağlamlığına mənfi təsir göstərir. Bu isə gələcəkdə həm təhsil nəticələrinə, həm də ümumi həyat keyfiyyətinə zərər verə bilər.

Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dərs müddətinin qısaldılması və tənəffüslərin artırılması təhsilin keyfiyyətinə mənfi deyil, əksinə, müsbət təsir göstərir.

Finlandiya təhsil sistemi artıq uzun illərdir dünya üzrə ən uğurlu sistemlərdən biri kimi qəbul olunur. Burada dərslərin müddəti 30-35 dəqiqədir. Hər dərsdən sonra uşaqlara 15 dəqiqəlik fasilə verilir. Günlük dərs sayı isə cəmi 3-4-dür. Burada əsas prinsip belədir: “Çox öyrətmək yox, yaxşı öyrətmək.”

Yaponiyada gündəlik dərs sayı 4-5 olmaqla yanaşı, dərslər arasında 10-15 dəqiqəlik fasilələr mövcuddur. Məktəblərdə uşaqlar yalnız akademik bilik almır, həm də sosial və emosional bacarıqlarını inkişaf etdirirlər. Şagirdlər məktəbin təmizliyində iştirak edir, bu da onlarda həm əmək vərdişlərini, həm də sosial məsuliyyət hissini gücləndirir.

İsveçdə təhsilin əsas məqsədi stressiz və yaradıcı mühitin qurulmasıdır. Burada rəqabət minimuma endirilir, uşaqlar dərsdən sonra oyun və istirahət zonalarında dincəlir, bu isə onların kreativ düşüncə və özünüifadə bacarıqlarını inkişaf etdirir.

Bu ölkələrin təcrübəsi göstərir ki, dərs saatlarının azaldılması və tənəffüslərin artırılması uşaqların akademik nəticələrinə mənfi təsir etmir, əksinə, onların intellektual və emosional inkişafını sürətləndirir.

Mütəxəssislər qeyd edir ki, Azərbaycan təhsil sistemində də bu istiqamətdə islahatların aparılması, yeni pilot layihələrin, proqramların həyata keçirilməsi vacibdir.

Kamran Əsədov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil mütəxəssisi Kamran Əsədov qeyd edib ki, dərslərin 40 dəqiqə, tənəffüslərin isə 10 dəqiqə müəyyən edilməsi həm şagirdlərin psixoloji durumuna, həm də ümumi öyrənmə keyfiyyətinə müsbət təsir göstərə bilər: “Uzunmüddətli tədqiqatlar göstərir ki, şagirdlərin diqqət müddəti dərs prosesində müəyyən həddən sonra zəifləməyə başlayır. Məsələn, 45 dəqiqəlik ənənəvi dərs müddətində ilk 20-25 dəqiqədə yüksək diqqət müşahidə olunur, lakin sonrakı mərhələlərdə yorğunluq və zehni dağınıqlıq qaçılmaz olur. Bu isə həm müəllimlərin izah prosesini, həm də şagirdlərin dərsi qavrama səviyyəsini zəiflədir.

Qısa, amma müntəzəm fiziki fasilələr yalnız öyrənmə prosesinə deyil, həm də sinifdəki psixoloji mühitə müsbət təsir göstərir. Belə fasilələr şagirdlərin həm diqqətini, həm də intizamını artırır, onların aktivliyini dəstəkləyir.

Azərbaycanda da dərslərin 40 dəqiqə, tənəffüslərin isə 10 dəqiqə müəyyən olunması müsbət nəticələr verə bilər. Bu, həm şagirdlərin daha çox fokuslana bilməsinə, həm sağlam sinif mühitinin formalaşmasına, həm də ümumi öyrənmə keyfiyyətinin yüksəlməsinə səbəb olacaq".

Təhsil mütəxəssisi Elşən Qafarov da qeyd edib ki, istənilən halda tənəffüzlər 10 dəqiqə olmalıdır: “Amma ora eyni zamanda şagird sıxlığı əlavə olunmalıdır. Bu gün qanunvericiliyə görə bir sinif yerləşdiyi regiona görə 28-48kv.metrlik otaqlarda 20-24 şagird üçün nəzərdə tutulur. Bir şagirdə bir sinifdə 2-2,5kv metr düşməlidir ki o sağlam şəraitdə oxuya bilsun. Biz şagird sıxlığı məsələsini həll etmədən bu təklifin heç bir faydası olmayacaq. Bir sinifdə 30-45 şagirdin olması, məktəblərin 2 hətta 3 növbədə çalışması fonunda problemi həll etmək mümkünsüzdür”.

Hazırladı: Xalidə Gəray

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri