Icma.az
close
up
RU
45 günlük atəşkəs...

45 günlük atəşkəs...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ və İran “İslamabad şərtləri”nə hə deyəcəkmi?

Bir aydan artıqdır davam edən Yaxın Şərq problemi müvəqqəti də olsa dayana bilər. “Axios” məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ, İran və bir qrup regional vasitəçi münaqişənin dayandırılmasına yol aça biləcək potensial 45 günlük atəşkəsin şərtlərini müzakirə edirlər. Verilən xəbərlərə görə,  danışıqlar Pakistan, Misir və Türkiyənin vasitəçiliyi və ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında birbaşa “SMS” mesajlaşması üzərindən aparılır.

İki mərhələli həll planı...

Qeyd edək ki, son günlərdə daha aktiv və dağıdıcı forma alan münaqişədə “taym aut” götürülməsi ilə bağlı bir neçə dəfə cəhdlər olub. Sadəcə tərəflər arasında kompromisin əldə edilməməsi buna mane olub. İstər ABŞ, istərsə də İran irəli sürdüyü şərtlərdən bir addım belə geri çəkilmək fikrində deyillər. Vurğulanmalıdır ki, Tramp administrasiyası son günlərdə Tehrana bir neçə təklif göndərib, lakin İran rəsmiləri hələ də onları qəbul etməyib. Mənbələr vasitəçilərin tərəflərlə iki mərhələli razılaşmanın şərtlərini müzakirə etdiklərini bildiriblər. 45 günlük atəşkəs məhz birinci mərhələ sayılacaq. Bu, həm də qarşılıqlı danışıqlar üçün münbit şərait yarada bilər. 45 gün ərzində mövqelər üst-üstə düşərsə, atəşkəs uzadıla və ya birbaşa sülh imzalana bilər. “Axios” mənbələrinə görə, ikinci mərhələ münaqişənin daimi sonlanması ilə bağlı razılığı özündə əks etdirəcək.

15-5 şərtlər mübadiləsi baş tutmadı...

Qərb politoloqları indiki mərhələdə razılaşmanın əldə olunması ehtimalını o qədər də yüksək dəyərləndirmirlər. Bir neçə gün öncəki “təcrübəyə” söykənərək bildirilir ki, İran ABŞ-ın irəli sürdüyü öhdəlik və şərtləri qəbul etmək fikrində deyil. Xatırladaq ki, mart ayının son günlərində “Bloomberg” ABŞ-ın İrana müharibəni bitirmək üçün 15 maddəlik plan təqdim etdiyini xəbər vermişdi. Bu şərtlərdən 12-si Amerikanın tələbləri, üçü isə Tehranın bu tələbləri yerinə yetirəcəyi halda əldə edəcəkləri idi. Planda İrana qarşı bütün sanksiyaların ləğvi, ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi, 3. Sanksiyaların yenidən tətbiqi təhlükəsinin aradan qaldırılması kimi Tehranın maraqlarına sərf edəcək amillər yer alırdı - bununla belə rəsmi Vaşinqton İranın nüvə proqramının müəyyən çərçivədə dondurulması, zənginləşdirilmiş uranın nəzarət və razılaşdırılmış limitlər daxilində saxlanması, raket proqramının daha sonrakı mərhələdə say və mənzil məhdudiyyətləri ilə müzakirəsi, nüvə proqramının yalnız mülki və müdafiə məqsədləri ilə məhdudlaşdırılması, İran ərazisində silah səviyyəli nüvə materialının istehsalına qadağa və bu kimi tələblər  irəli sürmüşdü. Amma bu tələblər Tehran tərəfindən qəbul olunmadı. Əksinə, Tehran daha lokonik  - 5 şərt irəli sürdü. Bildirilirdi ki, Tehranın tələbləri arasında ABŞ və İsrail tərəfindən təcavüz və qətlin tamamilə dayandırılması, İrana yenidən hərbi təcavüz edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması, müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi, bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması, İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirməklə bağlı suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları kimi məsələlər yer alıb.

Danışıqlar pərdə arxasında aparılır...

İndiki halda isə müzakirə olunan çərçivə planı dünən (bazar ertəsi) Pakistan tərəfindən təqdim olunub. “Reuters” yazır ki, İslamabad təkliflərini ABŞ və İrana təqdim edib. Plan dərhal atəşkəs elan edilməsini və sonradan hərtərəfli sazişin bağlanmasını nəzərdə tutur. Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir ABŞ-ın vitse-prezidenti J.D. Vens, xüsusi elçi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə əlaqə saxlayıb. İslamabadın təklifinə görə, atəşkəs dərhal qüvvəyə minəcək və bu da Hörmüz boğazının açılmasına səbəb olacaq. Saziş tərəflərə daha geniş bir razılaşmanı yekunlaşdırmaq üçün 15-20 gün vaxt verəcək.

Şərti olaraq “İslamabad Sazişi” adlandırılan saziş, Hörmüz boğazından gəmiçilik üçün regional çərçivəni əhatə edəcək və Pakistanın paytaxtında son qarşılıqlı (üz-üzə) danışıqlar gözlənilir. Mənbə bildirib ki, yekun sülh müqaviləsinə İranın sanksiyaların aradan qaldırılması və dondurulmuş aktivlərin azad edilməsi müqabilində nüvə silahı əldə etməmək öhdəliyi daxil olacaq. İki Pakistan mənbəsi isə bildirib ki, İran hələ heç bir öhdəlik götürməyib. Media məsələ ilə bağlı müraciət etsə də, nə ABŞ və İran rəsmiləri, nə də Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi şərh verməyib.

Regional aktorlar narahatdır...

Beynəlxalq media yazır ki, regional vasitəçilər hesab edirlər ki, Hörmüz boğazının tam açılması və İranın yüksək zənginləşdirilmiş uran məsələsinin həlli (ya onu ölkədən çıxarmaqla, ya da səviyyəsini aşağı salmaqla) yalnız yekun razılaşmadan sonra nəticələnə bilər. Bu iki məsələ İranın danışıqlarda əsas sövdələşmə elementləridir və buna görə də iranlılar müvəqqəti atəşkəs naminə onlardan tamamilə imtina etməyə razı olmayacaqlar. Vasitəçilər Tehranın razılaşmanın birinci mərhələsində hər iki məsələdə qismən güzəştə gedə biləcəyini ehtimal etmək istəyirlər. Bu, real görünmür. Regional vasitəçilər həm də Tramp administrasiyasının atəşkəsin müvəqqəti olmamasını təmin etmək üçün təklif edə biləcəyi addımlar üzərində işləyirlər. Eyni zamanda, medianın məlumatına görə, region ölkələri ABŞ və İsrailin İranın ölkənin enerji infrastrukturuna hücumu ultimatumuna cavabdan narahatdırlar - qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edərək bildirib ki, əgər rəsmi Tehran razılığa gəlməsə və ya Hörmüz boğazını açmasa, 48 saatdan sonra ölkəni “həqiqi cəhənnəm” gözləyir. Tramp bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkəsində paylaşım edib. Ağ Ev rəhbəri paylaşımında Tehran administrasiyasına qarşı kəskin ifadələr işlədib: “İrana saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt verdiyimi xatırlayırsınızmı? Vaxt daralır - onların üzərinə həqiqi cəhənnəm çökməsinə cəmi 48 saat qalıb”.

Regional aktorlar isə Tehranın cavabından narahatdırlar. Onlar İranın Fars körfəzi dövlətlərinin neft və su ehtiyatlarını dağıdıcağından çəkinirlər. Xarici medianın yazdığına görə, ABŞ kəşfiyyatı İranın Hörmüz boğazından gəmilər üçün sərbəst keçid açmağa razılaşması ehtimalını zəif sayır - səbəb kimi isə, bu strateji əhəmiyyətli neft ixracı arteriyasına nəzarətin danışıqlarda aktiv təzyiq vasitəsi rolunu oynamasıdır. 

Müzakirə “iki paytaxtda” getmir...

Qeyd edək ki, bir sıra Qərb politoloqları da indiki geosiyasi fonda İran-ABŞ danışıqlarında sülh ehtimalını müharibənin əvvəlki dövrünə nisbətən daha zəif qiymətləndirirlər. Xüsusilə Yaxın Şərqdə gərginliyin artması fonunda İranın Körfəz ölkələrinə qarşı hədələyici manevrləri, Hörmüz boğazında təhdid yaratması dialoq imkanlarını daha mürəkkəb və çoxqatlı edib. Bir çox siyasi şərhçilər düşünür ki, İran indiki halda raket sistemləri və ya nüvə məsələsi ilə yanaşı, daha çox “proksi imkanlarını” da qorumağa çalışır. Bəzi mənbələr Tehranın ABŞ ilə hər hansı bir razılaşmaya getmə ehtimalını İran üçün gərgin bir hal kimi dəyərləndirir:

- Hörmüz boğazında ortaq iqtisadi layihə Vaşinqtonun Körfəz sisteminə daha da oturuşmasına yol açar;

- ABŞ-ın bazalarının İrana daha yaxın coğrafiyaya gətirilməsi ehtimalı İran üçün əlavə problemlər yaradacaq;

- Beləliklə, Tehranın ətrafında formalaşdırdığı “təhlükəsizlik xətti” dağılacaq.

Bununla yanaşı, beynəlxalq sistemdə baş verən digər böhranlar, xüsusilə böyük güclər arasında rəqabətin artmasının İran məsələsini daha geniş geosiyasi bir çərçivəyə daşıyır. Bir çox siyasi mütəxəssilər razılaşma mətninin cəmisi iki paytaxtda müəyyənləşəcəyinə “inanmır” - verilən proqnozlara görə, ABŞ-ın İranla razılaşması onu əsas rəqabət apardığı geostrateji məkana - Cənub Şərqi Asiyaya bir addım da yaxınlaşdıracaq. Artıq bu barədə də ciddi düşünmək lazım gələcək.

Nəticədə, siyasi texnoloqlar indiki şəraitdə İran-ABŞ danışıqlarının daha çox taktiki xarakter daşıdığını düşünür - tərəflər bu yolla vaxt qazanmaq, mövqeləri qorumaq və beynəlxalq təzyiqləri idarə etmək kimi imkanlarını dəyərləndirirlər. Bu isə real və davamlı sülh razılaşmasının yaxın perspektivdə əldə olunmasını olduqca çətin edir.

Razılaşma xəbəri fond birjalarına da təsir etdi...

ABŞ və İran arasında mümkün razılaşma xəbərləri fonunda 6 aprel tarixində Amerika fond indeksləri üzrə fyuçerslər yüksəliş göstərib. S&P 500 üzrə kontraktlar 0,3 faiz, Nasdaq 100 - 0,47 faiz, Dow Jones isə 0,13 faiz artıb. Eyni zamanda, Brent markalı neftin fyuçersləri ucuzlaşıb - gün ərzində ən aşağı səviyyədə 1 faizdən çox enərək bir barel üçün 107,36 dollara düşüb. Spot qızıl isə əksinə, 0,29 faiz bahalaşaraq unsiya üçün 4689 dollara yüksəlib.

6 aprel bazar ertəsi Avropanın əsas fond bazarları bayram səbəbindən bağlı olub. Həmçinin Honq Konq və Çin birjalarında da ticarət aparılmayıb. Yaponiyada isə səhmlər cüzi artım göstərib - Nikkei 225 indeksi 0,55 faiz yüksəlib.

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Aprel 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

12 May 2026 12:47see181

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see181

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see178

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see176

Üç teleaparıcını hökumət sözçüsü təyin etdi

12 May 2026 05:03see172

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see169

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see169

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı

12 May 2026 15:24see167

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

13 May 2026 02:00see164

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

12 May 2026 17:32see155

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

13 May 2026 12:13see153

“Atletiko”dan səfər qələbəsi

13 May 2026 02:16see151

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

13 May 2026 06:39see150

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

13 May 2026 01:29see148

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

13 May 2026 02:56see148

Həyatı əbədi dəyişəcək 4 bürc

13 May 2026 12:13see146

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

13 May 2026 02:06see145

Dünyanın ən dinc ölkəsi açıqlandı

13 May 2026 07:15see144

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

13 May 2026 03:27see142

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

13 May 2026 02:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri