Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

460 səhifəlik hesabat təsdiqlənib

460 səhifəlik hesabat təsdiqlənib

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanda “Qızılgül inqilabı”nın acı meyvələri...

Bu günlərdə Gürcüstan parlamenti ölkənin əsas müxalifət partiyası hesab olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) ölkə konstitusiyasına zidd elan edilməsi üçün xüsusi qətnamə qəbul edib. 85 deputat sənədin lehinə səs verib. Bildirilib ki, qətnamə ilə parlamentin müvəqqəti istintaq komissiyasının 2003-2012-ci illərdə hakimiyyətdə olmuş rejimin dövründə törədilmiş cinayət faktlarının yer aldığı 460 səhifəlik hesabatı təsdiqlənib.

Əsas müxalifət partiyasının iflası

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının parlamentdəki fraksiyasının rəhbəri İrakli Kirtsxaliya bildirib ki, qətnamənin əsasında VMHP-nin ləğv edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə tutarlı və əsaslı iddia hazırlanacaq. Bu isə Gürcüstanda əsas müxalifət partiyasının sonunun gəlməsi, tamam iflası anlamında qəbul olunur.

VMHP 2001-ci ildə eks-prezident Mixeil Saakaşvilinin liderliyi ilə qurulub. Sol mərkəzçi kimi təşəkkül tapan partiyanın rəhbər şəxsləri özlərini liberal-mühafizəkarlar adlandırırlar.  2007-ci ilin sentyabrında partiya sağ mərkəzçi Avropa Xalq Partiyasının müşahidəçi üzvü seçilib.

 VMHP 2004-2012-ci illərdə Gürcüstanın hakim partiyası olub. Partiyanın lideri M.Saakaşvilinin karyera pillələrində irəliləməsi və Gürcüstan ictimaiyyəti arasında tanınması sabiq prezident Eduard Şevardnadzenin dəstəyi ilə müxtəlif vəzifələrə irəli çəkilməsi ilə başlayıb. Sonradan o, hakimiyyətin siyasi kursu ilə razılaşmayaraq müxalifətə keçib və hakimiyyətə gəlmək uğrunda mübarizəyə başlayıb. M.Saakaşvili hakimiyyətə gəlmək uğrunda mübarizəyə partiyası ətrafında koalisiya yaratmaqla start verib. O və digər gürcü müxalifət liderləri 2003 -cü ilin noyabr ayında Vahid Millətlər Hərəkatı, Birləşmiş Demokratlar Birliyi, Milli Həmrəylik Birliyi və “Kmara” gənclər hərəkatını prezident Eduard Şevardnadze hökumətinə qarşı bir araya gətirmək üçün “Vahid Xalq İttifaqı” yaradıblar.

Birləşmiş müxalifət Tbilisidə və regionlarda kütləvi etirazlara çağırışlar edirdilər. Onların bəyan etdikləri Avropaya inteqrasiya xətti, şəffaflıq, korrupsiyaya qarşı mübarizə, vahid Gürcüstan kimi çağırışlar cəmiyyətdə böyük populyarlıq qazanmışdı və yeni hərəkatın tərəfdarlarının sayı getdikcə artırdı. 2003-cü ilin noyabr ayında proseslər kuliminasiya nöqtəsinə çatdı. Ölkədə siyasi böhran yarandı. Parlamentə noyabrın 2-də keçirilən seçkilərin nəticələri müxalifət partiyaları və xarici müşahidəçilər tərəfindən ciddi etirazla qarşılandı. Prezident Şevardnadzenin məcburi istefası ilə nəticələnən proseslərdə Vahid Milli Hərəkat və onun tərəfdaşları mərkəzi rol oynadılar. Noyabrın 22-də yeni parlamentin açılışı zamanı M.Saakaşvilinin rəhbərlik etdiyi nümayişçilər əllərində qırmızı güllərlə (hərəkat adını buradan alıb) parlament binasına daxil oldular. Sabiq prezident E.Şevardnadzenin 23 noyabr 2003-cü il tarixli istefa bəyanatı ilə postsovet məkanında ilk “rəngli inqilab” deyilən “Qızılgül inqilabı”nın tam qələbəsi təmin olundu. Budan sonra M.Saakaşvili  5 fevral 2004-cü il prezident seçkilərində birləşmiş müxalifətin namizədi kimi qalib gəlib. Eyni zamanda, Vahid Milli Hərəkat Partiyasının qələbəsi 2008-ci il parlament seçkilərində də (59,1 faiz səs çoxluğu ilə) təmin olunub.

Beləliklə, M.Saakaşvili məhz Qərbdən güclü dəstək alan siyasi fiqur kimi Gürcüstan hakimiyyətinə gəlməyə müvəffəq oldu və o, ölkəsinin inteqrasiya siyasətini Aİ-yə yönəltdi. Lakin “Qızılgül inqilabı” Gürcüstan üçün yaxşı sonluqla nəticələnmədi. Ən böyük məyusluq isə VMHP-nin hakimiyyəti dönəmində Gürcüstanın qonşu Rusiya ilə müharibəyə cəlb olunması və ərazilərinin bir hissəsini de-fakto itirməsi səbəbindən yaşandı. 2012-ci il seçkilərində VMHP böyük dərəcədə etimadsızlıqla üz-üzə qaldı və qonşu ölkədə hakimiyyətə “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası gəldi. Belə demək mümkündürsə, bu gün kollektiv Qərbin kəskin ittihamları ilə üz-üzə qalan Gürcüstan “Qızılgül inqilabı”nın acı meyvələrini hələ də dadmaqdadır. Ölkə ərazi bütövlüyü prinsipindən çıxış etsə də, hələlik buna nail ola bilmir. M.Saakaşvilinin populist vədləri də bu gün Gürcüstanın ən ağrılı problemləri olaraq qalmaqdadır.

Liderin kədərli aqibəti

Gürcüstanda “Qızılgül inqilabı”nın lideri olmuş sabiq prezident M.Saakaşvilinin özünün taleyi də kədərli olub. Sonrakı dövrdə bir müddət Ukraynada çalışan M.Saakaşvilinin buradakı fəaliyyəti bir sıra qalmaqallarla yadda qalıb. O, həmçinin casusluqda ittiham olunub.

M.Saakaşvili Gürcüstandan getsə də, öz ölkəsində hakimiyyətə gəlmək ambisiyasını heç vaxt gizlətməyib. Bu ambisiyalardan çıxış edərkən o, əsas etibarı ilə iki gücə arxalanırdı. Bunlardan biri Qərb dairələri idi. M.Saakaşvili Gürcüstanda hakimiyyəti dönəmində bağlı olduğu Qərb dairələrinin istəklərini bütünlüklə yerinə yetirmişdi. Buna görə də güman edirdi ki, revanş zamanı həmin dairələr onu daha güclü şəkildə dəstəkləyəcəklər. M.Saakaşvilinin istinad etdiyi digər qüvvə ölkə daxilindəki yenə də Qərbə bağlı olan qeyri-hökumət təşkilatları və onların çoxsaylı üzvləri idi. Əslində, ölkədə güclü bir şəbəkə formalaşmışdı. Xaricdən maliyyələşən bu şəbəkə cəmiyyətə, xüsusilə də gənclərə, tələbələrə nüfuz etmək iqtidarında idi. Onlar hətta ayrı-ayrı məqamlarda milli maraqları arxa plana keçirməkdən belə çəkinmirdilər.

Bu reallıq fonunda ikinci dəfə hakimiyyətə qayıdacağına əmin olan M.Saakaşvili 29 sentyabr 2021-ci ildə gizli şəkildə Gürcüstana gəlib. Lakin xarici təzyiqlərə, vətəndaş cəmiyyətinin təpkilərinə baxmayaraq, “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının iqtidarı qətiyyət göstərdi və M.Saakaşvili oktyabrın 1-də  Tbilisidə saxlanıldı.

Cari ilin mart ayında baş tutan məhkəmə iclasında M.Saakaşvili külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, “rəngli inqilab”ların milli dövlətlər üçün nə qədər faciəvi sonluqla bitdiyi Gürcüstanın timsalında bir daha təsdiqini tapıb. Belə inqilablar qlobal güc mərkəzləri tərəfindən hazırlanan bir ssenaridir. Məqsəd isə iqtidara gətirdikləri “milli” hakimiyyətləri və  bu yolla milli dövlətləri təzyiq altında saxlamaqdır.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri