Icma.az
close
up
RU
47 ayın sonu: Putin başladı, dünya ödəyir...

47 ayın sonu: Putin başladı, dünya ödəyir...

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Rusiya-Ukrayna müharibəsi artıq 47-ci ayını tamamlayır. 2022-ci il 22 fevralda Kreml rəhbəri Vladimir Putinin xəbərdarlıq xarakteri daşıyan çıxışından iki gün sonra XXI əsrin ən böyük savaşını başladacağını dünya təxmin etmirdi. Amma o, işğalçı müharibəyə qərar verdi və bu gün də davam etməkdədir.

Artıq münaqişə təkcə iki ölkənin deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin ən ağır sınaqlarından birinə çevrilib. Bu müddət ərzində itkilərin sayı Rusiya tərəfindən milyonu keçib. Ukraynanın da ciddi itkiləri var. Milyonlarla ukraynalı isə doğma yurd-yuvasından didərgin düşüb.

47 ay ərzində cəbhə xəttində vəziyyət dəfələrlə dəyişib, şəhərlər dağıdılıb, enerji infrastrukturu hədəfə alınıb, sanksiyalar və əks-sanksiyalar dünya iqtisadiyyatına ciddi zərbələr vurub. Rusiya hərbi üstünlük əldə etməyə çalışsa da, Ukrayna hələ də müqavimətini davam etdirir. Müharibə artıq klassik hərbi qarşıdurma çərçivəsindən çıxaraq informasiya savaşı, enerji savaşı və geosiyasi təsir mübarizəsinə çevrilib.

Bu gün hələ də bu sualların cavabı tapılmayıb. Müharibə hansı mərhələdədir və onu necə bitirmək olar? Sülh danışıqları niyə nəticə vermir? ABŞ, Rusiya və Avropa İttifaqı arasında artan gərginlik fonunda Ukrayna münaqişəsi daha böyük qarşıdurmanın tərkib hissəsinə çevrilirmi?

Ədalət, Hüquq və Demokratiya Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a bildirdi ki, bu gün dünyada həm Amerika, həm də Rusiya işğalla məşğuldur:

“Konkret olaraq deyə bilərəm ki, Tramp Putindən güc alır. Artıq açıq şəkildə hər kəs görür ki, kim güclüdürsə, qalib də odur. Ədalətin, haqqın kimin tərəfdə olmasının heç bir mənası yoxdur. Tramp dolayı formada davranışları ilə çatdırır ki, məni nə beynəlxalq hüquq, nə də Konqres dayandıra bilər, yalnız vicdanım dayandıra bilər. Avropa liderləri indi başa düşürlər ki, Rusiyasız Avropanı müdafiə etməyin çətinliyini var və bunu anladıqları üçün Makron Putinlə danışmaq istəyir.

Amma gecdir, nəticəsi olmayacaq. Ola bilsin hər şey öncədən Putinlə Tramp arasında razılaşdırılıb. Avropanın üç böyük ölkəsi, 450 milyonluq Avropa İttifaqı özünə inanmalı və daha cəsarətli siyasət yürütməli, hərbi sənayeni inkişaf etdirməlidir. Təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış etməyən Avropa İttifaqı üzvləri ittifaqdan dərhal qovulmalıdır. Hazırda çevik, həm də ciddi qərarların qəbul olunmasının vaxtıdır. Bunun üçün Avropada güclü liderlər olmalıdır. Rusiya-Ukrayna müharibəsini başladan Amerika oldu. Bu müharibədə dəyişən çox hadisələr oldu. Sanki Tramp bu müharibədən istifadə edib, Venesuelanı işğal etdi, indi də istiqamət Danimarkayadır.

İranda baş verən hadisələrdə təsadüf deyil. Sanki Amerika ilə Rusiya dünya dövlətlərində böyük bir qorxu, xof yaradıb. Əlbəttə ki, burada əsas məqsəd özlərinin maraqlarının təmin olunmasıdır. 4 ilə yaxındır davam edən Ukrayna-Rusiya müharibəsinin davamı daha böyük itkilər deməkdir, xüsusən Ukrayna tərəfi üçün. Təəssüf ki, Zelenskinin təcrübəsizliyi və naşılığı səbəbindən Ukrayna dövləti və xalqı zəlil gününə qaldı. Böyük güclərin əlində bir vasitə rolu oldu. Əvəzində Ukrayna ən azından 50 il geri düşdü, özü də hər mənada...”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri