Icma.az
close
up
RU
47 milyon dollarlıq... jurnalist araşdırmaları Qərb mediasının aşkara çıxardığı gizlinlər

47 milyon dollarlıq... jurnalist araşdırmaları Qərb mediasının aşkara çıxardığı gizlinlər

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Köhnə jurnalistlərin leksikonunda belə bir ifadə var: "слив". Bu söz ruscadır, tərcüməsi "axın" deməkdir. Yəni xüsusi məzmunlu informasiyaları xüsusi məqsədlərlə xüsusi seçilmiş media platformalarına, hətta xüsusi olaraq əməkdaşlığa cəlb olunmuş konkret jurnalistlərə "axıtmaq", "sızdırmaq".

Tək bir cümlənin içində bu qədər "xüsusi" sözü varsa, deməli, ortada xüsusi xidmətlər var. Doğru anladınız, ABŞ xüsusi xidmət orqanları kəşfiyyat məlumatlarını, hətta kəşfiyyat hesabatlarını gizli və məqsədli olaraq, ayrı-ayrı "araşdırmaçı" jurnalistlərə sızdırır, bu hesabatlar "jurnalist araşdırması" adı altında dərc olunduqdan sonra ABŞ və Avropa hökumətləri bu materiallara istinad edərək, xüsusi, konkret seçilmiş ölkələrə təzyiq edir, sanksiya qoyur, öz maraqlarını təmin etdikdən sonra isə jurnalist də unudulur, "araşdırma da". Amma bu və ya başqa dövlət təzyiqlərə müqavimət göstərirsə, Qərbin pressinqinə boyun əymirsə, o zaman yeni-yeni "araşdırmaçı" jurnalistlər və "jurnalist araşdırmaları" ortaya çıxır.

Bir sözlə, bu "araşdırmaçı" media mənsubları xarici dövlətlərin, xarici kəşfiyyatların əlində öz dövlətinə, öz ölkəsinə, öz xalqına qarşı bir zopaya, dəyənəyə, bir sözlə, alətə çevrilir.

Burda "araşdırmaçı" jurnalistin bircə qazancı var, o da həmin xarici kəşfiyyatların cürbəcür fondlar, "qeyri-hökumət" təşkilatları vasitəsilə jurnalistə ödədiyi qonorardır. Yəni pul.

Ən maraqlısı, daha doğrusu, qəribəsi odur ki, başqa dövlətlərdən, başqa kəşfiyyatlardan qeyri-qanuni yolla pul alan "araşdırmaçı" öz hökumətini qanunsuzluqlarda günahlandırır. Özü korrupsiya yolu ilə xaricdən gəlir əldə edən "jurnalist" öz hökumətini korrupsiyada ittiham edir.

"Qeyri-qanuni", "korrupsiya" ifadələrini ona görə işlədirik ki, bu yazılar "araşdırmaçılara" hazır gəlir, onlar da, sadəcə, bu mətnləri jurnalistika üslubuna oturdurlar. O gizli hesabatları, məxfi sənədləri özləri əldə etmir. Dediyimiz kimi, bu materiallar xarici mərkəzlərdə işlənib hazırlanır, sonra da ayrı-ayrı ölkələrdə, ayrı-ayrı adamlara göndərilir, müxtəlif jurnalist imzaları altında hədəf (qurban) seçilmiş ölkələrin cəmiyyətlərinə servis edilir.

Buna nə ad verirsiniz-verin, mahiyyəti dəyişmir: bildiyiniz media terrorudur. Bir az yumşaq desək, media üzərindən kəşfiyyat materialları vasitəsilə həyata keçirilən dövlət şantajıdır.

Azərbaycan da uzun illər, hətta onillərdir ki, bu cür şantaj "jurnalistika"sına məruz qalır, bu cür xüsusi "jurnalist araşdırmalarının" hədəf taxtasına qoyulur.

Ancaq bu "informasiya terrorizmi"ni elə Qərb mediası özü ortaya çıxarıb.

Fransanın “Mediapart”, İtaliyanın “I Fatto Quotidiano”, Yunanıstanın “Drop Site” və “Reporters United” nəşrlərinin birgə araşdırmasında o məşhur Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCPR deyilən şəbəkə ifşa olunur. Həmin bu adlarını çəkdiyimiz nəşrlər ABŞ-ın kəşfiyyat məlumatlarının "jurnalist araşdırması" adı altında, yəni saxta imza ilə dərc edilməsini ortaya çıxarıb. Yəni informasiya saxtakarlığını aşkarlayıb.

Qafqazinfo.az saytı dünən bu haqda dərc etdiyi məqaləsində yazır: "Dropsitenews.com resursunda Ryan Grim, Ștefan Cândea və Nikolas Leontopoulosun müəllifliyi ilə dərc olunmuş “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqaləsində “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (OCCPR) haqqında bu təşkilatın mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramını ifşa edən sensasiyalı material dərc edib. Bundan başqa, Fransanın Mediapart onlayn qəzeti belə bir məlumat dərc edib ki, Almaniyanın NDR ictimai telekanalı OCCRP ilə bağlı araşdırma aparıb və Mediapart, Drop Site News, l Fatto Quotidiano, Reporters United kimi media qurumları bu araşdırmada iştirak ediblər".

Yazıda qeyd olunur ki, OCCPR təşkilatı "jurnalistlər üçün qiymətli mənbə ola biləcək şirkət yazışmalarının, bank-maliyyə əməliyyatlarının, istintaq protokollarının, məhkəmə stenoqramlarının “online” resursunu hazırlayır və təqdim edir".

Bir daha xatırladırıq ki, bunu Azərbaycan mediası deyil, Fransa, İtaliya və Yunanıstan media orqanları üzə çıxarıb. Əslində faktları daha əvvəl Almaniyanın NDR telekanalı tapıb, ifşaedici material işləyib, hazırlayıb. Sadəcə, təzyiqlə üzləşib deyə özü yaymayıb. Hər dörd ölkə - Almaniya, Fransa, İtaliya və Yunanıstan Avropa İttifaqının üzvləridir, ABŞ-ın NATO üzrə müttəfiqləridir.

Deyə bilərsiniz ki, Avropada media öz hökumətlərinə bağlı deyil, azaddır, bu araşdırmanı da öz redaksiya siyasətlərinə uyğun olaraq, sərbəst aparıblar.

Həqiqətən belədirsə, elə bu faktın özü də təsdiq edir ki, həmin o dörd ölkənin mediasının aşkarladığı və yaydığı məlumatlar, yazılar əsl gerçəyin özüdür ki var.

OCCPR şəbəkəsinin "jurnalist araşdırmaları" layihəsinin Azərbaycana yönəlik məqsədlərinə gəlincə, bu, bir az daha təhlükəli hal alır. Çünki ABŞ-ın USAİD təşkilatı OCCPR-i özünə "tərəfdaş qurum" olaraq seçib. USAİD-in rəhbəri isə erməni maraqlarının açıq-aşkar lobbiçiliyini edən, Ermənistan hökumətini də layihə ortağı seçmiş Samanta Pauerdir. Bu kontekstdə daha bir fakt: hazırda OCCPR-nin əməliyyatlarını USAID əməkdaşı Şennon Maquayr kurasiya edir. Bu hissədə daha geniş şərhə ehtiyac qalmır.

Saytda dərc olunmuş məlumatlara görə, qurulduğu dövrdən - 2007-ci ildın indiyə kimi keçən 17 il ərzində "OCCPR ABŞ hökumətindən 47 milyon dollar vəsait alıb. Əlavə olaraq 1,1 milyon dollar Avropa İttifaqından və 14 milyon dollar da Avropa ölkələrindən alan təşkilatın büdcəsinin 52 faizi ABŞ hesabına formalaşıb".

Materialda Azərbaycandan bu təşkilatla əməkdaşlıq edən jurnalistin də adı çəkilir və yazılır ki, hətta bəzi materialları heç həmin jurnalist özü hazırlamayıb; sadəcə, məqalələr onun imzası ilə yayılıb.

Bu iddiaya jurnalistin öz münasibətini bilmirik. Ancaq bildiyimiz budur ki, OCCRP və USAİD özü Azərbaycana xüsusi diqqəti ilə seçilir. Cənubi Qafqazda əsas hədəf Azərbaycandır. Bu şəbəkə daimi olaraq, Azərbaycan hakimiyyətini korrupsiyada günahlandırıb. Xüsusilə offşor zonalara dair materiallar hazırlanıb. Ancaq diqqət etdikdə, aydın görünür ki, OCCPR Amerika milyarderlərinin şübhəli offşor hesabları, offşorlardakı gizli əməliyyatlar haqqında inadla susur, heç bir "araşdırma" aparmır. Yalnız Azərbaycan kimi ölkələrin neqativlərini "araşdırır". The Washington Post, The Guardian və CNN kimi media nəhəngləri də bu şübhəli sxemin içərisində yer alır.

COP29 konfransı zamanı da adı çəkilən media orqanları, eləcə də, ABŞ-ın və Avropanın bır sıra media platformaları Azərbaycanın özü və konfransa sədrliyi haqqında ABŞ Dövlət Departamentinin tezislərinə uyğun olaraq, qara piar kampaniyası qurmuşdular. Azərbaycanın neft-qaz hasil edən ölkə olması, buna görə COP-a sədrliyinin "etibarlı olmaması" haqqında rəy formalaşdırmağa çalışırdılar. Dünyanın ən böyük neft ölkəsinin mediası Azərbaycanı neft çıxarmaqda ittiham edirdi. Ancaq gələn il COP30-a ev sahibliyi edəcək ölkə - iri neft hasilatçılarından biri olan Braziıiya haqqında belə yazmırlar. Bu, Qərbin "ikili standart" xəstəliyini mediaya da sirayət etdiyini göstərir.

Mövzu ilə bağlı, düşünürük, hamıya hər şey aydındır. Sadəcə, bəzi nüanslara diqqəti cəlb etmək istərdik. OCCPR, USAİD kimi təşkilatlarla, eləcə də, Avropa, Amerika fondları və təşkilatları ilə əməkdaşlıq edən Azərbaycanlı jurnalistlər Medianın İnkişafı Agentliyi vasitəsilə çap və onlayn media subyektlərinə müsabiqə qaydasında maliyyə ayrılmasını həmişə tənqid edirlər. Eləcə də, dövlətin jurnalistləri təltif etməsini, mənzil verməsini və sair həmişə qınayıblar. Burda ortaya qəribə bir paradoks çıxır: özləri xarici dövlətlərdən yüksək məbləğlərdə maliyyə alanlar öz dövlətinin keçirdiyi müsabiqədə qalib gələn media orqanlarını və jurnalistləri ittiham edirlər. Bu, necə bir işdir?

Başqa dövlətin sifarişi ilə işləyən, ya da "imzasını "icarəyə verən" jurnalist öz ölkəsinin müsabiqəsindən keçən jurnalisti tənqid edir. Ziddiyyətli deyilmi? Axı xarici kəşfiyyat layihəsində işləyən jurnalistin bir yazıya görə xarici dövlətdən aldığı məbləğ, yerli jurnalistin bir və ya bir neçə aylıq qazancına bərabər olur. Buna rəğmən xarici dövlətdən tam və yüksək səviyyədə maliyyələşən biri özünü millət fədaisi, xalq qəhrəmanı, həqiqət carçısı sayarkən, öz dövlətindən simvolik dəstək alan jurnalisti bütün yazılmış və yazılmamış qanunlarla az qala "cinayətkar" elan edir. Halbuki Almaniya kimi, Avstriya kimi ölkələrdə də mediaya, kitab çapına dəstək proqramları var. Ancaq xarici təsir agenturası hesab edir ki, hamıya icazəli olan bir şey Azərbaycana qadağandır. Eyni hal hazırda Gürcüstana münasibətdə də müşahidə olunur; Serbiya da xarici təsirin şəffaflaşdırılması haqqında qanun qəbul etməyə hazırlaşır. Avropanın bir sıra ölkələrində artıq çoxdan var. Həm də daha sərt məzmunda. ABŞ-ın özündə bu qanun 1938-ci ildən var. Ancaq, məsələn, Gürcüstana bu olmaz. Niyə?! Eləcə də, Azərbaycan özünün qeyri-hökumət təşkilatları və fondlar, ictimai iştirakçılıq, media, siyasi partiyalar və sair haqqında qanunlara xarici təsirin şəffaflığını təmin edən normalar gətirib və buna görə də həmin Qərb mərkəzlərinin tənqidinə və təzyiqinə məruz qalıb. Özlərində olanı Azərbaycana qadağan etməyə çalışıblar. Eynilə media müstəvisində də ikili, üçlü, beşli standartlar tətbiq edirlər. Bir az əvvəldə dediklərimiz buna sübutdur.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see350

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see184

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see140

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see138

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see132

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see131

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see128

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see123

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see122

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see119

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see117

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see117

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see116

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

31 Avqust 2025 19:39see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri