Əməliyyatxanada narkotik əməliyyatı İran vətəndaşının mədəsindən görün nə çıxdı
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Malatya şəhərində Narkotik Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları V.M. adlı İran vətəndaşını şübhəli hərəkətlərinə görə saxlayıblar. Daha sonra həmin şəxsi Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparıblar.
Moderator.az xəbər verir ki, xəstəxanada çəkilən tomoqrafiya nəticəsində V.M.-nin mədəsində çox sayda kiçik cisimlərin olduğu aşkarlanıb.
Buna görə həmin şəxs barəsində dərhal cərrahi müdaxilə qərarı verilib. Əməliyyat zamanı Narkotik Şöbəsinin əməkdaşları da əməliyyat otağında cərrahiyyə əməliyyatını icra edən tibb heyətinin yanında müşahidə aparıb.
Aparılan əməliyyatla İran vətəndaşının mədəsindən çıxarılan cisimlərin metamfetamin olduğu müəyyən edilib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən V.M., daha sonra palataya köçürülüb. Xəstəxanadan buraxılanda isə yenidən Narkotik Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinə təhvil verilib.
Araşdırmalar tamamlandıqdan sonra Malatya Məhkəməsi V.M. barəsində həbs qərarı çıxarı və o, həbsxanaya göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 Yanvar 2026 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















