Icma.az
close
up
RU
Bu pullar terminal tərəfindən qəbul edilmir KONKRET

Bu pullar terminal tərəfindən qəbul edilmir KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Mərkəzi Bank 500 manat nominallı xatirə kağız pul nişanının ödəniş terminalı tərəfindən qəbul edilməməsinə münasibət bildirib.

KONKRET.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 500 manat nominallı xatirə kağız pul nişanı Mərkəzi Bank tərəfindən 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun tarixi Zəfərinin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə tədavülə buraxılıb.

“Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanları əlamətdar hadisələrə, tarixi şəxsiyyətlərə, milli mədəni irsin qorunmasına və s. mövzulara həsr olunmaqla əsas xarakteri müvafiq mövzuların əbədiləşdirilməsi, maarifləndirmə, numizmatikanın və bonistikanın inkişafı, eləcə də ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsindən ibarətdir. Bu pul nişanları tədavülə məhdud sayda buraxılır və dövriyyə məqsədi daşımadığı üçün gündəlik tranzaksiyalarda, nağd pul ödənişlərində geniş istifadə üçün nəzərdə tutulmur”.

AMB-nin məlumatına görə, bu səbəbdən ölkə ərazisində istismar olunan nağd pul terminallarında (cash-in terminalı) yubiley və xatirə pul nişanlarının qəbulu və tanınması həyata keçirilmir. Belə terminallarda əsasən tədavül pulları qəbul edilir:

“Yubiley və xatirə pul nişanları öz nominal dəyəri ilə ödəniş və mübadilə vasitəsi, eləcə də yığım vasitəsi kimi funksiyaları özündə saxlayır. Bu pul nişanlarına maraq və tələb yüksək olduğu üçün vətəndaşlar öz istəklərinə uyğun olaraq onların təkrar bazarda realizasiyasını həyata keçirə bilər və bununla bağlı hər hansı çətinlik hallarına rast gəlinmir”.

“Bununla yanaşı, beynəlxalq təcrübədə yüksək nominallı pul nişanlarının “cash-in” terminallarda qəbul edilməməsi təcrübəsi geniş tətbiq olunur ki, burada əsas məqsəd saxtalaşdırmaya və çirkli pulların yuyulmasına qarşı mübarizə, eləcə də xidmət effektivliyidir”, – deyə açıqlamada qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Yanvar 2026 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri