Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

5 illik siyasi qadağanın pərdəarxası

5 illik siyasi qadağanın pərdəarxası

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Marin Le Penə qarşı hüquqi sanksiya, yoxsa siyasi qərəz?

Müasir Fransada siyasi mübarizə getdikcə ideoloji rəqabət çərçivəsindən çıxaraq hüquqi-institusional nəzarət mexanizmləri üzərindən formalaşan yeni mərhələyə qədəm qoyur. Formal olaraq demokratik prinsiplərin və hakimiyyət bölgüsünün mövcud olduğu iddia edilən sistemdə Emmanuel Makronun siyasi xəttinə qarşı çıxanların yolunun ardıcıl şəkildə istintaq, məhkəmə və həbs qərarlarına aparması artıq tendensiyaya çevrilib.

Görünür, Fransada “qanunun aliliyi” anlayışı getdikcə ucuzlaşdırılır. Hakimiyyət legitimliyini hüquqi mexanizmlər üzərindən qorumağa çalışdıqca, siyasi mübarizəni asimmetrik və riskli hala çevirir. Yəni ölkədə müxalif olmaqla potensial hüquqi məsuliyyət daşımaq eyni anlama gəlir. İfrat sağçı Marin Le Pen ətrafında cərəyan edən son proseslər bu modelin bariz nümunəsidir.

Uzun illər Fransa siyasətində sistemdaxili rəqib kimi mövcud olan, seçkilər yolu ilə hakimiyyətə gəlməyə çalışan fiqurun birdən-birə “demokratik ictimai qaydanın qorunması” arqumenti ilə siyasi mühitdən kənarlaşdırılması Fransa demokratiyasının liberal modeli ilə ziddiyyət təşkil edir. Burada əsas məsələ Le Penin hüquqi günahkarlığından daha çox onun siyasi rəqabətinin nə üçün məhkəmə zalında həll edilməsidir? Əgər bir siyasətçi seçici dəstəyi ilə real hakimiyyət alternativinə çevrilirsə və onun fəaliyyəti hüquqi bloklama ilə qarşılaşırsa, bu, artıq açıq-aşkar qərəzdən irəli gəlir. Məhkəmənin qərarı siyasi nəticə doğuran alətə çevrildikdə isə, hüquqi prosesin neytrallığı sual altına düşür. Başqa sözlə desək, Le Penin beşillik siyasi fəaliyyət qadağası, faktiki olaraq, seçici iradəsinin məhdudlaşdırılması anlamına gəlir.

ARAYIŞ: 2004–2016-cı illərdə Marin Le Pen Avropa Parlamentinin üzvü olub və bu status ona Avropa İttifaqı büdcəsindən maliyyələşən parlament köməkçiləri saxlamaq hüququ verirdi. Qaydalara əsasən, əldə olunan vəsait Avropa Parlamentində qanunvericilik fəaliyyəti ilə birbaşa bağlı işlər üçün istifadə edilməli idi. Yəni köməkçilər Brüsseldə və ya Strasburqda parlamentar fəaliyyət göstərməli, milli partiya strukturlarında işləməməli idilər. İstintaqın nəticələrinə görə, Marin Le Pen və onun rəhbərlik etdiyi ifrat sağçı Milli Birlik Partiyasının bəzi üzvləri bu qaydanı sistemli şəkildə pozublar.

Sənədlərində qeyd olunur ki, Avroparlamentdən ayrılmış milyonlarla avro partiya əməkdaşlarının maaşlarının ödənilməsinə yönəldilib. Onlar “Avropa Parlamentinin köməkçisi” statusu daşısalar da, əslində, partiyaya işləyiblər, seçki kampaniyalarında iştirak ediblər. İstintaq materiallarında onlarla elektron yazışma, əmək müqavilələri və iş bölgüsünü sübut edən sənədlər var. Nəticədə, məhkəmə Marine Le Peni vəsaitlərin mənimsənilməsində təqsirli bilib. Ona qarşı bir neçə sanksiya tətbiq edilib: Beş il müddətinə dövlət vəzifələrinə namizəd olmaq qadağası, maliyyə cəriməsi və Avropa Parlamentinə milyonlarla avro məbləğində kompensasiya öhdəliyi.

Ən çox müzakirə doğuran məqam qadağanın dərhal qüvvəyə minməsi olub. Adətən bu cür qərarlar apellyasiya prosesinin başa çatmasından sonra icra edilir. Lakin hakimlər bu işdə istisna tətbiq edərək bildiriblər ki, qadağanın təxirə salınması “demokratik ictimai qaydaya bərpaolunmaz zərər” vura bilər. Əsaslandırma hüquqi baxımdan mümkün olsa da, siyasi müstəvidə ciddi polemika yaradıb. Le Pen və tərəfdarları məhz bu nöqtədə qərarın siyasi motivli olduğunu iddia edirlər. Onların arqumentinə görə, məhkəmə hüquqi məsələni siyasi nəticə doğuracaq şəkildə tövsif edib və bununla da 2027-ci il prezident seçkilərində güclü namizədin fəaliyyətinin qarşısını alıb. Le Pen açıq şəkildə bildirib ki, məhkəmə sistemi onu siyasi yarışdan kənarlaşdırmaq üçün alətə çevrilib. Qarşı tərəf isə vurğulayır ki, məsələ ictimai vəsaitlərin qorunması ilə əlaqədardır. Avropa Parlamentinin hüquqşünasları məhkəmədə bildiriblər ki, bu cür pozuntulara göz yumulması Aİ institutlarının legitimliyinə ciddi zərbə vura bilər.

İctimai rəy sorğuları göstərir ki, fransızların əhəmiyyətli hissəsi məhkəmə qərarını dəstəkləyib. Bununla belə, beynəlxalq müstəvidə, eləcə də “Reuters” agentliyinin yaydığı məlumatlarda qərar Avropada artan “hüquqi-siyasi qarşıdurma” tendensiyasının tərkib hissəsi kimi qiymətləndirilib. Hazırda Le Pen apellyasiya mərhələsindədir. Əgər apellyasiya məhkəməsi qadağanı ləğv edər və ya müddətini azaldarsa, onun 2027-ci il seçkilərində iştirak ehtimalı yenidən gündəmə gələ bilər. Əks halda, Fransa siyasətində bir dövr, faktiki olaraq, bağlanmış sayılacaq və ifrat sağın liderliyi yeni fiqurların üzərinə keçəcək.

Fransada “Sarı jiletlilər” hərəkatından tutmuş pensiya islahatlarına qarşı kütləvi aksiyalara qədər bütün etiraz dalğaları oxşar ssenari ilə idarə olunur. Söhbər gücləndirilmiş polis müdaxiləsi, kütləvi həbslər, sürətləndirilmiş məhkəmə prosedurları və ağır cəzalardan gedir. Bu halda insanların etiraz hüququ tədricən ictimai asayiş riski kimi təqdim olunur. Bir şey dəqiqdir ki, Makron administrasiyası üçün əsas risk konkret ideologiya deyil. Nə ifrat sağ, nə radikal sol, nə də küçə hərəkatları arasında prinsipal fərq qoyulur. Vahid meyar odur ki, sistemin legitimliyini sorğulayan hər kəs təhlükə kimi qəbul edilir. Bu kontekstdə “məhkəmə müstəqilliyi” anlayışı getdikcə simvolik məna daşıyır. Hakimlər formal olaraq qanuna istinad etsələr də, qərarların siyasi nəticələri öncədən məlum olur. Əlbəttə ki, Makron və onun komandasının iradəsinə uyğun olaraq...

Hüseyn SULTANLI,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi

Fransada daxili siyasi mühit hələ də qəzəb, qeyri-sabitlik və qeyri-müəyyənliklə səciyyələnir. Ölkədə baş verən hadisələr artıq illərdir davam edən daxili böhranın davamı kimi qiymətləndirilir. Həmin böhran çərçivəsində Prezidentin legitimliyi dəfələrlə sual altına düşüb. Makronun sabit hökumət formalaşdıra bilməməsi, onun siyasi və demokratik legitimliyinin getdikcə daha çox müzakirə olunmasına gətirib çıxarıb. Sözügedən kontekstdə diqqət çəkən nümunələrdən biri də Marin Le Penin işi ilə bağlıdır. Onun beş il müddətinə Fransa prezidentliyinə namizədliyinin qadağan edilməsi ilə bağlı qərar ciddi etirazlara yol açıb. Hətta Le Penin tərəfdarları ilə yanaşı, Avropanın müxtəlif ölkələrindən olan siyasətçilər, o cümlədən Macarıstanın Baş naziri Viktor Orban qərarı siyasi motivli addım kimi qiymətləndirib. Le Pen və onun rəhbərlik etdiyi Milli Birlik Partiyasının tərəfdarları israrla bildirirlər ki, bu iş dövlət vəzifəsinə namizədlik hüququnun əlindən alınmasını əsaslandırmır. Apellyasiya prosesinin nəticəsinə gəldikdə, bu, Fransa siyasətinin gələcəyi baxımından həlledici olacaq. Le Penin mümkün məğlubiyyətinin cəmiyyətdə yaradacağı sarsıntılar artıq zəifləyən Makronun reytinqi üçün ciddi nəticələr doğura bilər.

Yeri gəlmişkən, Makronun fəaliyyətinə yönələn əsas tənqidlərdən biri də islahat qanunlarını irəli sürmək üçün icra hakimiyyətinin səlahiyyətlərindən qeyri-populyar şəkildə istifadə etməsidir. Buna misal olaraq 2023-cü ildə Konstitusiyanın 49.3-cü maddəsindən istifadə edilərək pensiya islahatı qanununun zorla qəbul etdirilməsini göstərmək olar. Eyni zamanda, onun ölkəsini uzunmüddətli siyasi dalandan çıxara bilməməsi də ciddi iradlar doğurur. 2024-cü ilin iyununda tələsik və uğursuz şəkildə növbədənkənar seçkilərin elan edilməsindən sonra Milli Assambleyanın parçalanmış vəziyyətdə qalması Prezidentin manevr imkanlarını xeyli məhdudlaşdırıb. Bu amillər 2027-ci il prezident seçkiləri ərəfəsində rəy sorğularında Milli Birlik Partiyasına verilən rekord səviyyəli dəstəklə birləşərək artıq zəifləməkdə olan Makron dövrünə həlledici zərbə vura bilər.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see209

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see179

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see157

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see145

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see144

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see138

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see132

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri