Trampın ifadəsi, ABŞ ın İranla bağlı mümkün hərbi və diplomatik variantlarının masada olduğunu göstərir
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
“Donald Trampın məlum mesajını bir neçə kontekstə qiymətləndirmək lazımdır. Bir qayda olaraq ABŞ prezidentlərinin xarici ölkələrdəki etirazları dəstəkləyən açıqlamaları, adətən, həm daxili auditoriya, həm də beynəlxalq aləm üçün simvolik mesaj kimi xidmət edir. Başqa sözlə desək, Trampın ifadəsi İrana qarşı hərbi əməliyyatın artıq hazır olduğunu yox, ABŞ-ın İranla bağlı mümkün hərbi və diplomatik variantlarının masada olduğunu göstərir”.
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə Trampın İrandakı etirazçılara “aksiyaları davam etdirin, yardım yoldadır” sözlərini şərh edərkən səsləndirib:
“Amma bununla yanaşı onu da qeyd edim ki, hazırkı şəraitdə hərbi əməliyyat ehtimalı da kifayət qədər yüksəkdir. İranda kütləvi etirazlar, inflyasiya və milli valyutanın dəyərdən düşməsi kimi sosial-iqtisadi problemlər rejimi zəiflədir. Bu, ABŞ üçün təzyiq mexanizmi yaradır və Trampın mesajı etirazçılara mənəvi dəstək verir, amma real addımlar olmasa bu mənəvi dəsəyinj istənilən nəticəyə gətitib çıxarmayacağını ABŞ- da kifayət qədər yaxşı bilir”.
Politoloqun sözlərinə görə, hərbi əməliyyatın baş verməsi ehtimalı var:
“Düzdür ABŞ uzunmüddətli müharibəyə çətin ki girmiş olsun. Çünki İranın böyük ərazisi, hərbi potensialı və Hizbullah, Husi və digər qruplar kimi proksi regional müttəfiqləri ABŞ-ın özü üçün də olmasa, regindakı müttəfiqləri üçün hərbi riski artırır. Bundan savayı uzunmüddətli müharibə Hörmüz boğazının bağlanması, neft qiymətlərinin kəskin artması, regiondakı ABŞ bazalarına hücumlar və daxili siyasi və iqtisadi xərclər kimi ciddi nəticələr doğura bilər. Bu səbəbdən də 12 günlük müharibədə olduğu kimi məhdud və nöqtəvi hərbi zərbələr, kiberhücumlar və digər gizli əməliyyatlar şəklində müdaxilə daha real görünür. Elə Trampın açıqlaması da, əslində, masada müxtəlif variantların olduğunu təsdiqləyir.
Düşünürəm ki, Trampın bəyanatı İran daxilində etirazları ruhlandırmaq və ABŞ-ın mövqeyini göstərmək məqsədli simvolik mesaj olmaqla yanaşı özündə həm də hərbi variantları ehtiva edir“.
Süleyman
Bu mövzuda digər xəbərlər:Trampın İranla bağlı sözlərini Netanyahunu qəzəbləndirdi
27 May 2025 10:39
Trampın İranla bağlı dedikləri təkzib olundu
18 İyun 2025 19:38
Trampın İranla bağlı bəyanatında qorxunc məqam
18 İyun 2025 15:18
Trampın İranla bağlı hədəfi nədir? (ŞƏRH)
20 Yanvar 2025 18:14
Trampın müşaviri: İranla bağlı qərar vaxtıdır…
21 Yanvar 2025 12:30
Baxış sayı:43
Bu xəbər 14 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















