Icma.az
close
up
RU
5 milyonluq villa: Ekspert səbəbləri açıqladı

5 milyonluq villa: Ekspert səbəbləri açıqladı

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nərimanov metro stansiyası yaxınlığında satışa çıxan 5 milyonluq villa alıcılar arasında ciddi suallar doğurub. Bu məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı daşınmaz əmlak bazarındakı qiymət artımı və xüsusilə yüksək qiymətə təklif edilən villalarla bağlı fikirlərini bölüşüb.

Yenisabah.az xəbər verir ki, 5 milyon manatlıq qiymət bazarda rast gəlinən dəyərlərdəndir. Lakin bazarda görünən qiymətlərdən əlavə, görünməyən, daha yüksək dəyərlər də mövcuddur. Bu isə, ilk növbədə, daşınmaz əmlakın qiymətində baş verən sürətli artımla əlaqədardır:

“Yəqin ki, həmin villanın bir neçə sot torpaq sahəsi var, tikinti sahəsi olduqca genişdir, əla təmir olunub və yüksək keyfiyyətli məhsullardan istifadə edilib. Bütün bu amillər nəticə etibarilə həmin evin qiymətinin bu şəkildə formalaşmasına səbəb olub. Ancaq bu qiymət artımı bazarda ümumi mənzərəni dəyişmir. Çünki bu, sırf bazarın öz daxilində tənzimlənən bir məsələdir. Qiymət artımı şəxslərin, mülkiyyətçilərin, satıcıların və eyni zamanda alıcıların bazara yanaşması əsasında müəyyənləşir”. pizza hut

Ramil Osmanlının sözlərinə görə, əgər belə bir əmlak 1 il ərzində satılmasa, qiymətində 15–20 faiz azalma ola bilər. Daha bir il də satılmasa, dəyəri 2–3 milyon manata qədər enə bilər:

“Bu səbəbdən, belə qiymətli əmlakların bazarda ciddi dəyişikliyə səbəb olduğunu demək doğru olmaz. Sadəcə, ümumi qiymət ortalamasına müəyyən təsiri ola bilər”.

Ekspert əlavə edib ki, bu tip evlər investisiya üçün heç də əlverişli deyil:

“Təbii ki, Azərbaycanda daşınmaz əmlak investisiya vasitəsi kimi mühüm rol oynayır. Çünki ölkədə alternativ investisiya imkanları kifayət qədər məhduddur. Səhm bazarı hələ tam formalaşmayıb və kifayət qədər risklidir. Digər investisiya istiqamətlərində isə nə ənənələr, nə də bazar münasibətləri yetkin deyil. Bu baxımdan, maliyyə bazarlarında vəziyyət qənaətbəxş hesab olunmur. Elə buna görə də daşınmaz əmlak ölkədə ən çox üstünlük verilən investisiya vasitəsidir”.

Lakin Ramil Osmanlının fikrincə, konkret olaraq 5 milyon manatlıq villa investisiya məqsədilə əlverişli deyil:

“Bu qədər böyük məbləğin geri dönüşü adekvat gəlir gətirməyəcək. Eyni zamanda həmin əmlakın gələcəkdə satışında da çətinliklər yaşana bilər. Bu isə onu göstərir ki, bu tip əmlaklar daha çox prestij və nümayiş üçün nəzərdə tutulur, lakin investisiya baxımından səmərəli deyil”.

Rəvan Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyul 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri