Icma.az
close
up
RU
5 min tələbənin hər mövzuda yanında olmağa çalışırıq Türkiyə səfiri

5 min tələbənin hər mövzuda yanında olmağa çalışırıq Türkiyə səfiri

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Türk Dünyası İqtisadiyyat Fakültəsi tərəfindən təşkil edilən Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransı Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutub.

TİKA-nın dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) və Türk Dünyası İqtisadiyyat Fakültəsi tərəfindən 16–17 may 2025-ci il tarixlərində keçirilən Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransının açılış mərasimində Türkiyənin Bakıdakı səfiri professor, doktor Birol Akgün, Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış Samsun millət vəkili professor, doktor İlyas Topsakal, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TDAV sədri Közhan Yazğan, Türk Dünyasından akademiklər və tələbələr iştirak ediblər.

Redaktor.az xəbər verir ki, açılış nitqində Türkiyənin Bakıdakı səfiri Birol Akgün elmi tədqiqatların Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasındakı əlaqələri gücləndirdiyini vurğulayıb.

"Səfirlik olaraq bütün səviyyələrdə təhsil müəssisələrinin, akademiklərin, ziyalıların və Türkiyədən təhsil almaq üçün gələn təxminən 5 min tələbənin hər mövzuda yanında olmağa çalışırıq,” – deyə səfir bildirib.

TBMM-in 28-ci çağırış Samsun millət vəkili Topsakal isə Türk Dünyası İqtisadiyyat Fakültəsinin hələ "Türk Dünyası” anlayışının yeni-yeni elmi ədəbiyyata daxil olduğu dövrdə təsis edildiyini və bu fakültənin onun akademik karyerasında mühüm yer tutduğunu qeyd edib. "Tarixdə də, bu gün də Türk Dünyasının elmi baxımdan ağırlıq mərkəzi Bakı olub. Fikirlər, elmi araşdırmalar burada toplanır, müzakirə olunur və Türk Dünyasına yayılır", - deyə Topsakal bildirib.

Konfransa verdiyi dəstəyə görə TİKA-nın adından TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelikə təşəkkür plaketi Türkiyənin Bakıdakı səfiri professor, doktor Birol Akgün tərəfindən təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 May 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri