Icma.az
close
up
RU
50 dən çox ölkə ABŞ dən daşı ətəyindən tökməyi xahiş edib

50 dən çox ölkə ABŞ dən daşı ətəyindən tökməyi xahiş edib

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də yeni tarif siyasətinin tətbiq edilməsi əmtəə bazarlarında gərginliyi artırıb. “Brent” neftinin qiyməti uzun müddət idi ki, 70-80 dollar arasında dəyişirdi. Amma ABŞ-nin yeni tarifləri elan etməsindən sonra “qara qızıl” sürətlə ucuzlaşır. Aprelin 2-də 75 dollara satılan “Brent” neftinin dəyəri hazırda 63 dollardır. Cəmi 5 gün ərzində “Brent” neftinin dəyəri 12 dollara yaxın, yəni 16 faiz düşüb.    

Bəs səhm və kripto bazarlarında vəziyyət necə olacaq? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, biznes idarəçilik prinsiplərinin ABŞ-də dövlət idarəçiliyinə tətbiq edilməsindən sonra səhm bazarlarında ciddi bir enişlər gözlənilən idi.

Ekspertin sözlərinə görə, bu hələ başlanğıcdır:

“Hazırkı mərhələdə bu vəziyyət daha çox davranış iqtisadiyyatı çərçivəsində izah olunur. Qorxu, qeyri-müəyyənlik və sürü psixologiyası səhm bazarında yaranan təlaşı artırır. Belə vəziyyətlərdə bazar iştirakçıları riskli aktivlərdən uzaqlaşıb nağd pula və daha təhlükəsiz sayılan qızıla, eləcə də daha etibarlı olan dövlət istiqrazlarına üz tuturlar. Əgər gərginliklər artarsa, bu çöküş davam edə bilər, amma dalğavari. Bu isə daha çox ABŞ və qarşı ölkələr arasında bu gün davam edən və yaxın günlərdə aparılacaq müzakirələrin nəticəsindən çox asılı olacaq”. 

E.Əmirov qeyd edib ki, hazırda 50-dən çox ölkə ABŞ-dən daşı ətəyindən tökməyi xahiş edib:

“Əgər ABŞ daşı ətəyindən töksə, qısa müddətdə stabilləşmə ola bilər, daha sonra itirilmiş dəyərlərin bərpası tədricən mümkündür. Lakin hazırkı şəraitdə bu real görünmür. Buna görə də digər böyük oyunçular da qlobal ticarətə dair proteksionist siyasətləri gücləndirə bilərlər. Bu zaman enişlər dərinləşə bilər.  Odur ki, bu situasiyada həm fürsət var, həm də risk. Qısa müddətli dövr üçün risk bolluğu yaşansa da, uzunmüddətli dövr üçün fürsətlər yaranır. Bu baxımdan, hazırda davranış iqtisadiyyatının “overreaction” (artıq reaksiya) və “herd behavior” (sürü davranışı) elementləri müşahidə edilir. Belə vəziyyətə qorxu ilə reaksiya verənlər satış edəcək, amma rasional analiz edənlər üçün “alım fürsəti” yaranacaq”. 

Mütəxəssis vurğulayıb ki, panikaya qapılıb heç bir səhmi, hansısa digər qiymətli kağızı, eləcə də kriptovalyutanı satmaq doğru deyil:

“Amma almaq olar, lakin bütün vasaitlə deyil, ehtiyatla, hissə-hissə almaq daha məsləhətdir. Çünki enişin bir qədər də davam etməsi mümkündür. Lakin bütün hallarda eniş düzxətli yox, qısa müddətdə dalğalanmalar davam edə bilər”.

Firuzə Əliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri