Icma.az
close
up
RU
50 illik sirr: LES 1 peyki necə zombi oldu və yenidən necə canlandı

50 illik sirr: LES 1 peyki necə zombi oldu və yenidən necə canlandı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1960-cı illərin ortalarında ABŞ Hərbi Hava Qüvvələri və Massaçusets Texnologiya İnstitutunun (MIT) nəzdində fəaliyyət göstərən "Lincoln Laboratoriyası” kosmik rabitə tarixində mühüm bir layihəyə imza atıb. Məqsəd, hərbi rabitə sistemlərini sınaqdan keçirmək və təkmilləşdirmək üçün iki eksperimental peyk – "LES-1” və "LES-2”ni orbitə göndərmək idi. Bu peyklər elektromaqnit spektrinin X diapazonunda fəaliyyət göstərən ilk yüksək tezlikli rabitə peykləri kimi tarixə düşüb.

Qaynarinfo xəbər verir ki, NASA-nın Tarix Ofisinin məlumatına görə, 11 fevral 1965-ci ildə buraxılan "LES-1” texniki nasazlıq səbəbindən planlaşdırılan orbitinə çata bilməyib. Elektrik sistemindəki yanlış bağlantı ucbatından peyk stabil orbitdən çıxa bilmədi və cəmi iki il sonra – 1967-ci ildə siqnal ötürməyi dayandırıb.

Onun əkiz modeli "LES-2” isə uğurla orbitə yerləşdirildi və layihənin texniki məqsədlərinə çatıb. "LES-1” isə onilliklər boyu Yer ətrafında səssiz şəkildə fırlanan saysız kosmik tullantılardan birinə çevrilib.

Yarım əsr sonra, 2013-cü ildə İngiltərənin Kornuoll bölgəsində yaşayan həvəskar radioastronom Fil Uilyams inanılmaz bir şey kəşf edib. O, "LES-1” peykindən gəldiyi müəyyən edilən bir siqnal tutub. 50 il əvvəl "susmuş” bu peyk gözlənilmədən yenidən fəaliyyətə başlamışdı.

Uilyamsın müşahidələrinə görə, peykdən gələn siqnal dörd saniyəlik ardıcıl dövrlərlə təkrarlanırdı. O, bu qəribə ritmi peykin öz oxu ətrafında hər dörd saniyədə bir dönməsi və mühərrik hissələrinin günəş panellərinin işığının qarşısını alması ilə izah edirdi.

Uilyams həmin vaxt demişdi: "Günəş panellərindən gələn gərginlik dəyişdikcə siqnal sanki ruhani, dalğalanan bir səsə çevrilir".

Linkoln Laboratoriyası bu hadisədən sonra "LES-1”i yenidən izləməyə başladı və peyk universitet kampuslarının üzərindən keçərkən siqnal yazan sistem quraşdırıb. Laboratoriyanın "Gelişmiş SATCOM Sistemləri və Əməliyyat Qrupu”nun rəhbəri Navid Yazdani hadisəni belə şərh edib: "LES-1, kosmosda hələ də fəaliyyət göstərən ən qədim peyklərdən biridir. Onun bu qədər ildən sonra yenidən siqnal göndərməsi təkcə texniki maraq doğurmur, həm də laboratoriyamızın kosmik rabitə sahəsindəki mirasını xatırladır".

Yazdani əlavə edib ki, "LES-1” layihəsindən öyrənilən dərslər sonrakı illərdə həm hərbi, həm də mülki rabitə sistemlərinin təkmilləşdirilməsində mühüm rol oynayıb.

Mütəxəssislər peykin yenidən aktivləşməsinin səbəbini dəqiq bilməsələr də, ən güclü fərziyyə elektrik dövrəsində baş verən qısaqapanmadır. İllər ərzində batareyaların və dövrələrin korlanması nəticəsində baş vermiş nasazlıq, günəş panellərindən gələn enerjinin birbaşa ötürücü sistemə yönəlməsinə və peykin yenidən siqnal göndərməsinə səbəb ola bilər.

Hazırda "LES-1” hələ də Yer ətrafında dövr edir və periodik siqnal göndərməyə davam edir. Bu peyk, insan mühəndisliyinin həm dayanıqlığının, həm də kosmosun gözlənilməz təbiətinin unikal bir simvoluna çevrilib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see311

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see194

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see154

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see137

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri