50 yə yaxın insanı öldürən rusiyalı manyakdan etiraf
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada "Bitsa manyakı" kimi tanınan qatil Aleksandr Piçuşkin Moskvanın Şimali Butovo rayonunda daha 11 kişi və qadını qətlə yetirdiyi barədə etiraf etməyə hazırdır.
Oxu.Az kommersant.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Penitensiar Xidməti məlumat verib.
Aleksandr Piçuşkin 17 ildir ki, cəzaçəkmə müəssisəsində ömürlük cəza çəkir.
O, Moskvadakı Bitsa parkında ən azı 49 qətl törədib. Cinayətkar birinci dəfə 1992-ci ildə insan öldürüb, 2001-2006-cı illərdə daha 48 qətl törədib. 2007-ci ildə o, xüsusi rejimli cəzaçəkmə müəssisəsində ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmədə o, törətdiyi əməldən peşman olmadığını bildirib və 60 qətl törətdiyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Aprel 2025 07:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















