Icma.az
close
up
RU
91 qadını öldürən, 14 il sonra tutulan manyakdan tükürpədən ETİRAFLAR FOTO

91 qadını öldürən, 14 il sonra tutulan manyakdan tükürpədən ETİRAFLAR FOTO

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Anqarsklı manyak” ləqəbli bu keçmiş polis işçisini öz həmkarları illərdir axtarıb. 14 il sonra qatili tutmaq mümkün olub. Son bir ildə isə onun tükürpədən cinayətlərinin sayı-hesabı tutulur. Hələ açılmayan cinayət işləri də var.
Hazırda bu cinayətkarın hesabında 88 cəsəd və üç adam öldürməyə cəhd var. Bu onu rus manyaklarından ən qanlısı edir. Anqarsk Şəhər Məhkəməsinə seriyalı qatil Mixail Popkova qarşı yeni iş üzrə materiallar daxil olub.
Hədəfi qadınlar olub
Turkustan.az Qazeta.ru-ya istinadən bildirir ki, əsasən baltayla “işləyən” qatilin hədəfi qadınlar olub.
Şəhərdə bütün bu qətllərin bir nəfər tərəfindən törədildiyi versiyasını ilk dəfə Rusiya Federasiyası Baş Prokurorluğunda mühüm işlər üzrə böyük müstəntiq Valeri Kostarev səsləndirib. O, qatilin hüquq-mühafizə orqanının əməkdaşı olduğunu da ehtimal edib. Bundan sonra bütün polis əməkdaşları dindirilib. 2011-ci ilin iyununda 48 yaşlı təqaüdçü Mixail Popkovun dindirilmək növbəsi gəlir. İdmançı, keçmiş polis zabiti – hamı onun haqqında məsuliyyətli, operativ və bilikli bir işçi kimi danışırdı.
Təqaüdə çıxdıqdan sonra taksi sürüb, qəbir qazıb, Vladivostokdan Anqarska sifarişlər aparıb-gətirib. Yəni “başını aşağı salıb” işiylə məşğul olub. Qohum-qonşuda ondan narazı qalan olmayıb.

Müstəntiqlərin səhvi onu əsəbləşdirib

Popkov Vladivostokda saxlanılıb. Müstəntiqlərin xatırlatdığı kimi, o qədər təmkinli, səlis danışığı vardı ki, özü etiraf etməsəydi, heç kim onun cinayətkar olduğunu anlamazdı. Etirafına isə sırf müstəntiqlərin yanlışından qıcıqlanması səbəb olub. Onu idarəyə gətirəndə divarda iddia edilən cinayətlərinin yerlərini göstərən xəritə varmış. O, bir neçə saniyə səssizcə baxıb, sonra işarələrdən birini göstərərək deyib: “burda səhv etmisiniz, onu sol tərəfdə öldürdüm”.

Sonrakı bir neçə il ərzində müstəntiqlər Mixail Popkovun “nazıyla oynayıblar”. Qatil ancaq sübuta yetirilmiş cinayət işləri haqqında danışmağa razılıq verib. Yəni “əziyyət çəkib tapın, mən də danışım”.

Qadınlar bilmədən öz ölüm əmrini imzalayırdılar
İtirəcək heç nəyi olmayan Popkov buna görə peşmançılıq hissi keçirmirdi və özünü “təmizləyici” hesab edirdi. Çox vaxt qurbanları taksi sürərək axtarırmış. Söhbət əsnasında qadın sərnişinin ünsiyyətcil olduğu ortaya çıxarsa, ona içki təklif edirmiş.
Razılaşan qadın öz ölüm əmrini imzalamış olurdu. Cinsi əlaqədən sonra Popkov hər yeni qurbanını vəhşicəsinə qətlə yetirirmiş. Əsasən baltayla daha rahat, əziyyət çəkmədən öldürdüyünü deyirdi. Əl altında baltası olmayanda maşınındakı kürək, çəkic, yəni əlinə nə keçsə, işinə yarayırdı.
Hərtərəfli məhkəmə psixoloji-psixiatrik ekspertizası onun tam sağlam olduğunu müəyyən edib. Yəni Popkov bunların hamısını anlaqlı vəziyyətdə edib. İstintaq zamanı rəy verən psixiatrlar bunun xəstəlik deyil, xarakter patologiyası olduğunu bildiriblər.
Qeyd edək ki, Mixail Popkov iki dəfə ömürlük həbs cəzasına məhkum edilmiş yeganə rusiyalıdır. /Bizim.Media/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 İyul 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see304

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see276

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see247

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see175

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri