Icma.az
close
up
RU
​500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…

​500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən sessiyada çıxış edərkən deyib.

Nazir əlavə edib ki, müvafiq addımlar çoxmənzilli yaşayış binalarının qeydiyyatı və şəhərsalma standartlarına minimum səviyyədə cavab verən bəzi qeyri-rəsmi yaşayış məntəqələri üçün müəyyən amnistiya mexanizmlərinin tətbiqini əhatə edib.

“Eyni zamanda, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər. Bu isə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və mühüm infrastruktur zonalarına təzyiqin artmasına səbəb ola bilər”, - deyə M. Cabbarov bildirib.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda təxminən 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikilinin olduğu bildirilir. Son illər Prezidentin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı fərmanının icrası çərçivəsində 60 min 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin olunub. Bundan başqa, 413 min 423 dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşa elektron çıxarış verilib.

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “AzPolitika”ya açıqlama  verib

O, bildirib ki, təbii ki, hər hansı bir qanunsuz fəaliyyətə, qanunsuz tikiliyə amnistiyanın tətbiq olunması gələcəkdə bu cür addımların atılması üçün stimul ola bilər: “Belə bir fikir, təbii ki, əsaslı fikirdir. Amma nəzərə alsaq ki, artıq Nazirlər Kabineti tərəfindən belə bir qərar qəbul olunub ki, 2023-cü ildən sonra inşa olunacaq qanunsuz tikililər kommunikasiya vasitələri ilə təmin edilməyəcək. Əgər həmin tikililər müvafiq icra qurumlarının tətbiq etdiyi qadağalara baxmayaraq inşa edilərsə, o zaman həmin tikililərdə yaşamaq üçün zəruri olan vasitələr mövcud olmayacaq. Bu da onların yalnız tikili olaraq qalmasına səbəb olacaq. Bu baxımdan, qanunsuz tikililər üçün stimul yaranmaması məqsədilə dövlət preventiv tədbirlər görüb ki, belə hallar olmasın. Nəzarətin gücləndirilməsi və müvafiq icra qurumlarına tapşırıqlar verilməsi də həmin tədbirlərin sırasındadır”.

AQC sədri qeyd edib ki, qanunsuz tikili dedikdə biz strateji ərazilərdə olmayan, kommunikasiya xətlərinin üzərində və yüksək gərginlikli elektrik xətlərinin altında yerləşməyən, lakin torpaq sənədləri yaşayış üçün nəzərdə tutulmayan, torpaq təyinatı üzərində yaşayış tikintisinin aparılmasına imkan verməyən tikililərdən danışırıq: “Yəni, burada söhbət qanunla qadağan olunmuş ərazilərdə inşa edilən tikililərdən getmir.Təbii ki, qanunla icazə verilməyən yerlərdə tikinti aparmaq olmaz və bu, inzibati məsuliyyət yaradır. Burada məsələ amnistiyanın vacib olub-olmamasıdır. Hazırda 500 mindən artıq sənədsiz ev var. Biz amnistiya deyəndə məhz həmin evləri nəzərdə tuturuq ki, onlar ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilsin deyə sənədləşdirilməsi vacibdir. Sadəcə, cənab nazir burada bu cür addımların yeni qanunsuz tikililər üçün stimul ola biləcəyindən bəhs edib. Amma təsəvvür edin ki, müxtəlif səbəblərdən, xüsusilə də 1990–2010-cu illər arasında inşa olunmuş və illərdir sakinlərin yaşadığı, kommunal xidmətlərdən istifadə edib ödəniş edən vətəndaşlara məxsus tikililərdən söhbət gedir. Həmin tikililər ölkə iqtisadiyyatının tərkib hissəsi olmalıdır”.

“Əgər həmin tikililər sənədləşərsə, o zaman onlar həm girov predmeti kimi çıxış edə bilər, həm alqı-satqı predmetinə çevrilər, həm də həmin vətəndaşlar mülkiyyət sahibi kimi dövlət büdcəsinə vergi ödəyə bilərlər. Bütün bunlar iqtisadi aktivliyin təmin olunması üçün ciddi stimul yarada bilər. Biz həmişə bu məsələdən danışanda məhz onu nəzərdə tuturuq ki, 500 mindən artıq ev hazırda sənədsizdir və əmlak reyestrinin tam formalaşması üçün həmin evlərin qeydiyyata alınması və sənədlə təmin olunması olduqca vacibdir”, - deyə o qeyd edib.

V. Orucun sözlərinə görə, burada həmin qanunsuz tikilmiş evlərin şəhərsalma prinsiplərinə uyğunluğu nəzərdən keçirilməlidir. İkincisi, yerləşdiyi ərazidə strateji obyektlər üçün hər hansı təhlükə yaradıb-yaratmadığı müəyyən olunmalıdır:“Əgər söhbət yalnız müvafiq prosedurlara əməl olunmadan inşa edilən və ya üzərində yerləşdiyi torpaq sahəsinin təyinatının yaşayış məqsədli olmamasından gedirsə, bu, o qədər də ciddi problem deyil. Məsələn, Məhəmmədi qəsəbəsində, Masazırda və digər yerlərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikilib. Bu evlər bir-iki deyil, bütöv massivlərdən ibarətdir. Həmin torpaqların təyinatının kənd təsərrüfatından yaşayış təyinatına dəyişdirilməsi hansı problem yarada bilər? Mən düşünürəm ki, burada cənab nazir yalnız bundan sonra qanunsuz tikililərin qarşısının alınması məqsədilə bu fikri səsləndirib”.

“Qanunsuz tikili dedikdə isə təbii ki, şəhərsalma prinsiplərinə zidd olan və strateji obyektlərin yaxınlığında, ərazisində, yaxud yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən, qanunla tikintisi qadağan edilən tikililər nəzərdə tutula bilər.

Yəni burada qanunsuz tikilini iki formada təsvir edə bilərik:

- Birincisi, qanunla zidd şəkildə inşa olunmuş tikililər;

- İkincisi isə torpaq sahəsinin təyinatına uyğun olmayan, məsələn kənd təsərrüfatı torpaqlarında aparılmış yaşayış tikintiləri.

Mən düşünürəm ki, həmin bölgü aparıldıqdan sonra dövlət üçün təhlükə yaratmayan, torpaq təyinatının dəyişdirilməsi iqtisadi proseslərə müsbət təsir göstərə biləcək ərazilər müəyyənləşdirilməli və amnistiya məhz həmin istiqamətdə tətbiq olunmalıdır”, -deyə o bildirib.

V. Oruc qeyd edib ki, bir şəhərdə, bir rayonda və ümumiyyətlə bir ölkədə bu qədər qeydiyyata alınmayan və sənədsiz tikilinin olması ürəkaçan deyil: “Nəzərə alsaq ki, hazırda şəhərsalma və memarlıq forumları keçirilir və ölkəmizə diqqət artıb, yeni urbanistik həllər müzakirə olunur, bu vəziyyət bizi daha da diqqətli olmağa vadar edir. Məhz buna görə ölkəmizdə sənədsiz və əmlak reyestrində qeydiyyatda olmayan tikililərin mərhələli şəkildə sənədləşdirilməsi təmin edilməlidir. Yüz minlərlə sənədsiz daşınmaz əmlak mövcuddur və onları ya sökmək, ya da sənədləşdirmək lazımdır. Bu, dövlətin və cəmiyyətin qarşısında duran əsas problemlərdən biridir. Preventiv tədbirlərin görülməsi məhz gələcəkdə qanunsuz tikililərin qarşısını almaq məqsədi daşıyır. Bu isə heç də 500 mindən çox vətəndaşın mülkiyyət sənədi gözləyən evlərinin sənədləşdirilməsinin mümkünsüz olduğu anlamına gəlmir. Həmin evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir.

Azərbaycan Prezidenti tərəfindən bu barədə müvafiq göstərişlər verilib. İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti də bu istiqamətdə müəyyən addımlar atır. Sadəcə bundan sonra belə halların təkrarlanmaması üçün ciddi nəzarət və şəhərsalma prinsiplərinin tətbiqi ilə bağlı qəti mövqe ortaya qoyulmalıdır. Nazir də məhz bunu nəzərdə tutur”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 May 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri