Icma.az
close
up
RU
525 ci qəzet 500 milyardlıq ağlasığmaz süni intellekt layihəsi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet 500 milyardlıq ağlasığmaz süni intellekt layihəsi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az bildirir, 525.az portalına istinadən.

Afaq Vasifqızı, jurnalist:

- Televiziya qəribə məkandır. Bəzən qəfil bir sual yaranırdı - Lima Perunun paytaxtıdır, ya Madaqaskarın? Ya "Söhbətül-əsmar" Füzulinindir, ya Şirvaninin? Ya filan ildə Baş nazir Əli Məsimov idi, ya Rəhim Hüseynov? Yaxud filan kadrda qulağı görünən Rafael Allahverdiyevdir, ya Surət Hüseynov? Bu plandakı Gəray Fəzlidir, ya Tofiq Mahmud? Ən müxtəlif sferalara aid yüzlərlə belə sual ortaya çıxanda (ki ona dərhal düzgün cavab tapmalısan) ən dəqiq cavab üçün bircə adama müraciət edərdik - İlham Alışanova. Ədəbiyyat, siyasət, tarix, ən yeni tarix - onun dəqiq bilmədiyi heç nə, dəqiq tanımadığı heç kəs yox idi. Onun bir qızıl qaydası vardı - "faktdan, fotodan, plandan şübhələnirsənsə, efirə vermə" deyərdi.

Ensiklopedik biliyə malik nadir intellektual. Kitab adam. Bilik adam. Məlumat adam.

Bu sabah eşitdim ki, İlham Alışanov dünyasını dəyişib. Çox üzgünəm.

Nur içində yat, İlham müəllim, dəyərli adam.

Allah sənə rəhmət eləsin.

Yadigar Sadıqlı, ictimai fəal:

- Bu gün general-mayor Həzi Aslanovun 115-ci doğum günüdür.

O, köhnə təqvimlə 22 yanvar (yeni ilə 4 fevral) 1910-cu il tarixində  Lənkəran şəhərində anadan olub. Mənim də oxuduğum 1 saylı məktəbdə təhsil alıb. Atasının vəfatı səbəbindən orta təhsilini yarımçıq saxlayıb və işləməyə başlayıb. 14 yaşından Zaqafqaziya hərbi hazırlıq məktəbində təhsil alıb.

Hərbi karyerasına Ukraynann Berdiçev şəhərində yerləşən alayda vzvod (taqım) komandiri kimi başlayıb. Polşanın bölüşdürülməsinin və sovet-fin müharibəsinin iştirakçısı olub.

Sovet-alman müharibəsi başlayarkən mayor Aslanov Lvov yaxınlığında yerləşən hərbi hissədə batalyon (tabor) komandiri idi. Aid olduğu Kiyev hərbi dairəsi müharibə başlayan gün Cənub-Qərb hərbi dairəsinə çevrilir və ilk günlərdən ağır döyüşlərdə iştirak edir.

1942-ci ildə Krım cəbhəsinə göndərilir. Burada alman qoşunlarına vermaxtın ən görkəmli generallarından biri - Erix fon Manşteyn rəhbərlik edirdi. Mayda almanlar hücuma keçib Krımı tam tutandan sonra 55-ci əlahiddə tank alayının komandiri və podpolkovnik (pokovnik-leytenant) kimi Stalinqrad döyüşlərində, o cümlədən 6-cı alman ordusunun mühasirəyə alınması ilə nəticələnən əks-hücumda iştirak edir.

Hitler mühasirəni yarmaq üçün Manşteynin rəhbərlik etdiyi "Don" ordular qrupunu göndərir. Həzi Aslanovun və Mixail Daisamidzenin komandanlıq etdiyi iki alay 5 gün ərzində almanların qarşısını kəsirlər və sovet komandanlığına əlavə qüvvələr cəlb etməyə imkan verirlər. Nəticədə mühasirədəkiləri xilas etmək mümkün olmur. Məhz bu uğuruna görə Aslanov (eləcə də Diasamidze) 1942-ci il dekabrın 22-də ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

1943-cü ilin yanvarında polkovnik, 1944-cü ilin martında isə general-mayor rütbəsinə yüksəlir. Onun komandiri olduğu hərbi hissələr Belqorod, Sumı, Axtırka, Poltava, Lebedin, Mirqorod, Vileyka, Minsk, Molodeçno, Vilnüs, Şaulyay, Yelqava və başqa şəhərlərin azad olunmasında iştirak edir.

1944-cü il iyulun 4-də Üçüncü Belarusiya cəbhəsinin komandanı general-polkovnik İvan Çernyaxovski almanların olduqca ağır məğlubiyyəti ilə nəticələnən "Baqration" əməliyyatında xüsusi fərqlənməsinə görə Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi üçün təqdimat yazır, amma təqdimat qəbul olunmur.

1945-ci il yanvarın 24-də, 35-ci doğum günündən iki gün sonra Həzi Aslanov ağır yaralanır. O, rusca "rekoqnossirovka" deyilən vizual hərbi kəşfiyyat zamanı çox önə çıxır və yanında artilleriya mərmisinin partlaması səbəbindən başından və bədənindən çoxsaylı qəlpə yaraları alır. General ertəsi gün həlak olur. Onun nəşi Bakıya gətirilərək Dağüstü parkda (indi Şəhidlər xiyabanı) dəfn edilir.

Müharibə illərində Aslanov üç dəfə Qırmızı Bayraq ordeni, ikinci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, iki Qırmızı ulduz ordeni və ölümündən sonra 1-ci dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunur.

SSRİ-nin son illərində Çernyaxovskinin təqdimatı yenidən qaldırıldı və 1991-ci il iyunun 21-də Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Onun adına Azərbaycanda metro stansiyası, küçələr, məktəblər daxil olmaqla bir sıra obyektlər, eləcə də Rusiyanın Volqoqrad və Belarusun Smorqon şəhərlərində küçələr var. Mamayev Kurqan xatirə ansamblında Aslanov üçün xüsusi xatirə lövhəsi qoyulub.

Lənkəranda ev-muzeyi fəaliyyət göstərir.

Dilqəm Əhməd, jurnalist:

- 1951-ci ildə "Yeni İstanbul" qəzeti Amerikanın "Red Book" adlı jurnalına istinadən 50 il sonra - 2000-ci illərdə dünyanın necə olacağının proqnozlaşdırılmasına yer verib. O dövrdə edilən anketə görə 2000-ci ildə:

- İnsan ümumi görünüş baxımından bugünkündən fərqli olmayacaq;

- Təbii ölüm kimyəvi maddələr sayəsində gecikdiriləcək, amma bunun zərəri odur ki, dərman vasitəsilə sağ qalan bu insanlardan törəyənlər də zəif, xəstə insanlar olacaqlar;

- Avtomobil və liftlər zəif ayaqlı insanlar yaradacaq;

- İnsanın gözləri yenə eşqdən kor olacaq, qadınlar yenə də kişilərin güclü, ağıllı olduğuna inanacaqlar;

- Küçələri dolduran izdihamın böyük qismini ixtiyarlar təşkil edəcək;

- Dünya əhalisi 3 milyard olacaq;

- Yunun yerini naylonlar alacaq;

- Okeanların tədqiqi sürətlənəcək;

- Qadınlar möcüzəvi kiçik alətlərlə ev işlərini zövqlə edəcəklər;

- Günəşdən istifadə edilərək kalori toplanacaq və heç bir zəhmət görmədən isinmək mümkün olacaq;

- Radio və televiziya üzündən teatr, sinema və müzikallar can çəkişəcək və ya ortadan yox olacaq;

- Səyahət avtomobillərinin yerini helikopter "bala"ları tutacaq. Saatda 500 km qət edəcək. Amma havada toqquşacaqları üçün gündə 500-ə yaxın insan öləcək;

- Daha bezgin olan insanların hərəkət etmələri, həyəcanlana bilmələri üçün psixoloji şoklara ehtiyac olacaq;

- 2000-ci ildə kitab oxuyan ancaq mütəxəssislər olacaq. İnsanlar boş vaxtlarını tamamilə radio, televiziya və səyahətlərdə keçirəcəklər.

Bəs sizə görə, 2050-ci ildə nələr olacaq?

Taleh Cəfərov, tarix üzrə fəlsəfə doktoru:

- Saat 20:00-u gözləyirsən ki, ölkədə və dünyada mühüm siyasi xəbərlərdən xəbərdar olasan. Ancaq 8 olan kimi bir iki telekanalı çıxmaq şərtilə (AZTV, İTV) ana xəbərlərdə bir-iki mühüm siyasi xəbər lenti gedəndən sonra ancaq looxəbər, bədxəbərlər efirlərləri bəzəyir. Onsuz da gün ərzində ölkədə müxtəlif yol hadisələri, ev yanmaları, uşaq çayda boğulmaları, avtoqəzalar və s. səpkili o qədər hadisələr olur ki. Bu cür məlumatları niyə ana xəbərə çıxarırlar, bilmək olmur. Buna nə gərək var axı. Yaxşısı budur bir dənə Bədxəbər, ya Loo xəbər aç, bütün bu kimi səpkili xəbərləri ver də orda. O, səpkili xəbərlərə baxdıqca adamın əhvalı korlanır, əsəbləri darılır, müalicə alırsansa, lap bərbadlaşırsan...

Nəmənd Rüstəmov, jurnalist:

- Dünyanın 10 ən zəngin adamının gündəlik ortalama qazancı 100 milyon dollardan çoxdur. Planetimizin əhalisinin 44%-dən çoxunun adambaşı gündəlik gəliri isə 7 dollardan çox deyil...

Elxan Şahinoğlu, politoloq:

- Necə ki, iki qoçun başı bir qazanda qaynamaz, Donald Trampla İlon Maskın da 4 il birlikdə məsafə qət edəcəklərinə şübhə ilə yanaşıram. Hər ikisi reklamı və piarı, o cümlədən diqqət mərkəzində olmağı xoşlayır. Tramp hələlik Maska dözür, ona administrasiyada xüsusi səlahiyyəti olmayan vəzifə də verib. Ancaq İlon Mask vəzifəyə sığmayan birisidir, adam enerji daşıyıcısıdır, belə olmasaydı, gənclik illərindən başlayaraq müxtəlif layihələrin müəllifi olmazdı. Donald Trampın dünənki andiçmə mərasimində İlon Maskın darıxdığı açıq müşahidə edilirdi, təntənəli mərasimlər və uzun nitqlər onluq deyil. İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər. Maskın Çinlə ortaq layihələri mövcuddur, Rubio isə Çinə qarşı ən sərt qərarların qəbulunun tərəfdarıdır.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Sam Altman istədiyini aldı, qaldı digər texnoloji liderlərin arzularının gerçəkləşməsi.

Tramp ilk iş günündə 500 milyardlıq nəhəng, ağlasığmaz bir süni intellekt layihəsinə start verib.

"OpenAİ", "Oracle" və "SoftBank" birgə "Stargate" mərkəzi formalaşdıracaqlar.

Bu mərkəz "OpenAİ"nin, yəni "CahtGPT"nin inkişafına dəstək verəcək.

Layihənin ciddiliyi ondan görsənir ki, 100 milyard artıq bu layihə üçün ayrılıb.

Layihə çərçivəsində süni intellekt infrastrukturu, yəni data mərkəzlər  və onlar üçün vacib olan 5 Gigavatt gücündə enerji təminatı yaradılacaq.

Görünür ki, Trampın ABŞ-ı liderə çevirmək istəkləri çox ciddidir.

Xatırladıram ki, Çin "OpenAİ" ilə rəqabət apara biləcək "DeepSeek" layihəsi reallaşdırır, "TikTok"un sahibi "ByteDance" və "Huawei" də bu sahəyə milyardlar yatırırlar.

Görünür ki, ABŞ liderliyi əldən vermək niyyətində deyil.

Bu arada, İlon Maskla soyuq münasibətdə olan Sam Altmanın ağlasığmaz məbləğdə bir investisiya əldə etməsi həm də onu göstərir ki, Maskın Trampın qərarlarına təsirləri çox şişirdilib.

Aydın Quliyev, jurnalist:

- Trampın bəyan etdiyi "güc tətbiqilə sülh" formulunu 5 il əvvəl ilk dəfə Azərbaycan tətbiq etdi...

Tramp "güc tətbiqi ilə sülhə nail olmaq" kursu elan etdi. İndi başlayacaqlar ki, "dünya tarixində yeni geosiyasi mərhələ başlanır" və ya Tramp "yeni sülh formulu kəşf edib" və sair. Təbii ki, maraqlı düsturdu. Lakin yeni deyil. Bu formulu ilk dəfə Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli müstəvisində tətbiq etdi. Bütün dünya münaqişənin sülh yolundan başqa həll yolunun olmadığını düz 30 Azərbaycana təlqin etdilər. Sülhsevər Azərbaycan "sülh yolu ilə həll daha yaxşıdır" prinsipinə əsaslanaraq uzun illər dünyaya inandı, lakin paralel olaraq həm də müharibə hazırlıqlarını hərbi, siyasi və diplomatik müstəvidə davam etdirdi. Ən sonda isə "güc tətbiqilə düşməni sülhə məcburetmə" əməliyyatlarına başladı. "Güc tətbiqilə sülh" formulunun praktik nümayişi budur.

Onun yaradıcısı isə Azərbaycandır. Haqqımıza kimsə göz dikməsin...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Yanvar 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see145

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see126

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see123

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see119

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see117

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

18 yaşını xüsusi parti ilə qeyd edən Lamin Yamal hakim qarşısına çıxmalı olacaq

14 İyul 2025 08:49see112

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see111

APL klublarının transfer fəallığı

14 İyul 2025 03:41see111

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri