Icma.az
close
up
RU
525ci qəzet Süni intellekt həkimləri üstələyib So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Süni intellekt həkimləri üstələyib So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İbrahim Nəbioğlu, jurnalist:

- Süni intellekt diaqnozun dəqiqliyinə görə həkimləri üstələyib. Alimlər 50 həkimi seçib araşdırma aparıblar. Həkimlərin yarısı diaqnozu özləri, digər hissəsi isə ChatGPT-dən istifadə edərək qoyublar.

Nəticə hər kəsi şoka salıb: neyro-şəbəkəsiz həkimlər orta hesabla 74%, neyro-şəbəkəsi olan həkimlər 76%, həkimsiz ChatGPT isə 90% bal toplayıblar.

Bu gedişlə həkimləri zavoda işləməyə göndərəcəklər...

Rauf Qərib Alagöz, yazar:

- Bu saatda məktəb olar? Hava hələ ağarmayıb, yazıq körpələr artıq yollardadır.

Elxan Şahinoğlu, politoloq:

- Azərbaycanın İranla qısa müddət ərzində həm dənizdə, həm də quruda birgə hərbi təlimlərinin iki hədəfi var. Birinci məqsədimiz bu təlimlər vasitəsilə iki ölkə arasındakı sərhəddə narkotik qaçaqmalçılığının qarşısının alınmasıdır. Bundan ən çox əziyyət çəkən Azərbaycandır. Ölkəmizdən İran ərazisinə narkotik keçirilməsi faktı yoxdur. İran ərazisindən gizli yollarla Azərbaycan ərazisinə on kiloqramlarla narkotik vasitələr keçirilməyə çalışılır. Narkotik daşıyanlarla Azərbaycan sərhədçiləri arasında atışmalar nəticəsində hərbçilərimiz həlak olub, yaralananlar var. Buna görə də birgə hərbi təlimlər sərhəddə təhlükəsizliyin artırılmasına xidmət etməlidir.

Azərbaycanın İranla birgə hərbi təlimlərinin siyasi əhəmiyyəti də var. İrandakı siyasi, dini və hərbi dairələr Azərbaycanı İsraillə hərbi əməkdaşlığı genişləndirməkdə ittiham edirlər. Halbuki Azərbaycanın İsraillə əməkdaşlığı İrana qarşı yönəlməyib. Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə il ərzində keçirdiyi hərbi təlimlərdən də narahat olanlar var. Azərbaycan İranla birgə hərbi təlimlər keçirməklə Azərbaycandan qonşu ölkəyə təhdid olmayacağını Tehrana anlatmağa çalışır. Tehranda anlamalıdırlar ki, Azərbaycan Türkiyə, İsrail və NATO ilə hərbi əməkdaşlıqdan imtina etməyəcək. Misal üçün, Azərbaycan silahlı qüvvələri İran silahlı qüvvələri ilə birgə təlimlər keçirərkən, NATO nümayəndə heyəti Bakıda idi. Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Görüşlərdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan "Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı" (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Azərbaycan NATO-ya üzv olmaq istəmir, ancaq ordumuzun daha da modernləşdirilməsi baxımdan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak ölkəmiz üçün əvvəlkitək faydalıdır.

Günel Cəlilova, jurnalist:

- Sosial şəbəkə vasitəsilə sərvətlərinə sərvət qatan Tik-Tokler həbs olunmaqda davam edir. Kimisi xuliqanlıq, kimisi narkotikə görə həbs olunur. Onlara yardım edən,  bahalı hədiyyə atanlar da cəzalansa, yaxşı olar.

Azad Əliyev, jurnalist:

- Əlindəki kiçik zibili atmağa qab tapmayıb onu günlərlə cibində gəzdirən adamların qədrini bilin. Kiçik detaldır, amma böyük xarakterdən xəbər verir.

Cavid Zeynallı, yazıçı:

- Həsən bəy Zərdabinin anım günüdür. Xanımı Hənifə Məlikovaya vəsiyyət eləmişdi ki, ehsana, dəfn mərasiminə xərc çəkmə. Bu pulu öz mülahizənə görə xalq maarifinin ehtiyacları üçün ianə elə.

Amma mərasim görünməmiş şəkildə möhtəşəm təşkil olunur. Hətta tabutun üstünə qızıl çərçivəli portreti qoyulur. Mirzə Ələkbər Sabir Həsən bəyin vəsiyyətini xatırladır. Ki, qəza məktəbində bir yetim pulsuz oxutdurulsun. 

Dəfn olunduğu Bibiheybət məzarlığı 1937-ci ildə yol çəkilişinə görə dağıdılır. Əsəb xəstəsi olan qızı Qəribsoltan fəhlə tutur, məzarı qazdırır, atasının sümüklərini yeşiyə yığır. Bir neçə yerə müraciət edir, amma laqeydlik... Nəşin qalıqlarını evə gətirir, sümüklər bir müddət çarpayının altında qalır. Əlacı kəsilir, aparıb anası Hənifə xanımın məzarının yanında torpağa tapşırır. 

20 il sonra - 1957-ci ildə professor Abbas Zamanov Zərdabinin məzarını axtarır. Amma deyilən yerdə heç nə tapılmır. Sonra yenə axtarış başlanır və daha dərindən qazıntılar aparılır. Tələbələrdən biri sümük yığılan yeşiyi tapır. Hamı sevincdən ağlayır.

Fəxri xiyabanda dəfn edilir.

Böyük kişinin ruhu şad olsun!

Ruhi Əliyeva, müğənni:

- Dəyərli və sevimli şairimiz Ramiz Rövşən RTV-də "Qaranlıqda həqiqət" layihəsinin qonağı oldu. Ramiz Rövşənlə söhbətimiz çox səmimi alındı. Şairin poeziyaya gəlişi, bu sahədə qazandığı ilk uğurlar, gənc şairlərə qayğıdan tutmuş bir çox məsələlər barədə maraqlı söhbətlər oldu. Həmin müsahibə RTV-nin yutub kanalında yayımlanıb və çox maraqla izlənib. İzləyicilərin yazdıqları şərhlər də bu marağın və dəyərin göstəricisi sayıla bilər.

Verilişdən sonra Ramiz Rövşənlə söhbətimizi davam etdirdik. Bu görüş də ruhumuza dinclik gətirən söhbətlərlə zəngin oldu.

Ramiz Rövşən poeziyası insan ruhunun dərinliklərinə enir və müxtəlif mövzuları poetik şəkildə işıqlandırır. Şairin yaradıcılığı dilin zənginliyi və fəlsəfi düşüncənin ağırlığı ilə diqqət çəkir. Ramiz Rövşən həmçinin modern poeziyanın ən önəmli nümayəndələrindən biridir və müasir Azərbaycan ədəbiyyatına müsbət mənada böyük təsir göstərib. Onun şəxsiyyəti və yaradıcılığı, həmçinin insan psixologiyasını dərin təhlil etməsi ilə də seçilir.

Biz dəyərli şairimizi efirdə və ofisdə qonaq etməkdən məmnun olduq, ümid edirik ki, tamaşaçılarımız da Ramiz Rövşənlə söhbətimizdən razı qalacaqlar.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- COP29-un əvvəlki COP-lardan fərqi nə oldu və nə ilə yadda qaldı?

1. İndiyədək iqlim dəyişikliyilə əlaqəli konfransların heç biri belə siyasi və diplomatik gərginliklə müşahidə olunmayıb.

Az qala bütün Avropanın açıq-aşkar boykot etdiyi, cəmi bir neçə Avropa ölkəsinin qatıldığı heç bir digər COP tədbiri olmayıb.

Məhz bu baxımdan, COP29 başlamazdan öncə nəinki heç bir nəticə olmayacağı, hətta böyük uğursuzluq olacağı ilə bağlı iddialar səslənirdi.

Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev COP29 açılışında COP-la bağlı Azərbaycana qarşı qarayaxma və boykot aparanlara qarşı daha sərt münasibət sərgilədi.

COP29-un böyük uğurla başa çatmasını nəzərə alsaq, buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyini üzərinə götürən andan hər şey, bütün siyasi və diplomatik təzyiqlər nöqtəsinə qədər hesablanıbmış.

Digər COP-lardan fərqli olaraq,  inkişaf etmiş ölkələrin DOMİNANTLIĞI deyil, məhz Prezidentin siyasi iradəsi və komandanın ağır əməyi COP29-da  ciddi dönüş və tarixi nəticələr əldə olunmasında mühüm rol oynadı

2. Bəzi COP-larda növbədən kənar iclaslar olsa da, gecə saat 4-də Qlobal Razılaşma uğrunda  "vuruşma" heç birində olmayıb.

Gecə saat 4-də hökumətin iki nazirinin, Muxtar Babayev və Ceyhun Bayramovun əldə olunan qlobal razılaşmanı ayaqüstə qeyd etmələri diqqət cəlb edən idi.

Düşünmək olar ki, bir neçə cəhdlərdən sonra razılaşmanın son mətninin hazırlanması və ölkələrlə, nümayəndələrlə razılaşma proseduralarının yerinə yetirilməsi və nəhayət razılaşmanın əldə olunmasında XİN-nin diplomatları və ETSN komandası əsas rol oynayıb. Güman ki, bütün COP29 təşkilatçılarının və könüllülərin, xüsusilə də COP29-un Prezidenti Muxtar Babayev və XİN rəhbəri Ceyhun Bayramovun əməyi yüksək qiymətləndiriləcək.

Bununla belə, fikrimcə, hər iki nazirimiz artıq beynəlxalq təşkilatlarda və ya qlobal təşəbbüslərdə rəhbər vəzifələrdə fəaliyyət göstərmələri üçün də tam hazır olduqlarını göstərdilər

3. Gərgin siyasi və diplomatik mühitə, qlobal iqlim platformasından çıxmağı hədəfləyən Trampın president seçilməsinin proseslərə mənfi təsir göstərməsinə  baxmayaraq, COP29-da iqlim dəyişiklikləri ilə mübarizə üçün illik 300 milyard dollar öhdəliyinin əldə olunması və karbon kreditləri bazarının formalaşması ilə bağlı konkret razılıq indiyədək mahiyyəti üzrə 30 il davam edən müzakirələr fonunda əldə olunan ən böyük nəticələr hesab oluna bilər.

Əvvəlki COP-larda bu tip məsələlərlə bağlı yalnız konkret 100 milyardlıq nəticə olub, digər konkret nəticələr olmayıb, yalnız tövsiyə xarakterli nəticələr olub.

4. Əvvəlki COP-larda bütün proseslər, beynəlxalq əməkdaşlıqlar əsasən İNKİŞAF ETMİŞ etmiş ölkələrin liderliyi altında qurulurdu. COP29-da diqqət cəlb edən məqam  həm də İNKİŞAF ETMƏKDƏ OLAN ölkələrin liderliyinin önə çıxması oldu.

Asif Nərimanlı, jurnalist:

- Livanla atəşkəs razılaşması İsrailə hərbi baxımdan iki üstünlük qazandırdı:

1. "Hizbullah"ın sərhəddən uzaqlaşdırılması və Litani çayının (Nəhr əl-Litani) qruplaşmanın qarşısında təbii səddə çevrilməsi;

2. Şimal sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, evlərini tərk edənlər təhlükəsiz şəkildə geri qayıtması.

"Hizbullah"a qarşı əməliyyat başlayanda bunun 2006-cı il müharibəsinə bənzəyəcəyi - qısa müddətli olacağı və hədəfin qruplaşmanı sərhəddə təhlükə yaratmayacaq məsafəyə qədər uzaqlaşdırmaq olduğu gözlənilirdi. Həsən Nəsrullahın öldürülməsi ilə İsrail "Hizbullah" üzərində psixoloji baxımdan da üstünlük qazandı. Hərçənd, bütün bunlar taktiki uğurlardır. Netanyahu hakimiyyəti "Hizbullah"ı tamamilə sıradan çıxarmaq və İranı müharibəyə cəlb etmək həddinə qədər getməkdə maraqlı idi. Qərbli müttəfiqlərinin təzyiqi və Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərar irəliləmənin önünün kəsən amildir.

Rəsmi şəkildə qarşı çıxsalar da, bu qərarın-təzyiqin arxasında Bayden Administrasiyasının dayandığı aydın görünür, əks təqdirdə ABŞ-ın istəyi olmasaydı, BCM-də hökmün verilməsi çətin olardı. Bayden üçün atəşkəs Ağ Evi "diplomatik uğurla" tərk etməkdirsə, Fransa üçün Livanda mövqelərini qorumaq məqsədi daşıyır. Eyni zamanada, ABŞ-ın hazırkı administrasiyası ilə Fransa arasında post-Bayden dövründə Trampın Ukrayna və Yaxın Şərqdə mümkün addımlarına qarşı balansın yaradılması məqsədilə uzlaşma da müşahidə edilir.

Bayden və Makron yaxın perspektiv üçün istəyinə nail olsa da, İsrailin taktiki uğurla kifayətlənəcəyini demək çətindir. İstisna deyil ki, Trampın Ağ Evə gəlişindən sonra İsrail İran və proksi qüvvələrinə qarşı daha genişmiqyaslı əməliyyatlara start verəcək, lakin növbəti hədəf Suriya və Yəməndəki qruplaşmalar olacaq.

Bu atəşkəsdən Bayden Administrasiyası, Fransa və İsraillə yanaşı, Livan hökuməti də qazanclı çıxdı, xüsusilə "Hizbullah"ın hərbi və siyasi müstəvidə zəifləməsi fonunda ölkəyə nəzarəti ələ almaq baxımından. İran itirən tərəf kimi görünür, amma baş verənlər Tehran üçün "pis və ən pis" arasında seçim - proksi qüvvələrinin "qalxan" kimi istifadə edilməsi idi. "Hizbullah"ın zəifləməsi post-Xameneyi dövrünə hazırlaşan İran üçün qruplaşmanı formatlamaq və yenidən formalaşdırmaq baxımından heç də səmərəsiz deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see123

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see119

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see119

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see118

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri