Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525 ci qəzet Paşinyan ABŞ dan əliboş qayıtdı

525 ci qəzet Paşinyan ABŞ dan əliboş qayıtdı

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan 5-7 fevral tarixlərində ABŞ-da səfərdə olub. Əsas məqsəd Birləşmiş Ştatlarda keçirilən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində iştirak etmək olsa da, təbii ki, Paşinyan bu səfəri bir fürsət hesab edərək yeni administrasiyanın yüksək səviyyəli rəsmiləri, hətta Prezident Donald Trampla görüşə can atırdı.

Bayden administrasiyası dövründə ABŞ Ermənistana hər cür dəstək verdi. Bu həm siyasi, həm hərbi, həm iqtisadi və həm də digər sferaları əhatə edirdi. Ötən ilin 5 aprel tarixində Brüsseldə üçtərəfli  görüşün ardınca ABŞ-Avropa İttifaqı-Ermənistan arasında 20 maddəlik sənəd imzalandı. Hərbi komponentləri də əhatə edən sənəddə bildirilib ki, Birləşmiş Ştatlar İrəvana Strateji Müdafiə İcmalının aparılması və bu ölkə üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, sərhəd nəzarəti və təhlükəsizliyini gücləndirmək üçün lazımi yardım göstərəcək, xüsusilə İranla sərhədə diqqət yetirəcək. Ermənistanın KTMT-nin Hava Hücumundan Birgə Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək. Məhz bundan sonra ABŞ-dan Ermənistana silahlar tədarük edilməyə başladı. Vaşinqton bunu təkzib etsə də, Bakının əlində əsaslı faklar, sübutlar var idi və mediada bu barədə ətraflı məlumatlar dərc edildi.

Eyni zamanda, bu il Bayden administarsiyasının səlahiyyət müddətinin başa çatmasına beş gün qalmış ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyası imzalandı. Bu sənədin imzalanmasını 5 aprel görüşü ilə başlayan prosesin davamı kimi dəyərləndirmək olar. Sənədin mətnində müdafiə və təhlükəsizlik sahəsindəki ikitərəfli əməkdaşlığa xüsusi bölmə həsr edilib. Artıq ABŞ-nin sabiq dövlət katibi olan Antoni Blinken imzalanma zamanı Ermənistanın sərhəd keçid və gömrük buraxılış məntəqələrinin təhlükəsizliyi məsələsində Birləşmiş Ştatların Ermənistana dəstək vermək niyyətini açıqlayıb. İndi Paşinyan Tramp administrasiyasından eyni dəstəyi almağa, imzalanmış sənədlərin həyata keçirilməsinə çalışır. Buna görə də Trampla görüşə can atırdı. "Hraparak" nəşri də buna diqqət edərək yazıb ki, Ermənistan hakimiyyəti Baş nazir Nikol Paşinyanın Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüş təşkil etməyə çalışsa da, buna nail ola bilməyib. Bu prosesə Ermənistanın Xarici İşlər Nazirliyi, eləcə də Respublikaçılar partiyasından olan ermənipərəst senatorlar cəlb edilib, lakin bütün səylər nəticəsiz qalıb. Qəzet iddia edir ki, ABŞ-dakı erməni diasporunun əksər nümayəndələri Paşinyanla görüşməkdən imtina edib. Əslində bununla bağlı digər mənbələr də məlumat yayıb. Belə ki, Paşinyana diaspor tərəfindən o qədər də isti münasibət göstərilməyib. Xüsusilə, narazılar Ermənistanın uğursuzluqlarında onun günahkar olduğunu bildirən plakatlar asıblar.

Düzdür, Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Venslə görüşüb. Ermənistan hökumətinin yaydığı məlumatda deyilir ki,  danışıqlar zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti, eləcə də İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə ediblər. Amma erməni politoloqlar, siyasi ekspertlər bu görüşün, eləcə də Paşinyanın ABŞ-a səfərinin hər hansı əhəmiyyət daşımadığı fikrindədirlər.

Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan hesab edir ki, Baş nazir Nikol Paşinyanın ABŞ-a səfəri lüzumsuz xərclər istisna olmaqla, Ermənistan Respublikası üçün heç bir nəticəyə gətirib çıxarmır. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşə toxunan Zakaryan deyib: "Bu görüş ABŞ-nin vitse-prezidentinin həyatında bəlkə də ən əhəmiyyətsiz hadisələrdən biridir. Çoxlu yalvarışlardan sonra o, Nikol Paşinyanla yeddi-səkkiz dəqiqə davam edən nəzakət xatirinə görüş keçirdi. Görüşə o dərəcədə ciddi əhəmiyyət verilməyib ki, sosial şəbəkələrdə aktiv olan ABŞ-nin vitse-prezidentinin ofisi hələlik bu barədə məlumat yaymayıb".

Onun sözlərinə görə, görüş zamanı ciddi heç nə müzakirə olunmayıb: "Vacib məsələləri tələsik, demək olar ki, ayaq üstə və müvafiq protokol olmadan müzakirə etmək necə mümkün ola bilərdi? Sadəcə Nikol Paşinyana öz komandasını aldatmaq və ya sakitləşdirmək üçün foto lazım idi. Onun ABŞ-a səfəri Ermənistan Respublikası üçün lazımsız xərclərdən başqa heç bir nəticə vermir. Elə onun özü üçün də belədir".

Erməni ekspertlər onu da vurğulayırlar ki, indiyə qədər Trampın ilk qərarları Ermənistana narahatlıqdan başqa bir şey gətirməyib. Onlar xüsusilə, Ağ Evin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin Amerikanın milli maraqlarına cavab vermədiyi qəbul etdiyi qərarlara diqqət çəkiblər. Məlumdur ki, USAID-in ən böyük vəsait ayırdığı ölkələrdən biri məhz Ermənistan olub. İndi bu qurumun gələcəyi sual altındadır və ona görə də İrəvanda narahatlıq yaranıb.

Qafqaz İnstitutunun tədqiqatçısı Qrant Mikaelyan da Paşinyanın Vaşinqtona səfərində heç bir ciddi perspektiv görmür: "Nəzərə alsaq ki, İrəvan Amerika hakimiyyətinin nümayəndələri ilə demək olar ki, rəsmi görüş elan etməyib, o zaman bu səfər adi diplomatik məntiqə sığmır. Ümumiyyətlə, Trampın Cənubi Qafqazda nə edəcəyi, hansı strategiyaları olması barədə hər hansı anlayış yoxdur. Eyni zamanda, Paşinyan hökumətinin ABŞ liderinə ehtiyacı var ki, heç olmasa sələfi Cozef Bayden administrasiyasının üzərinə götürdüyü öhdəlikləri təsdiq etsin. İrəvanın Qərbə yönləndirilməsi, Avropaya inteqrasiyası, hətta "Sülh kəsişməsi" layihəsi Vaşinqtonun birbaşa iştirakı ilə yaradılmış layihələrdir. Lakin Paşinyan bütün bunlarla bağlı demokratlarla danışıq aparıb və onun Trampın komandası ilə heç bir əlaqəsi yoxdur. Hansısa mənfi hallar baş versə, belə çıxa bilər ki, Paşinyan o layihələri amerikalılarla birlikdə başlayıb, amma təkbaşına bitirməli olacaq".

Erməni politoloq, amerikaşünas Suren Sarkisyan isə bildirib ki, Baş nazirin ABŞ-a səfərinin əsas məqsədi yeni Amerika administrasiyasının Ermənistan-Azərbaycan prosesi, Ermənistan-Türkiyə münasibətləri və ikitərəfli əlaqələrlə bağlı mövqelərini araşdırmaqdır: "Paşinyan 3-7 fevral tarixlərində Vaşinqtonda olub. Səfər beynəlxalq dini sammitdə iştirak etmək məqsədini daşıyıb. Bu tədbirlər hər il Vaşinqtonda keçirilir. Formal olaraq bu, Paşinyanın Vaşinqtona səfəri üçün əsas olub. Lakin hesab edirəm ki, Baş nazirin səfərinin əsl məqsədi bu tədbirlərdə iştirak etmək deyil, çünki hamı bilir ki, Paşinyan inanclı deyil və dinlə o qədər də maraqlanmır. Üstəlik, səfərdə Milli Assambleyanın deputatı Arsen Torosyanın da iştirak etməsi məni təəccübləndirdi, o da bildiyimə görə dindar deyil. Bu o deməkdir ki, onun səfərinin məqsədi başqadır, dini tədbirlər isə sadəcə bəhanədir. Xüsusilə, Paşinyan üçün Trampın xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini anlaması son dərəcə vacibdir. O, ABŞ-nin dəstəyinə arxalana bilərmi və Tramp administrasiyası Bayden administrasiyasının Paşinyana verdiyi eyni iqtisadi, maliyyə və siyasi dəstəyi verəcəkmi? Paşinyan üçün həyati əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan danışıqlar paketi ilə bağlı bu administrasiyanın mövqeyini bilməsidir. O, başa düşməlidir ki, Trampın komandası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyi davam etdirməyə hazırdırmı. Yeni administrasiya Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirilən "Sülh kəsişməsi" layihəsində maraqlı olub-olmadığını və onun həyata keçirilməsinə nə dərəcədə dəstək verməyə hazırdır. O, amerikalıların Türkiyə ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etmək üçün vasitəçi kimi işləməyə davam edib-etməyəcəyini öyrənməyə də çalışır. Onun bu ölkələrlə münasibətlərdə nə qədər manevr imkanı olacağını və ya onlardan nə qədər uzaqlaşa biləcəyini anlamaq üçün Trampın İran və Rusiyaya qarşı siyasətinin necə olacağını bilməsi də vacibdir".

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti seçkilərdə demokratların qələbə çalacağına əmin idi və ABŞ-a səfərin təşkilinin səbəblərindən biri də məhz budur.

Göründüyü kimi, Ermənistan hakimiyyətində narahatlıq var, onlar Tramp administrasiyasının özləri üçün vacib əhəmiyyət daşıyan bir sıra məsələlərdə mövqeyini aydınlaşdırmaq istəyirlər. Hazırda Tramp daha qlobal məsələlərlə, eyni zamanda, ABŞ üçün əhəmiyyət daşıyan fəaliyyətlərlə məşğuldur. Ona görə də Paşinyan Ermənistanın gələcəyi üçün ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmalıdır.  Ümid etdikləri "Sülh kəsişməsi" layihəsinə gəlincə rəsmi Bakı artıq bəyan edib ki, Azərbaycansız bunun iki qəpiklik də qiyməti yoxdur. Əgər bu layihəni doğrudan da həyata keçirmək istəyirlərsə, ilk növbədə, Azərbaycana müraciət etməlidirlər. Çünki Azərbaycansız  bu, sadəcə olaraq, kağız parçasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri