Icma.az
close
up
RU
525 ci qəzet ABŞ ruandalı nazirə və yüksək rütbəli M23 üzvünə sanksiya tətbiq edib

525 ci qəzet ABŞ ruandalı nazirə və yüksək rütbəli M23 üzvünə sanksiya tətbiq edib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Ruandanın regional inteqrasiya naziri Ceyms Kabarebeyə, yüksək rütbəli 23 Mart Hərəkatı (M23) yaraqlısı Kanyuka Kinqstona və onun Böyük Britaniya və Fransada qeydiyyatdan keçmiş iki şirkətinə qarşı sanksiya tətbiq edib.

525.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalara əsasən, onların Birləşmiş Ştatlarda yerləşən bütün əmlakı, eləcə də ABŞ vətəndaşlarının mülkiyyətində və nəzarətində olan əmlakdakı maraqları bloklanır.

Kabarebe Konqo Demokratik Respublikasında ərazilərə nəzarətin sürətlə genişləndirməsində, insan hüquqlarının pozulmasında görə məsuliyyət daşıyan M23 silahlı qruplaşmasına Ruandanın dəstək verməsində əsas rol oynayır. Nazir Ruanda silahlı qüvvələrinin istefada olan generalıdır. ABŞ səlahiyyətlilərinə görə, o, son üç onillikdə Konqo DR-də baş verən münaqişələrdə əsas rol oynayıb.

“Bundan əlavə, Kabarebe Ruanda və M23-ün Konqo DR-nın mineral ehtiyatlarından əldə etdiyi gəlirin əhəmiyyətli bir hissəsinə nəzarət edir. O, Konqodakı mədən sahələrindən çıxarılan faydalı qazıntıların Ruandadan ixracını koordinasiya edir" , — ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Kinqston M23-ün mülki nümayəndəsidir, mediada və diplomatik tədbirlərdə qrupun adından danışır. O, Böyük Britaniyada qeydiyyatdan keçmiş Kingston Fresh və Fransada qeydiyyatdan keçmiş mədən konsaltinq şirkəti Kingston Holding-ə sahibdir.

2021-ci ildən bəri M23 qruplaşması Konqo DR-nin şərqində geniş əraziləri ələ keçirərək minlərlə insanı evlərini tərk etməyə məcbur edib və humanitar böhran yaradıb. Konqo DR və BMT Ruandanı Şimali Kivu əyalətinə silah vermək və qoşun yerləşdirməklə M23-ə dəstək göstərməkdə ittiham edir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri