Icma.az
close
up
RU
525 ci qəzet Konqonda 200 dən çox polis və əsgər M23 ə qoşulub

525 ci qəzet Konqonda 200 dən çox polis və əsgər M23 ə qoşulub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Kivu əyalətinin paytaxtı Bukavuda xidmət edən Konqo Demokratik Respublikasının hökumət ordusundan 200-dən çox polis və əsgər 23 Mart Hərəkatı (M23) üsyançılarına qoşulub.

525.az xəbər verir ki, bu barədə Africanews məlumat yayıb.

Fərarilik edən bəzi əsgərlər qərarlarını Konqo DR- nin silahlı qüvvələrində xidmət şəraitinin pis olması və hökumətin kifayət qədər hazırlığının olmaması ilə əlaqələndiriblər.

Konqo Milli polisinin baş komissarı Cekson Nkamba deyib ki, hökumətin yatırdığı vəsait polisi effektiv şəkildə öyrətmək üçün yetərli deyil.

Üsyançıların tərəfinə keçən hərbçilər və polislər Şimali Kivu əyalətində M23-ün nəzarəti altında əlavə təlim keçəcəklər. Hərəkat məqsədinin nəzarəti altında olan ərazilərdə "daha intizamlı və effektiv" polis qüvvəsi yaratmaq olduğunu bildirir.

Bundan əlavə, M23 mülki əhalini tərksilah etmək niyyətindədir. Xüsusilə, üsyançıların əməliyyatlar rəisi Bernard Byamunqu bildirib ki, yalnız tərksilah edildikdən sonra əhali dinc yaşaya bilər. Üsyançılar, onların tərəfinə keçən hərbçilər və polislər təhlükəsizliyi təmin etmək üçün birlikdə çalışacaqlar.

2021-ci ildən bəri M23 qruplaşması Konqo DR-nin şərqində geniş əraziləri ələ keçirərək minlərlə insanı evlərini tərk etməyə məcbur edib və humanitar böhran yaradıb. Konqo DR və BMT Ruandanı Şimali Kivu əyalətinə silah vermək və qoşun yerləşdirməklə M23-ə dəstəkdə ittiham edir. Kiqali bunu təkzib edir, yalnız müdafiə tədbirləri gördüyünü söyləyir və Konqonu Ruandanın Azadlığı Uğrunda Demokratik Qüvvələrin  yaraqlılarını dəstəkləməkdə günahlandırır.

M23 üsyançılarının yanvarın 27-də Şimali Kivu əyalətinin ən böyük şəhəri Qomanı ələ keçirdikləri bildirilirdi, lakin daha sonra, yanvarın 28-də ölkə səlahiyyətliləri şəhərin qismən hökumət qoşunlarının nəzarəti altında olduğunu bəyan etdilər. Fevralın 14-də üsyançılar Cənubi Kivu vilayətinin Bukavu şəhərini ələ keçirə biliblər, fevralın 15-də isə DR silahlı qüvvələri şəhərə nəzarəti bərpa ediblər. Bununla belə, fevralın 16-da Kinşasa Ruanda ordusunun və müttəfiqlərinin Bukavuya daxil olduğunu elan etdi.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri