Icma.az
close
up
RU
525 ci qəzet “Ağdam əvvəlkindən daha əzəmətli və müasir olacaq”

525 ci qəzet “Ağdam əvvəlkindən daha əzəmətli və müasir olacaq”

Icma.az bildirir, 525.az portalına istinadən.

Pərvanə SULTANOVA
[email protected]

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri yüksək sürətlə davam etməkdədir. Azərbaycan dövlətinin qarşısında dayanan əsas məqsədlərdən biri həmin əraziləri tez bir zamanda yenidən quraraq insanların yurd həsrətinə son qoymaqdır.

Məlumdur ki, Ermənistan işğal müddətində şəhər və kəndlərimizi, qəsəbələrimizi darmadağın edib, altını üstünə çevirib, bir salamat tikili belə saxlamayıb. Ona görə də Azərbaycan dövləti quruculuq işlərinə demək olar ki, sıfırdan başlayıb.

İşğal müddətində ən çox dağıntıya, vandalizmə məruz qalan rayon  Ağdam olub. Ermənilər Ağdamı 1993-cü il iyulun 23-də işğal etmişdilər. Erməni vandalları yaşayış məntəqələri ilə bərabə, tarixi, mədəni-dini abidələri, qəbiristanlıqları dağıtmışdılar. İşğal nəticəsində 128 min sakin doğma yurdundan didərgin düşdü, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq məhv edildi.

Hətta 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən ingiltərəli  jurnalist və yazıçı Tomas de Vaal Ağdamı ABŞ-nin atom bombası nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzətmişdi. Həmin ərazilərdə qarşılaşdığı dağıntıları sonradan qələmə aldığı “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında təsvir edən jurnalist yazır: “Parlaq yaz günü idi, buradan hətta 100 kilometr şimalda ucalan Qafqaz dağlarının səfalı zirvələri aydın görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə, gözlərim aşağıdakı kiçik Xirosimada idi. Əvvəllər Ağdamın 50 min əhalisi var idi, indi isə bu ərazidə heç bir nəfər də qalmayıb. 1993-cü ildə ermənilər bu şəhəri ələ keçirdikdən sonra küçələri və evləri bir-bir talayıb dağıdıblar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basmışdı. Viranə qalmış şəhərə minarədən baxıb bir daha bu apokalipsisin səbəbləri haqqında düşündüm”.

Prezident İlham Əliyev Ağdam işğaldan azad edildikdən 3 gün sonra – 23 noyabr 2020-ci ildə Ağdam şəhərinə səfər etdi. Dövlət başçısı Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı və məscidin qarşısındakı çıxışında bildirdi: “Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik. Heç kimdə başqa şübhə olmasın. Bu böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

Bu gün “Qafqazın Xirosiması” artıq Qafqazın gözəl şəhərlərindən birinə çevrilməkdədir. Ağdam şəhəri digər yaşayış məntəqələrimizlə bərabər, yenidən qurulur, tikilir, çox müasir və keyfiyyətli infrastruktur yaradılır.

Dövlət başçısı mütəmadi olaraq azad edilmiş ərazilərə səfərlər edir, görülmüş işlərlə yerindəcə tanış olaraq, inşası başa çatmış tikililərin açılışını edir, yeni infrastruktur layihələrinin təməlini qoyur. Bu günlərdə dövlət başçısı yenə də azad olunmuş ərazilərə səfər edib.

Səfər zamanı Prezident və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində görülmüş işlərlə tanış olublar. Vurğulayaq ki, Prezident İlham Əliyev son 4 ildə təkcə Ağdama 10 dəfə səfər edib. Dövlət başçısı və birinci xanım son səfər zamanı “Hilton Garden İnn” hotelində, Ağdam Muğam Mərkəzində görülən tikinti işləri, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şərait, eyni zamanda 1268 mənzilli 2-ci yaşayış kompleksində, 1 nömrəli körpələr evi-uşaq bağçasında, 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. Dövlət başçısı, həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. Ölkə rəhbəri Xankəndiyə, Xocalıya da səfər edib və burada bir sıra infrastruktur layihələrin açılışında iştirak edib.

Ağdam həm də Qarabağın sənaye mərkəzinə çevrilməkdədir. Prezidentin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkının əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin olunmasıdır. Sənaye Parkının böyük hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb. Ağdam Sənaye Parkında ümumi investisiyalarının məbləği 271 milyon manatdan çox olan 279 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək rezidentlər tərəfindən sənaye parkına 97 milyon manatdan çox investisiya yatırılıb, 400-dək daimi iş yeri yaradılıb. İşə götürülənlər isə əsasən Ağdamın və ətraf rayonların sakinləridir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Onlar əsasən elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar.

Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da satışı həyata keçirilir, eyni zamanda ixrac olunur. Məlumata görə, Sənaye Parkında istehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyata keçirilib, bu da qeyd edilən istiqamətində ilk ixracıdır. Həmçinin MDB ölkələrinə, Türkiyə, İraq və s. ölkələrə divar kağızlarının ixracı istiqamətində danışıqlar aparılır.

Ağdamda görülən işlərin miqyası böyükdür, bütün bunlar həm də öz yurd-yuvasına qayıdacaq sakinlərin rahat yaşayışının təmini üçündür. Artıq insanların doğma yurda qayıdacaqları günə də az qalıb. Məlumata görə, ilk mərhələdə Ağdama 10 min nəfərin köçü baş tuta bilər. Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün qayıdışı planlaşdırılır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu da hesab edir ki, Azərbaycan Prezidentinin Ağdama səfəri uzun illər düşmən tapdağı altında qalan torpağımıza möhtəşəm qayıdışın müjdəsi kimi qəbul edilməlidir. O bildirib ki, Ağdam qurulur, əvvəlkindən daha əzəmətli, daha möhtəşəm, daha böyük, daha müasir olacaq: "Azərbaycan Prezidenti Ağdam şəhərinə səfəri çərçivəsində bir sıra açılışlarda iştirak etdi. Eyni zamanda uşaq bağçalarının, yeni yaşayış komplekslərinin, yeni otellərin, məktəblərin və digər tikililərin inşa olunması prosesi ilə tanış oldu. Bu onu göstərir ki, hazırda Ağdamda tam təminatlı böyük bir şəhər yaradılır. Bu şəhərin müəllifi tarixi Zəfərimizin, "Böyük Qayıdış"ımızın müəllifi Prezident İlham Əliyevdir. Şübhəsiz ki, Ağdam şəhəri və Ağdam rayonu Azərbaycanın mədəni həyatında, musiqi həyatında, ictimai-siyasi, elmi həyatında müstəsna xidmətləri olan, inkişaf etmiş rayonlarımızdan biri olub. Eyni zamanda, Ağdam rayonu Aran Qarabağın ən inkişaf etmiş mərkəzlərindən biri kimi kənd təsərrüfatı, aqrar sənaye və bütövlükdə iqtisadiyyat mərkəzlərimizdən biri olub. Ona görə də, "Böyük Qayıdış" çərçivəsində Ağdamın tarixi şöhrətinin özünə yenidən qaytarılmasına şahidlik edəcəyik. Azərbaycan Prezidentinin səfəri zamanı obyektlərin, otellərin, iş yerlərinin, yaşayış komplekslərinin, məktəblərin vəziyyəti ilə tanışlıq bir daha onu göstərir ki, Ağdam tamamilə yenidən yaradılır və Azərbaycana faktiki olaraq yenidən qazandırılır. Ona görə də, bu səfər Ağdama möhtəşəm qayıdışın müjdəsi kimi qəbul edilməlidir".

Prezident İlham Əliyev “Qarabağı cənnətə çevirəcəyik” demişdir. Bu gün azad olunmuş bütün ərzilərimizdə həqiqətən də cənnət yaradılır və insanlarımız o torpaqlarda əbədi olaraq yaşayacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri