525 ci qəzet Çin 8 ildir malların ticarəti həcminə görə dünyada birincidir
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin son səkkiz il ərzində dünyanın ən böyük mal ticarəti ölkəsi mövqeyini qoruyub.
525.az xəbər verir ki, bu barədə ölkənin Baş Gömrük İdarəsi məlumat yayıb.
Ötən il ölkədə malların idxal və ixracının ümumi həcmi əvvəlki ilə nisbətən ilk dəfə olaraq 5 faiz artaraq 43 trilyon yuanı (təxminən 6 trilyon ABŞ dolları) ötüb. 2024-cü ildə müvafiq dövlət qurumu tərəfindən a buraxılış məntəqələrində biznes mühitinin daha da optimallaşdırılması və müəssisələrin gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması məqsədi ilə 16 tədbir tətbiq edilib.
Tariflərin azaldılması tədbirləri və müxtəlif növ tarif imtiyazları qüvvəyə minib, nəticədə ümumilikdə 282,9 milyard yuan vergi azaldılıb və ya geri qaytarılıb. Eyni zamanda, ötən il 62 ölkə və regiondan 111 növ kənd təsərrüfatı məhsulunun Çinə girişi təsdiqlənib, yenidən açılan və ya açılışı artırmaq üçün tədbirlər görülən limanların sayı 14-ə çatıb, həmçinin yeddi bağlı logistika mərkəzi yaradılıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















