Portağalın rəqibi bəlli oldu: C vitamini ilə daha zəngin qida
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
C vitamini deyəndə ilk ağıla portağal gəlsə də, bu vitaminlə daha zəngin olan meyvə və tərəvəzlər də var. Hətta onlardan bəziləri portağaldan xeyli çox C vitamini ehtiva edir.
“Yeni Sabah” xəbər verir ki, immun sisteminin normal fəaliyyəti üçün vacib olan C vitamini orqanizmdə istehsal olunmadığından qida vasitəsilə qəbul edilməlidir. Orta ölçülü bir portağalda təxminən 83 milliqram C vitamini var. Lakin bəzi meyvə və tərəvəzlər eyni miqdarda qəbul edildikdə bu göstəricini üstələyir.
C vitamini ilə zəngin qidalardan biri məhz qırmızı bolqar bibəridir. Bir stəkan doğranmış qırmızı bibərdə təxminən 128 milliqram C vitamini olur. Toyuqlu pizza
Bu, yetkin adamların gündəlik C vitamini ehtiyacının təxminən 142 faizini təşkil edir. Qırmızı bibər A vitamini, fol turşusu, kalium və liflə də zəngindir.
Portağaldan daha çox C vitamini ehtiva edən meyvə və tərəvəzlər, eləcə də onların təxmini vitamin miqdarı belədir:
Qırmızı bibər – 1 stəkanda 128 mq
Quava – 1 porsiyada 125 mq
Manqo – 1 porsiyada 122 mq
Çiyələk – 1 stəkanda 119 mq
Yaşıl acı bibər – 1 stəkanda 109 mq
Papayya – 1 stəkanda 88 mq
Brokoli – 1 stəkanda 81,2 mq
Ananas – 1 stəkanda 78,9 mq
Kivi – 1 stəkanda 74,7 mq
Brüssel kələmi – yarım stəkanda 48 mq
Baxış sayı:69
Bu xəbər 07 Noyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















