525 ci qəzet Çin ABŞ ın Paris Sazişindən çıxmaqla bağlı bəyanatından narahatdır
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin ABŞ-ın Paris iqlim sazişindən çıxması ilə bağlı bəyanatından narahatdır.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun deyib.
İqlim dəyişikliyinin bəşəriyyətin üzləşdiyi ümumi problem olduğunu qeyd edən Jiakun, heç bir ölkənin bundan kənarda dayana və ya yalnız özünün qayğısına qala bilməyəcəyini söyləyib.
"Çinin iqlim dəyişikliyinə aktiv reaksiya vermək qətiyyəti və addımları ardıcıl olaraq davam edir. Ölkə iqlim dəyişikliyinin yaratdığı çağırışlara fəal cavab vermək və qlobal yaşıl və aşağı karbonlu transformasiya prosesini birgə irəlilətmək üçün bəşəriyyət üçün ortaq gələcəyi olan icma konsepsiyasına sadiq qalaraq bütün tərəflərlə işləyəcək”, - XİN rəsmisi əlavə edib.
Pərvanə Sultanova
Baxış sayı:132
Bu xəbər 21 Yanvar 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















