"Külək "Barselona"nın xeyrinə əsir"
Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Real” klubunun televiziyası İspaniya La Liqasının 14-cü turunda “Alaves”ə 1:2 hesabı ilə uduzduqları matçda hakimlərin VAR qərarlarını tənqid edib.
QOL.az xəbər verir ki, Madrid təmsilçisinin telekanalı xüsusilə görüşün 86-cı dəqiqəsində Cud Bellinqemin rəqib komandanın cərimə meydançasında yıxıldığı epizoda diqqət çəkib.
Baş hakim Sezar Soto Qrado əvvəlcə penalti təyin etsə də, VAR-a baxdıqdan sonra qərarını dəyişib. O, Bellinqemə simulyasiyaya görə sarı vərəqə göstərib. Bu, ingiltərəli yarımmüdafiəçinin matçda aldığı ikinci sarı vərəqə olub və futbolçu meydandan qovulub.
“Real” TV-nin aparıcıları hakimlərin epizodu düzgün qiymətləndirmədiyini iddia ediblər. Onların fikrincə, VAR otağında baş hakimə hadisənin daha aydın göründüyü ön kamera görüntüsü təqdim edilməyib və yalnız uzaq məsafədən çəkilmiş yan bucaqdan təkrar göstərilib.
Telekanalın nümayəndələri həmçinin bu epizodu “Barselona”nın “Levante” ilə oyununda Lamin Yamalın iştirakı ilə yaşanan oxşar vəziyyətlə müqayisə edərək hakim qərarlarına münasibətdə fərqli yanaşma olduğunu bildiriblər.
Bununla belə, “Real” TV məğlubiyyətin yalnız hakim qərarları ilə əlaqələndirilmədiyini də vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Noyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















