Bakıdan kəndə qayıdanlara ŞAD XƏBƏR: GÜZƏŞTLƏR VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəhərdən kəndə köçü təşviq etmək məqsədilə mənzil, biznes və məşğulluq sahələrində əlavə güzəştlərin tətbiqi təklif olunur.
Avtosfer.az İTV-yə istinadən xəbər verir ki, söhbət kənd yerlərində ev almaq və ya tikmək istəyən gənc ailələrə dəstək göstərilməsindən, sahibkarlar üçün güzəştli kreditlərin verilməsindən və vergi güzəştlərinin tətbiqindən gedir.
Qeyd edilir ki, Bakıda yaşayan Həsən Əlizadə də kəndə qayıtmaq istəyənlərdəndir. Dörd il əvvəl təhsil almaq və işləmək məqsədilə Qubadan paytaxta köçən gənc bildirib ki, doğma rayonunda iş və yaşayış imkanları yaxşılaşarsa, ailəsi ilə birlikdə geri qayıtmağa hazırdır.
Onun sözlərinə görə, Bakıda iş imkanlarının daha geniş olması səbəbindən əvvəlcə özü paytaxta gəlib, daha sonra isə ailəsini də yanına gətirib. Lakin bölgələrdə də paytaxtdakı kimi imkanlar yaradılarsa, Qubaya qayıtmağı düşünür.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 29 Noyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















