Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525 ci qəzet Qorqudşünaslığa mühüm töhfələr vermiş alim

525 ci qəzet Qorqudşünaslığa mühüm töhfələr vermiş alim

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misilsiz ədəbi abidəmiz olan "Kitabi-Dədə Qoruqd"un dərindən öyrənilməsi, Qorqudşünaslığın bir elm kimi təkmilləşməsində görkəmli alimlərimizdən  Ş.Cəmşidov, S.Əlizadə, F.Zeynalov, T.Hacıyev, A.Nəbiyev, K.Abdulla, K.Allahyarov, K.V.Nərimanoğlu, O.Əliyev, B.Abdullayev, E.Əlibəyzadə, N.Cəfərov və başqalarının böyük xidmətləri var. Bu sahədə fədakarlıqla çalışmış və uğurlar qazanmış alimlərimizdən biri də Flora Əlimirzəyeva-Mustafayevadır. O, bütün elmi fəaliyyətini "Kitabi-Dədə Qorqud" dastanının alman dilinə tərcüməsi və tədqiqi məsələlərinin araşdırılmasına həsr edib.

Bu yaxınlarda 80 illiyi tamam olan Flora xanım, 1945-ci il yanvarın 13-də Qazaxda ziyalı ailəsində anadan olub. 1966-cı ildə M.F.Axundov adına APDİ-ni (indiki Azərbaycan Dillər Universitetinə) Alman-Azərbaycan dilləri müəllimi ixtisası üzrə əla qiymətlərlə bitirib və həmin ildən D.Bünyadzadə adına AXTİ-nin (indiki UNEC) "Xarici dillər" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.

Ədəbiyyata böyük sevgisi, "Kitabi-Dədə Qorqud" dünyasına hələ kiçik yaşlarında, anası və müəllimi Fatma xanım Vəkilovadan eşitdiyi Oğuz hekayələri ilə başlanan marağı gənc Floranı bu qədim eposu daha dərindən öyrənməyə, elmi yaradıcılıqla məşğul olmağa sövq edir. O, aspiranturaya daxil olmağı qərara alır. Sənədlərini indiki BDU-ya təqdim edir və aspirantura şöbəsinə (qiyabi) qəbul olunur. Bir neçə il (1973-1977-ci illər) görkəmli yazıçı, ədəbiyyatşünas alim, böyük ziyalı Mir Cəlal Paşayevin rəhbərlik etdiyi "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının aspirantı olur. Namizədlik dissertasiyasına mövzu seçərkən elmi rəhbəri professor Vaqif Vəliyevə "Kitabi-Dədə Qorqud"u alman dilində H.F.fon Dits tədqiqatında, ilk qaynaqdan araşdırmaq istədiyini bildirir. Mövzu kafedrada təsdiq olunur. Lakin mövzu Böyük Elmi Şurada müzakirə olunarkən görkəmli alimlər Məmməd Arif və Məmməd Cəfər Cəfərov etirazlarını bildirirlər. Namizədlik dissertasiyası həcmində işlənməsi üçün materialın azlığı, yalnız on səhifəlik elmi məqalə yazıla biləcəyi əsas gətirilərək mövzu təsdiq olunmur, onun dəyişdirilməsi tövsiyə edilir. Növbəti Şurada cəsarətli çıxışı ilə öz müddəalarını əsaslandıran dissertantı Mir Cəlal Paşayev qətiyyətlə müdafiə edir: "Gəlin, mane olmayaq, gənc tədqiqatçıya imkan yaradaq, o bu işin öhdəsindən gələcəyinə çox əmindir" - deyərək mövzunun təsdiqlənməsini vacib bilir (Mir Cəlal Paşayevin alicənablığını, bu xeyirxahlığını, ona inanaraq mənəvi dayaq olmasını Flora xanım həmişə böyük minnətdarlıqla xatırlayırdı).

Mövzu ilə bağlı tədqiqata başlayan gənc alim, iki ildən artıq bir müddətdə Almaniyada - Berlin, Halle, Bonn, Köln, Maqdeburq şəhərlərində, xüsusilə Drezden kitabxanasında, Dits fondunda araşdırmalar aparır. Azərbaycan folklorşünaslığı tarixində ilk dəfə "Kitabi-Dədə Qorqud"un daha bir əlyazmasının olduğunu aşkar edir. Araşdırmanın gedişində o, fon Ditsin "Kitabi-Dədə Qorqud"a aid, alman dilində yazdığı araşdırmanı orijinaldan tədqiq etmiş, faktik materiallar əsasında onun özündə dastanın ayrıca bir əlyazmasının olduğunu sübuta yetirmişdi. Bunun Ditsin Şərqə aid 400-dən artıq şəxsi əlyazmaları toplusu içərisində saxlandığını, 61 saylı nüsxə olduğunu müəyyənləşdirmişdi.

Tədqiqat işini uğurla tamamlayaraq 1984-cü ildə "Azərbaycan folkloru alman dilində" mövzusunda namizədlik dissertasiyası müdafiə edir, filologiya elmləri namizədi alimlik dərəcəsi alır.

Alim "Kitabi-Dədə Qorqud" dastanının Almaniyada tərcüməsi və tədqiqi problemləri ilə bağlı araşdırmalarını sistemli şəkildə davam etdirib, 2008-ci ildə "Kitabi-Dədə Qorqud" dastanlarının alman dilində tərcümə və tədqiqi" adlı doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.

Flora xanım yüzə yaxın elmi-metodik məqalənin, on monoqrafiya, kitab və dərs vəsaitinin müəllifidir. "Kitabi-Dədə Qorqud dastanının tərcümə sənətkarlığı", "Kitabi-Dədə Qorqud" dastanları Alman filoloji fikrində" adlı monoqrafiyaları elmi dəyəri, qorqudşünaslığa gətirdikləri yenilikləri ilə diqqəti cəlb edib. "Kitabi-Dədə Qorqud" dastanının tərcümə sənətkarlığı" monoqrafiyası 1999-cu ildə Azərbaycan Avropa Ədəbi-Mədəni Əlaqələr Mərkəzinin diplomuna layiq görülüb.

"Kitabi-Dədə Qorqud" dastanları Alman filoloji fikrində" monoqrafiyası da bu sahədə ilk tədqiqat əsəridir. Monoqrafiyada alman şərqşünaslarının, tanınmış alimlərin əsərləri tarixilik prinsipi və müqayisəli araşdırma üsulu ilə nəzərdən keçirilib, abidənin bu dilə tərcümə tarixinin mərhələləri elmi cəhətdən düzgün müəyyənləşdirilib. Kitaba ön söz yazmış filologiya elmləri doktoru, professor K.Allahyarov monoqrafiyanı qorqudşünaslığın uğuru kimi dəyərləndirib. Professor "Kitabi-Dədə Qorqud" dastanlarının üzə çıxarılması, ilk tədqiqatı, tərcümə edilməsi, dünya xalqlarına tanıdılmasında alman alimlərinin xidmətlərinin layiqincə qiymətləndirilməsini çağdaş filoloji fikrimizin qarşısında duran əsas vəzifələrdən biri hesab edərək yazıb: "Bu baxımdan  "Kitabi-Dədə Qorqud" dastanları Alman filoloji fikrində" adlı monoqrafiya son dövrlər ədəbiyyatşünaslığımızın təqdirəlayiq hadisələrindən sayılmalıdır. Qorqudşünaslığa dərindən bələd olması və alman dilini ana dili kimi bilməsi sayəsində müəllif alman qorqudşünaslığını dünya qorqudşünaslığı kontekstində hərtərəfli təhlil obyektinə çevrilməyə nail olmuşdur. Təqdirəlayiq haldır ki, alman qorqudşünaslığına minnətdarlıq hissi alimin elmi sayıqlığını və obyektivliyini zəiflədə bilmir. Məhz bunun nəticəsində "Kitabi-Dədə Qorqud"un alman dilinə tərcümə və tədqiqləri bütün məziyyət və qüsurları ilə birlikdə təqdim olunur və alman qorqudşünaslığının tam mənzərəsi yaradılır".

Flora xanımın elmi əsərləri, eləcə də "Kitabi-Dədə Qorqud dastanının tərcümə sənətkarlığı", "Kitabi-Dədə Qorqud" dastanları Alman filoloji fikrində" monoqrafiyaları qorqudşünaslıqda öz layiqli yerini tutmuş, elmi dəyərini almış araşdırmalardır.

O hələ gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olub. Həyatının müxtəlif mərhələlərində qələmə aldığı şeirlərini uzun müddətdən sonra "Kövrək duyğular" adlı kitabda toplayaraq çap etdirib. 2011-ci ildə işıq üzü görmüş kitabda milli şeir, dastan yaradıcılığından süzülüb gələn ənənələrə söykənən poeziya nümunələri toplanıb. Müəllifin saf, kövrək duyğular üstündə köklənmiş şeirlərinin mövzu dairəsi genişdir. Onun poetik qəhrəmanı ali, nəsib hisslərlə yaşayır, aydın ictimai məqama, zəngin mənəvi aləmə, sevən qəlbə malikdir. Azadlıq, müstəqillik, haqq, ədalət, milli qürur, ləyaqət, vətənpərvərlik kimi ictimai idealların və mənəvi-əxlaqi keyfiyyətlərin daşıyıcısıdır. O, doğma yurdunu sonsuz məhəbbətlə sevən bir Vətən övladıdır:

Sənin kimi müqəddəs ölkə varmı, görəsən?

Doğulanda beşiyim, öləndə kəfənimsən!

Varlığım varlığına ərmağan olsun sənin,

Gündən-günə çiçəklən, qoy kor olsun düşmənin!

Səninlə fəxr edirəm, sən mənim ruhum, canım,

Gözümün işığısan, anam Azərbaycanım!

Vətənini, xalqını ürəkdən sevən Flora xanım Odlar Yurdunun mübarizələrlə dolu şanlı, şərəfli tarixindən ilham alan, onunla fəxr edən, daim ürəyində Qarabağ təəssübü ilə yaşamış fədakar bir insan olub. Şeirlərində "Qalx ayağa, Vətən oğlu, qalx ayağa Vətən qızı, bir cəbhədə yumruq olaq, Qarabağı əsarətdən qurtaraq" - deyərək həmvətənlərini mübarizəyə, intiqama səsləyib. Qarabağımızın düşmən tapdağından azad olunduğu, Azərbaycanın öz ərazi bütövlüyünə qovuşduğu günləri görmək ona nəsib olmasa da, Flora xanım hər zaman qədim oğuz igidlərinin varislərinin, xalqın, Azərbaycan dövlətinin, Ali Baş Komandanın bir yumruq kimi birləşərək Zəfər qazanacağına, Vətənin bütövlüyünün təmin olunacağına ürəkdən inanırdı. Qarabağ həsrəti ilə dünyasını dəyişmiş ziyalılarımızın, o cümlədən Flora xanımın da indi ruhu şaddır, çünki onların fədakarlıqla xidmət etdikləri Vətənin müqəddəs torpaqları işğaldan təmizlənib.

Flora Əlimirzəyeva-Mustafayeva pedaqoji fəaliyyəti ilə də xalqına xidmət edib, onun gələcəyi olan gənclərin təlim-tərbiyəsi naminə əzmlə çalışıb. O, tələbələrə alman dilini dərindən öyrətməklə kifayətlənməyib, həm də onları Azərbaycan dövləti və xalq qarşısında öz məsuliyyətini, vətəndaşlıq borcunu dərk edən, azərbaycançılıq ideyalarına sadiq olan kamil şəxsiyyət, müstəqil və yaradıcı düşünən gənclər kimi formalaşdırmağa çalışıb. Müsahibələrindən birində Flora xanım məhz auditoriyada, tələbələrin arasında özünü daha rahat hiss etdiyini söyləyib: "Bəzən aylarla gecələr səhərə kimi elmi yaradıcılıqla məşğul olmuşam. Nə qədər yorğun olsam da, auditoriyada bunu hiss etməmişəm. Dərs dediyim hər gün həvəslə işləmişəm. Pedaqoji fəaliyyətim həyatımın dayağıdır, mənəvi ehtiyacımdır. Tələbələrim isə həyatımın ən qiymətli xəzinəsidir".

Bu amalla o, əlli ildən artıq pedaqoji fəaliyyət göstərmiş, həyatının son günlərinə qədər çox sevdiyi müəllim peşəsindən, dəyərli həmkarlarından, auditoriyadan, tələbələrindən ayrılmamışdı. Hər zaman şəxsi nümunəsi ilə müəllim adını uca tutmuş, öz peşəsinə məsuliyyəti, təşəbbüskarlığı ilə seçilmişdi.

Flora xanım 1987-ci ildən 2000-ci ilədək uzun illər çalışdığı "Xarici dillər" kafedrasına rəhbərlik edib. Onun kafedra müdiri kimi vəzifəsini yerinə yetirdiyi illər ərzində xarici dillərin tədrisinin məzmun və metodlarının təkmilləşdirilməsi, tələbələrin yüksək səviyyədə təhsil alması, onların yaradıcılıq potensialının inkişafı üçün mühüm işlər görülüb. Tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaq üçün kafedraya peşəkar kadrlar, pedaqoqlar cəlb olunub, yardımçı dərs vəsaitləri, lüğətlər çap edilib. Semestr imtahanlarının kompüter vasitəsilə keçirilməsinin ilk təşəbbüskarı da "Xarici dillər" kafedrası sayılır. Flora xanımın səmərəli pedaqoji fəaliyyəti, peşəkarlığı, ziyalılığı ona universitet kollektivinin, tələbələrin dərin hörmət və rəğbətini qazandırıb.

Onun bir alim, pedaqoq, vətəndaş ziyalı kimi elm və təhsil sahəsindəki xidmətləri heç vaxt unudulmayacaq. Xatirəsi onu yaxından tanıyanların, sevənlərinin, həmkarlarının, elm ziyası bəxş etdiyi tələbələrinin yaddaşında daim yaşayacaq.

Rəfayət ƏLİMİRZƏYEVA

Filologiya üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Fevral 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri