Icma.az
close
up
RU
525 ci qəzet Gənc nəslin mənəvi inkişafı: şəxsi ləyaqət və milli mənlik anlayışları

525 ci qəzet Gənc nəslin mənəvi inkişafı: şəxsi ləyaqət və milli mənlik anlayışları

Icma.az, 525.az saytına istinadən bildirir.

Zakir BAYRAMLI
​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Şəxsi ləyaqət insandakı mənəvi keyfiyyətlərin, onun daxili aləmi ilə bağlı xüsusiyyətlərin cəmi kimi izah edilir. Həmin xüsusiyyətlərin qiymətini insan özü birinci növbədə  dərketmə yolu ilə dəyərləndirir. Bəşər övladında insani ləyaqət yalnız onun  iti ağılı, saf və optimist düşüncəsi, məqsədə çatmaq bacarığı, iş görmə qabiliyyəti, fitri istedadı, şəxsi istəyi və sair nəticəsində formalaşa bilər. Ləyaqətli o şəxslər sayılır ki, həmin insanlar, o cümlədən gənclər əxlaqı baxımdan həmişə özünü layiqli aparır, qarşısına çıxan hər çətinliyə sinə gərərək iş, əməl və hərəkətlərində etik normalara, əxlaqi qayda-qanunlara riayət edir. Çətin situasiyalarda daim səbr və dözümlülük göstərir. O, əxlaqının təmizliyini və gözəlliyini təmin etməkdən ötrü sonadək mübarizə aparır. Həmişə öyrənmək və öyrədilmək yolu ilə özünü layiqli insan kimi formalaşdırmağa çalışır. Nəhayət, çəkdiyi əziyyət və zəhmət hədər getmir, nəticədə o, layiqli insan adını qazanmağa nail olur. Bu baxımdan, şəxsi ləyaqət insanda onun həyatının elə ilk dövrlərindən, xüsusən gənclik çağından əsaslı şəkildə formalaşmalıdır. Şəxsi ləyaqətə sahib olan və onu qoruyub inkişaf etdirən gənclər ölkənin, xalqın gələcəyi üçün olduqca vacib qüvvədir.

Azərbaycan 25-29 yaş arası gənclərin sayına görə Avropada birinci yerdədir. Respublika əhalisinin 9,4 faizi bu yaş qrupuna aid edilir və hazırda dövlətimizin xüsusi diqqəti və qayğısı sayəsində sağlam düşüncəli, milli-mənəvi dəyərlər ruhunda formalaşmış onminlərlə gənclərimiz vardır. Gənclər Azərbaycan cəmiyyətində xalqın və respublikamızın gələcək taleyinin həll edilməsində aparıcı qüvvə rolu oynayırlar. Çünki ölkəmizin iqtisadi inkişafı, əhalinin sosial rifahı, bir sözlə, gələcəyimiz bilikli, bacarıqlı əməksevər, vətənpərvər, çevik və fəal gənclərimizdən çox asılıdır. Dünyada texniki tərəqqinin inkişaf sürəti artdıqca gənclərimiz də öz bilik və bacarıqlarını dünya səviyyəsinə yüksəltməyə çalışırlar. Ona görə də gənclərimizin şəxsi ləyaqət, milli mənlik anlayışları barədə ətraflı məlumatlandırılması, bununla əlaqədar ölkə və beynəlxalq səviyyəli sənədlərdən xəbərdar olmaları vacibdir.

BMT-nin 10 dekabr 1948-ci il tarixli "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi" və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda, "İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında" Avropa Konvensiyasında və digər uyğun sənədlərdə qeyd edilir ki, hər bir şəxsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Heç bir halda  şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına, xüsusilə təhqir etmək, böhtan söyləmək, nüfuzdan salmaq, kollektiv, ailə və ya cəmiyyət arasında  şərəf və ləyaqətinin aşağı düşməsinə yol vermək olmaz. İş yerində, kollektiv arasında, yaşayış yerində, ictimai yerlərdə, kütlə içərisində, ümumiyyətlə cəmiyyətdə hansısa şəxs barədə bilərəkdən mənfi rəy yaradılarsa, bu hal həmin şəxsin şərəf və ləyaqətinin ləkələnməsi kimi qəbul olunur. Bəzən də  elə olur ki, insanların qəzet, jurnal, sosial media vasitəsilə alçaldılması baş verir. Unutmaq olmaz ki, belə hallarda insanların şəxsi ləyaqət, nüfuz və hüquqlarının qorunması vacibdir. Onların şərəf və ləyaqətinə toxunmaq qanuni cəhətdən qəbuledilməzdir. Şərəf və ləyaqətin ləkələnməsi, işgüzar nüfuzun aşağı salınması, şəxsi və ailə həyatının təhlükədə olması, şəxsi toxunulmazlığın pozulmasının qorunması və sair məsələlər Azərbaycan qanunvericiliyində, xüsusən Mülki Məcəllədə geniş əks olunub. Şərəf və ləyaqət toxunulmazlığının ciddi pozulması halları mətbuat, radio, televiziya, sosial media vasitəsilə, eləcə də ərizə, şikayət və məktubda qeyd edilməklə yayıla bilər. Əgər yazılanlar yalandırsa, onda zərərçəkən şəxsin məhkəmə orqanlarına şikayət haqqı var. Həmin yalan məlumatları yayan şəxsin hərəkətlərində cinayət əlamətləri aşkar edilərsə, hüquqi qaydada böhtançı kimi cəzasını almalıdır.

Vicdan, insaf, namus, həya kimi şərəf  və ləyaqət etikanın əsas kateqoriyalarıdır. Həmin kateqoriyalar insanın şəxsi davranış və hərəkətlərini eləcə də başqa insanların ona olan münasibətini nizamlayır. Şərəf və ləyaqət kateqoriyalarını təkcə hüquqi-fəlsəfi anlayışlar kimi qəbul etmək olmaz. Şərəf və ləyaqət həm də etik, mənəvi-sosioloji və başqa cəhətlər üzrə də qiymətləndirmə tələb edir. Müvafiq sənəd və mənbələrdə qeyd edilir ki, əgər ləyaqət kateqoriyasında insanların nümunəvi əxlaqca bərabər olması tələb olunursa, şərəf kateqoriyasında buna ehtiyac duyulmur. Çünki şərəfin ləyaqətdən fərqli cəhəti ondadır ki, şərəf insanların əxlaqi bərabərliyi ilə deyil, onların milli, sinfi, sosial, ixtisas vəziyyəti, işlədiyi müəssisədə əldə etdiyi əmək nailiyyətləri ilə yanaşı, kollektiv üzvlərindən qazanılan hörmət və nüfuz göstəriciləri də əsas götürülür.

Hər bir şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali hüququdur. Bu hüququ pozmaq, insanların şərəf və ləyaqətinə qəsd edilməsi, onların şərəfsiz və ləyaqətsiz edilməsi yolverilməz hal hesab edilir. Dünyaya gələn bütün insanlar azad, şərəf, ləyaqət və digər hüquqlara görə bərabər doğulurlar. Bu insanların şəxsi toxunulmazlıq hüququ, vicdan azadlığı, fikir və söz azadlığı vardır. Bu azadlıqların hamısı ölkəmizdə dövlət tərəfindən möhkəm şəkildə qorunur.

Qeyd etməliyik ki, Azərbaycan dövləti həyatımızın bütün sahələri kimi, vətəndaşların, eyni zamanda gənclərin şəxsi ləyaqət, milli mənlik hissinin qorunması naminə də mühüm addımlar atmışdır. Ümummilli lider Heydər Əliyev 1997-ci il 25 dekabr tarixli "Bütün dünya azərbaycanlılarına" müraciətində azərbaycançılıq və milli ləyaqət məsələsinə də toxunaraq bunların hər ikisinin böyük əhəmiyyətini vurğulamışdı. Ulu öndər azərbaycançılığın vətən, dövlətçilik, suverenlik, müstəqillik, eləcə də şərəf və ləyaqət anlayışları ilə bir vəhdət təşkil etdiyini bildirərək demişdi: "Qoy Azərbaycanın müstəqilliyinə  qəsd etmək niyyətində olanlar bütün xarici və daxili qüvvələr bilsinlər ki, öz suverenliyi və ərazi bütövlüyü uğrunda minlərlə qurban vermiş Azərbaycan xalqı hər bir təcavüzkara, hər bir qara qüvvəyə, hər bir təxribatçıya və onların əlində alətə çevirilən şəxslərə layiqincə cavab verəcəkdir".

Göründüyü kimi, dahi siyasətçinin uzaqgörən nəzərində Azərbaycan xalqının milli ləyaqəti və hər bir vətəndaşın şərəfi, mənlik hissi  dövlətçilik və dövlət suverenliyi, vətənpərvərlik və milli ləyaqət duyğusu ilə vəhdətdədir. Vətənin müdafiəsi, müqəddəs torpaqlarımızın hər qarışının qorunması elə dövlətimizin və xalqımızın şərəf və ləyaqətinin qorunması  deməkdir. Ulu öndər ləyaqət anlayışına diqqət yönəldərkən Azərbaycan xalqının  milli mədəniyyəti, elmi, incəsənəti, ədəbiyyatı, adət-ənənələri və digər cəhətlərini millətimizin, hər bir azərbaycanlının, eləcə də gənclərin qürur və ləyaqətinin qaynağı, özəyi kimi qiymətləndirirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə azərbaycançılıq ideyaları ilə yanaşı, xalqımızın milli ləyaqətinin və şərəfinin qorunması kimi vacib məsələlərə olduqca böyük əhəmiyyət verir. Onun rəhbərlik fəaliyyətində bu istiqamət müstəsna yer tutur. Uzun zaman davam edən işğala son qoyularaq vətənimizin ərazi bütövlüyünün tam təmin olunması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımızın milli ləyaqət hissinin bərpa edilməsi və güclənməsi uğrunda misilsiz tarixi xidmətidir. Məhz onun prezidentliyi dövründə yüksək şəxsi ləyaqət və milli mənlik hissi ilə tərbiyə olunaraq yetişmiş gənc nəsillər Vətən müharibəsindəki parlaq Zəfərimizin qazanılması naminə böyük qəhrəmanlıqlar göstərdi. Bu mənada, 8 Noyabr - Zəfər günü həm də xalqımızın, vətəndaşlarımızın, eyni zamanda ləyaqətli gəncliyin milli mənliyinin təntənə günüdür. İnanırıq ki, bu yol yeni uğurlar əldə edilməklə əbədi davam edəcək, yüksək şəxsi ləyaqət və milli mənlik hisslərilə tərbiyə olunan gənc nəsillər Azərbaycanı daha da parlaq gələcəyə aparacaqlar. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri