Icma.az
close
up
RU
525 ci qəzet Multikulturalizm Mərkəzində “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib

525 ci qəzet Multikulturalizm Mərkəzində “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib

525.az saytına istinadən Icma.az xəbər verir.

Fevralın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə bağlı” sənədli filminin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Məclisin deputatları, etnik və dini icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BBMM-nin icraçı direktoru Rəvan Həsənov bildirib ki, film Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin həyat və fəaliyyətinə, onun Azərbaycanın ictimai və dini həyatında oynadığı mühüm rola həsr olunub. İcraçı direktor diqqətə çatdırıb ki,  bu gün Azərbaycanda 50-dən çox xalqın və etnik azlığın nümayəndəsi yaşayır. Onlar say tərkibinə görə fərqlənirlər, lakin onların hər biri öz mədəni kodunun daşıyıcısıdır ki, bu da onlara mədəni xüsusiyyətləri müəyyən etməyə imkan verir. Yəhudilər də bütün etnik və dini azlıqlar kimi Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar, yəhudi icmasına qarşı heç bir ayrı-seçkilik yoxdur. Azərbaycanda mövcud olan zəngin yəhudi mədəni irsi belə dinc yanaşı yaşamanın nəticəsidir. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə bağlı” sənədli filmində də Azərbaycandakı multikultural mühit, yəhudilər və onların Azərbaycandakı yaşayışı lentə alınıb. 
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev, filmin ssenari müəllifi Afaq Vasifqızı və rejissoru Elnurə Kazımova çıxışlarında film haqqında ətraflı məlumat veriblər. Vurğulayıblar ki, “Vətənə bağlı” sənədli filmi Milix Yevdayevin Vətənə olan dərin sevgisini, onun cəmiyyətə və milli-mənəvi dəyərlərə xidmətini tamaşaçılara çatdırmağı hədəfləyir. Filmdə onun şəxsi keyfiyyətləri, Vətənə sədaqəti, dini və milli icmalar arasında qurduğu səmimi münasibətlər, eləcə də Azərbaycanın tolerantlıq ənənələrinin möhkəmlənməsində oynadığı rol xüsusi vurğulanır.

Sonra “Vətənə bağlı” filmi nümayiş olunub. 

Filmin nümayişindən sonra çıxış edənlər – Milli Məclisin deputatları Arzu Nağıyev, Ceyhun Məmmədov, Azərbaycan Televiziyasının “Telefilim” studiyasının direktoru rejissor Elçin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı, Xalq rəssamları Arif Hüseynov, Ağaəli İbrahimov, Sirus Mirzəzadə, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, Azərbaycanda Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili vurğulayıblar ki, “Vətənə bağlı” sənədli filmi Milix Yevdayevin zəngin həyat yolunu və onun Azərbaycan cəmiyyətində oynadığı mühüm rolu əks etdirən dəyərli bir ekran əsəridir. Bu film vasitəsilə tamaşaçılar təkcə bir insanın ömür yolunu deyil, Azərbaycanın tolerantlıq ənənələrini izləmək imkanı qazanırlar.

Tədbirin sonunda Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək təbirin təşkilatçılarına, iştirakçılarına və filmin yaradıcı heyətinə dərin təşəkkürünü bildirib.

Təqdimat mərasimi çərçivəsinsdə rəssam Ülkər Əliyevanın rəsm əsərləri nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri