Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

525 ci qəzet Özünü tapandan sonra yaşamaq asanlaşır

525 ci qəzet Özünü tapandan sonra yaşamaq asanlaşır

Icma.az, 525.az saytına istinadən bildirir.

"Xalq qəzeti"nin ictimai-siyasi məsələlər şöbəsinin müdiri İmran Bədirxanlının 60 yaşı tamam olur.

1965-ci il yanvarın 25-i Xaçmazın Həsənqala kəndində doğulan İmran Bədirxanlı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. "Səhər", "Zaman", "Həftə", "Gün səhər" qəzetlərində, STV telekanalında çalışıb, İctimai Radioda müxtəlif verilişlərə müəlliflik və aparıcılıq edib, İctimai Televiziyanın "TV-1" jurnalının redaktoru, "Carçı-Film" Yaradıcılıq Birliyinin böyük redaktoru, Kino və Dublyaj Departamentinin baş redaktoru olub, Azərbaycan Tərcümə Mərkəzində mütəxəssis və böyük mütəxəssis, Publika.az saytında şef-redaktor postlarını tutub.

- Jurnalist bioqrafiyanız zəngindir. Demək olar, bütün sahələrdən keçmisiniz: qəzetçilik, radio-televiziya, tərcüməçilik, onlayn media. Bəs ən çox ürəyinizcə olan?

- Necə deyim ki, həmkarlarımın xətri qalmasın. Əslində, hər birinin özünəməxsus özəlliyi var. Radioda canlı efirin həyəcanı, məsuliyyəti ilə bərabər mikrofonun bir ayrı stixiyası, hökmranlıq aurası var.

Televiziyada ssenariyə uyğun çəkilişlər, "karkasın" yığılması kimi maraqlı prosesdən, adi reportajın saniyə-saniyə montajının əziyyətindən sonra hazır məhsulu izləyərkən aldığın zövqü heç nə ilə müqayisə etmək olmaz.

Eləcə də xarici dildən çevirdiyin elmi, bədii mətndə hansısa ifadənin və ya terminin ana dilimizdə qarşılığını tapanda sanki dünyanı sənə verirlər.

Sayt xəbərçiliyi bunlardan uzaqdır. Ümumiyyətlə, bir neçəsini çıxmaq şərti ilə onlayn media məkanında "reytinq qovan" saytların peşəkar jurnalistikaya birbaşa aidiyyəti yoxdur.

Qəzetçiliyə gəldikdə isə o, yenə də jurnalistikanın ali kürsüsündədir. Çünki sözlə ən yaxın, səmimi, hərfi təmas günün salnaməsini sənədləşdirən mətbu nəşrlərdədir. "Xalturaya" geniş meydan verən elektron mediadan fərqli olaraq yazılı mediada sözlə həm səliqəli, ehtiyatlı, həm də hörmətli, urvatlı davranmalısan, burada onu "üfürmək", onunla oyun oynamaq çətindir. Əgər fakta Əlahəzrət deyiriksə, söykəndiyi mətbu Söz onun Allahıdır. Əzəl başdan yalnız Söz olub axı...

- Bir vaxt jurnalist olmaq istəyənlər ilk növbədə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini seçirdilər. Siz də bu addımı atmısınız. Uşaqlıq arzunuz idi?

- On üç yaşımda peşə seçimimi etmişdim. Yazıları rayon qəzetində dərc olunan altıncı sinif şagirdi jurnalist olacağına ürəyinin istəyi ilə qərar vermişdi. Amma doğmaları, dostları onun arzusuna çatacağına inanmırdılar. O inadkar yeniyetmə isə buna əmin idi. Jurnalistika fakültəsinə iki il staj baryeri ortaya çıxanda tarix müəllimim sənədlərimi Azərbaycan Pedaqoji İnstitutuna, rus dili müəllimim Rus Dili və Ədəbiyyatı İnstitutuna, dil-ədəbiyyat müəllimim isə universitetin filologiya fakültəsinə verməyimə təkid edirdilər. Attestatımda cəmi iki "4" vardı. Mənə böyük ümidlərlə baxan qohum-əqrəba deyirdi ki, ali məktəbə qəbul olmasan, gedəcəksən əsgərliyə, vaxt keçəcək və bildiklərin yadından çıxacaq, yəni itib-batacaqsan.

Alın yazısı deyilən qismət var. 21 yaşımda, elə birinci cəhddən jurnalistika fakültəsinə qəbul oldum. Bəli, peşənin insanın həyatında rolu böyükdür. Bəlkə də jurnalistika tək-tük peşələrdəndir ki, insanın bütün taleyini, yaşam tərzini müəyyən edir. Rəhmətlik müəllimimiz Famil Mehdinin sözü yadımdadır: jurnalistin beyni sutkanın 25 saatı işləməlidir. Jurnalistikanı məsləkə çevirənlər üçün bu, bir növ, "xroniki xəstəlikdir". Cəfası səfasından çox olan bir "xəstəlik".

- Yaşın elə dövrüdür ki, keçmişə boylanmalı, ötənləri saf-çürük eləməli olursunuz. Nələri, sənətinizə uyğun ifadə eləsək, redaktədən keçirmək istərdiniz?

- Yəni özünə hesabat verməli olursan. İndi durub desəm ki, həyatda və peşəmdə səhvim olmayıb, qeyri-səmimi çıxar. Əlbəttə, olub. Sadəcə, həmin dövr, şərait, situasiya və sənin sosial-psixoloji durumun o addımı atmağa vadar edib.

Üstündən 20-30 il keçəndən sonra "o vaxt belə eləsəydim, başqa cür ola bilərdi", "gərək filankəsə qulaq asmayaydım" kimi gecikmiş etiraflarla özünə təsəlli verməyi faydasız məşğuliyyət, boş vaxt itkisi sayıram. Təvazökarlıqdan kənar görünməsin, keçmiş mənimçün oxunmuş və bağlanmış kitabdır. Həyatına yeni kitabın yeni abzasından davam etməlisən. Səhv etmirəmsə, Stendalın sözüdür: həyatımızın böyük hissəsini səhvlərimizə və səfeh hərəkətlərimizə xərcləyirik. Yəni əsas hissəsi tənbəlliyimizə qurban gedir, sonra da ömrümüzün qalan hissəsində bunun altını çəkirik. Yazıçı təxəyyülünün məhsuludur, sənət adamları ilə bağlı deyilən sözdür, amma elə jurnalistlərə də aid etmək olar.

"Mən kiməm? Hardayam? Hara gedirəm?" Mərhum ustadımız Şirməmməd Hüseynovun suallarıdır. Deyirdi ki, hər il növbəti yaşınızın tamamında güzgünün qabağında durub bu sualları özünüzə verin. Əgər cavab verə bilsəniz, deməli, düzgün yoldasınız, yaşamağa dəyər.

Çətin suallardır. Bu yaşımda iki sualın cavabını qismən vermiş sayıla bilərəm. Amma üçüncü sualın cavabını zaman verəcək...

- 50 yaşınız tamam olan vaxt "Yaşın nə fərqi var" sualına maraqlı cavab vermişdiniz: "İnsanın bir xoşbəxtliyi də öz yaşını yaşamağı bacarmasıdır". Yaşı yaşamağı bacarmaq. Sizcə, bu, bir az qəliz məsələ deyilmi?

- Həyatımızı maraqlı edən sürprizlər, qəlizliklər deyilmi? Bəlkə də ömrümüzə kolorit qatan elə onlardır. Öz yaşını yaşamaqdan ötrü içinə enməyi, orada özünü tapmağı bacarmalısan. O daxili "dirəyə" söykənmədən, özündən yapışmadan nəinki gerçək yaşını yaşamaq, ümumiyyətlə həyatda öz yerini tapmaq mümkün deyil. Nə qədər çətin olsa da, gec-tez içindəki o mənəvi güzgüyə baxmağa məhkumsan. Böyük şairimiz Ramiz Rövşən necə deyib: Doğradım-çapdım özümü, Yoğurdum-yapdım özümü, Nə yaxşı tapdım özümü, Böyrümdən keçib getmədim.

Bəli, ağlı və ruhu yerində olan hər bir insan bu axtarışa çıxır. Uğurlu nəticə axtarışın səmimiyyət dərəcəsindən asılıdır. Özünü tapandan sonra yaşamaq asanlaşır, çünki dünyanın qəddar və ədalətsiz qanunları ilə barışırsan. Ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki. Yəqin dünyada özünü tapan xoşbəxtlərdən tapmayan talesizlərin sayı qat-qat çoxdur. Məsələnin qəlizliyi ondadır ki, yaşlandıqca, həyat təcrübən artdıqca beynini yoran sualların çoxuna cavab tapırsan, amma həyat səni dərhal yeniləri ilə üz-üzə qoyur. Bu, əbədi prosesdir. Xoşbəxt adam o sualların cavablarının gizləndiyi otaqların açarlarını tapandır. Beynimdə belə bir qənaət möhkəmlənib ki, xoşbəxtlik düşündüyün, danışdığın və elədiyin arasında harmoniyadır. Əgər bu trionu eyni lada kökləyə bilsən, bu halda qəliz sualların əlində girinc olmaqdan qurtulmaq şansın var.

- "Xalq qəzeti" mühafizəkar tipli nəşr sayılır, həm də rəsmi tribunadır. Belə yerdə sırf yaradıcılıq baxımından manevr imkanları çox olmasın gərək...

- Bəli, iş yerim rəsmi dövlət qəzetidir. Burada vətəndaş-jurnalist olmağın məsuliyyətini unutmamalısan. Əsas işimiz günün ictimai-siyasi salnaməsini yazmaqdır. 50, 100 ildən sonra bu günün real tarixini arxivdə qorunacaq məhz rəsmi nəşrlərdən öyrənəcəklər.

O ki qaldı yaradıcılıq sərbəstliyinə, bu məsələdə rəhbər şəxsdən çox şey asılıdır. Şükürlər olsun ki, baş redaktor Əflatun Amaşov bizə ürəyimizdən keçən mövzunu yazmağımız üçün bütün imkanları yaradıb. Təki deməyə sözün olsun.

NOVATOR.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri