Icma.az
close
up
RU
Tanınmış ritm ustadı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib

Tanınmış ritm ustadı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində tanınmış ritm ustadı, pedaqoq, qaval ifaçısı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecə pedaqoqun həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

Yubiley tədbirində Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Kamilə Dadaşzadə çıxış edərək Mahmud Salahı məharətli qaval ifaçısı, Azərbaycan muğamlarının bilicisi, öz sənətini yeni nəslə yorulmadan təbliğ edən fədakar pedaqoq kimi səciyyələndirib. Rektor yubilyara xoş arzularını bildirərək, rəhbərlik etdiyi təhsil ocağının fəxri fərmanını ona təqdim edib.

Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, AMK-nın kafedra müdiri Firudin Qurbansoy, bəstəkar, Əməkdar artist Vüqar Camalzadə çıxış edərək sənətkara yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edilib ki, Mahmud Salah Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Baba Salahovun rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyası və Radiosunun Xalq Çalğı Alətləri ansamblında qoşanağara, Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Opera və Balet Teatrının Simfonik Orkestrində qaval ifaçısı kimi çalışıb. 1988-ci ildən “Buta” instrumental muğam üçlüyünü, 2000-ci ildən isə “Qədim Şərq” muğam qrupunun yaradıcısıdır. UNESCO xətti ilə keçirilən bir sıra festivalların iştirakçısıdır. Rəhbərlik etdiyim qrupla Azərbaycan musiqisini Böyük Britaniya, Almaniya, ABŞ, Rusiya və digər ölkələrdə təmsil edib. Hazırda Azərbaycan Milli Konservatoriyasında “Muğam” kafedrasında xanəndələrə qaval ifaçılığından dərs deyir.

Çıxışlarda yubilyar bu sənətdə öz dəsti-xətti olan ifaçı kimi qiymətləndirilib.

Gecənin bədii hissəsində Mahmud Salahın tələbələrnin ifasında xalq mahnıları, muğam və təsniflər ifa olunub.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri