Icma.az
close
up
RU
525 ci qəzet Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı mühüm addımlar atılıb

525 ci qəzet Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı mühüm addımlar atılıb

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) peşə təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirib. Bu məqsədlə TKTA peşə təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarlarını hazırlayıb və onlar təsdiqlənib. Bununla yanaşı, 4 peşə təhsil müəssisəsi (Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi) üzrə müvafiq komissiyalar təşkil edilib və institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları həyata keçirilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyevin dediyinə görə, daha geniş auditoriyanın məlumatlandırılması məqsədilə qeyd edək ki, akkreditasiya ali təhsil müəssisəsinin (ATM) dövlət standartlarına və digər normativ aktlara uyğun kadr hazırlığını ölçən alətdir və dövlətin verdiyi mandat əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müəyyən etdiyi müvafiq Akkreditasiya komissiyası tərəfindən 5 ildən bir 7 istiqamət, 30 meyar, 271 indikator üzrə dəyərləndirilir. TKTA-nın "2024-cü təqvim ilində ATM-lərin akkreditasiyasının keçirilməsi qrafiki"nə uyğun olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti (BBU), Qərbi Kaspi Universiteti (QKU) və Gəncə Dövlət Universitetində (GDU) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixində keçirilən 4-cü iclasının qərarına əsasən ADNSU, ATMU, BBU və QKU 2024/2025-ci tədris ilindən etibarən növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçmiş hesab olunub. GDU ilə bağlı qərara gəlincə, qüvvədə olan akkreditasiya şəhadətnamə müddətinin növbəti 2  il üçün uzadılaraq, 1 ildən sonra təkrar akkreditasiya olunması qərarı verilib. Bununla yanaşı, cari ilin sentyabr-noyabr ayları ərzində Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AİA) və Bakı Slavyan Universitetində (BSU) institusional akkreditasiya üzrə sahə baxışı TKTA tərəfindən müəyyən edilən müvafiq Akkreditasiya komissiyaları tərəfindən həyata keçirilib. Bununla yanaşı, dörd ATM-də (ADA Universiteti və Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti və Inha Universiteti) yekunlaşmış Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində maliyyələşdirilən 11 ikili diplom proqramları üzrə akkreditasiya qiymətləndirilməsinin nəticələri "əsasən uyğundur" hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Bu nəticələr bir daha göstərir ki, ATM-lər keyfiyyətin təminatı istiqamətində ciddi səy göstərməlidir. Qənaətbəxş nəticələr əldə etmiş universitetlər davamlı inkişaf strategiyalarını gücləndirməli və bu istiqamətdə zəruri fəaliyyəti davam etdirməli, qeyri-qənaətbəxş nəticə göstərənlər isə struktur islahatları aparmalı və proseslərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməlidir. Akkreditasiya prosesi ölkədə ali təhsilin ümumi səviyyəsini yüksəltmək və beynəlxalq rəqabət qabiliyyətini artırmaq üçün mühüm bir addımdır.

S.Quliyev bildirib ki, "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, təhsil müəssisəsi və ya təhsil proqramı akkreditasiya meyarlarının tələblərinin üçdə biri üzrə "qismən uyğun" və ya hər hansı istiqamət üzrə "uyğun deyil" hesab edildikdə qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddəti növbəti 2 il üçün uzadılaraq, təhsil müəssisəsi və ya proqramı 1 ildən sonra təkrar akkreditasiya olunur. Akkreditasiya Şurasının bu qərarından sonra yekun hesabatda göstərilən tövsiyələrin icrası ilə bağlı ATM fəaliyyət planı hazırlayır və TKTA ilə razılaşdırmaqla təsdiq edir. TKTA fəaliyyət planının icrasına nəzarət edir və illik hesabatları təhlil edir. Təkrar akkreditasiya zamanı Akkreditasiya Komissiyası indikatorların qiymətləndirilməsində fəaliyyət planını təsdiqedici sənəd kimi tələb edir. Sözügedən sənəddə ATM-in verilmiş tövsiyələrdən irəli gələn fəaliyyəti haqqında məlumat əks olunur: "Akkreditasiya prosesi zamanı ATM-lərdə müxtəlif çatışmazlıqlar müşahidə edilir. Hər bir ATM özünəməxsus xüsusiyyətlərə və struktura sahib olduğu üçün çatışmazlıqlar da fərqli ola bilər. Lakin bəzi çatışmazlıqları aşağıdakı kimi ümumiləşdirə bilərik. Tələbəyönümlü tədris və elmi fəaliyyət: Bir çox hallarda Akkreditasiya komissiyaları sahə baxışı zamanı tələbəyönümlü tədrisin təşkilində əsaslı boşluqları müşahidə edir. Xüsusilə tədrisin tələbəyönümlü təşkilinə və beynəlxalq nəşrlərdə məqalə sayının artırılmasına diqqət yetirilməlidir. Həmçinin elmi tədqiqatlara maliyyə dəstəyinin artırılması və tədqiqat laboratoriyalarının təsis və təchiz edilməsi vacibdir. Peşəkar inkişaf və müasir pedaqoji metodlar: Professor-müəllim heyətinin xarici dil biliklərinin inkişafı və müasir pedaqoji metodların tətbiq edilməsi, təhsilverənlərin peşəkar inkişafının dəstəklənməsi, bu sahədəki çatışmazlıqları aradan qaldırmağa kömək edir.

Fənlərin məzmununun əmək bazarının tələblərinə uyğunluğu: Fənlərarası inteqrasiyanın təşkili və prerekvizitlik qaydalarının gözlənilməsi, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun olması təmin edilməlidir. Bu, həm tələbələrin daha hazırlıqlı yetişməsini, həm də əmək bazarına uyğun peşəkarların hazırlanmasını təmin edir. İdarəetmə strukturlarının təkmilləşdirilməsi: İdarəetmə qərarlarının mərkəzləşdirilmiş şəkildə deyil, kollegial formada, maraqlı tərəflərin iştirak etdiyi müzakirələr əsasında qəbul edilməsi vacibdir. Bu, şəffaflığı və qərarların dəqiqliyini artırır. Əlavə fəaliyyətlərin və hesabatlılığın təmin edilməsi: Sorğu nəticələrinin təhlili əsasında həyata keçirilən işlərin izlənməsi və hesabatlılığın təmin edilməsi daha da inkişaf etdirilməlidir. Bu, təhsilin keyfiyyətinin davamlı ölçülməsinə və təkmilləşdirilməsinə kömək edir. Strateji planlaşdırma və beynəlxalq əməkdaşlıq: Təhsil müəssisələrinin strateji planlaşdırma və idarəetmə təcrübəsinin artırılması, akkreditasiya meyarlarının düzgün tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir. Müəllim və tələbələrin beynəlxalq mübadilə proqramlarına cəlb edilməsi və tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması ATM-lərin inkişafında əsas amillərdən biridir. Əmək bazarı ilə əlaqələrin gücləndirilməsi: Tələbə qəbulunun proqnozlaşdırılmasında əmək bazarı nümayəndələri ilə sıx əlaqələr qurulmalıdır. Bu əlaqələr, həmçinin tədris proqramlarının mütəmadi müzakirəsi və yenilənməsi üçün də əhəmiyyətlidir. Təsdiqedici sənədlərin mövcudluğu: Təlim-tədris fəaliyyətini özündə əks etdirən təsdiqedici sənədlərin mövcudluğu tədrisin keyfiyyətinin ölçülməsində mühüm göstəricilərdən biridir".

Samir Quliyev qeyd edib ki, ATM-lərin institusional akkreditasiyası onların öncəki akkreditasiya müddətinin bitməsi ardıcıllığına uyğun olaraq müəyyən edilir. Belə ki, 2025-ci təqvim ili üçün akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ATM-lərin adlı siyahısı TKTA tərəfindən əmrləşdirilib və prosedur qaydalara uyğun olaraq, 2025-ci ilin fevral-may aylarında akkreditasiyası nəzərdə tutulan ATM-lərə 3 ay öncədən bu barədə rəsmi məlumat göndərilib. Göstərilən aylar ərzində Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsi gözlənilir: "2025-ci təqvim ili ərzində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Dövlət Peşə Təhsil Mərkəzində institusional akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulur. Cari ildə olduğu kimi, növbəti ildə də PTM səviyyəsində yalnız institusional akkreditasiyanın həyata keçirilməsi planlaşdırılır. Qanunvericilik mandatına əsasən, TKTA ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiyasını təşkil edən publik hüquqi şəxs statusuna malik olan qurumdur. 2025-ci ildə orta ixtisas təhsili müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirilmə meyarlarının hazırlanıb təsdiq olunması və pilot qiymətləndirilmənin keçirilməsi planlaşdırılır".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Yanvar 2025 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri