Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525 ci qəzet Tənəzzül haqqında yeni və unudulmuş elm Rə­van Cavid yazır (II yazı)

525 ci qəzet Tənəzzül haqqında yeni və unudulmuş elm Rə­van Cavid yazır (II yazı)

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Rəvan CAVİD

"...Keçmişdə yox olmuş sivilizasiyaların iki ortaq xüsusiyyəti olduğu haqqında alimlər arasında fikir birliyi var: hamısı ölçüyəgəlməz təkəbbürün və özünə həddindən artıq güvənmənin qurbanlarıydı. Qarşılarına hansı maneə çıxırsa çıxsın, öhdəsindən gələ biləcək gücə sahib olduqlarına inanırdılar və hər gün artan zəifliyi bədbinliyə düşməmək üçün gözardı edə biləcəklərini düşünürdülər..."

Kollapsologiya haqqında danışanda diqqət etməli olduğumuz vacib bir məqam var: hər şeyin həddindən artıq böyüməsi və ifrata varması. İqtisadiyyatın, brendləşmənin, siyasi rəqabətin, ideoloji çaxnaşmanın, dəyərləri görməzliyə vurmanın, 3-cü Dünya ölkələrinə qloballaşmanı məcburi şəkildə qəbul etdirmənin və bu kimi praktikası vacib, amma vaxt tələb edən anlayışların böyüməsini nəzərdə tuturam. Zirvə yarışı bütün sahələrdə işıq sürəti ilə davam edir. Bəs zirvədə nə var? Divarlar, məhdudiyyətlər. Onların arxasında isə dərin uçurumlar. Bütün anlayışlar kulminasiya nöqtəsindən sonra aşağı doğru hətəkət edib dibə çırpılmaq məcburiyyətindədir. Bu insanların yox, təbiətin və riyaziyyatın qanunudur. Nələrisə kulminasiyada saxlamaq isə, həm də indiki zamanda, qeyri-mümkündür. Bu, təxminən, ideal cəmiyyətin və üstinsanın yaranması deməkdir. Siz inanırsınız buna? Mən yox!

Zirvədəki məhdudiyyətlər, hüdudlar hansılardır bəs? Məsələn, texnologiyadan istifadənin ifrata varması və plastik tullantıların nəzarətdən çıxması qlobal istiləşməyə zəmin yaratdı. Sürətlə inkişaf edən industriyanın qarşısını ala bilmədik. Böyüdükcə böyüyən zavodlar, fabriklər, şəbəkələri artan holdinqlər, sərmayəsi bol şirkətlər, neft və təbii qaz yataqları üçün mübarizə aparan siyasilər, platin və almaz axtarışları, kömür istehsalı və sair. İnsan və onun yaratdıqlarının fəaliyyətlərindən dolayı zərərli qazların emissiyaları artıq normanın çox üstündədir. Bu da iqlimlərin süni şəkildə istiləşməsinə yol açır. Dünyada orta temperatur sənaye inqilabından sonra, yəni 1880-dən sonra 0,85 dərəcə Selsi artdı və növbəti altmış ildə sürətlənməyə başladı. İkinci Dünya müharibəsindən sonra təqdiqatçılar bu mövzuya daha həssas yanaşmağa başladılar, çünki rəqəmlər onlar üçün vahiməli görünürdü. Ekspertlər qlobal istiləşmənin 2050-ci ildə 2 dərəcə, 2100-cü ildə isə 4,8 dərəcə Selsi artacağını proqnozlaşdırırlar. Bəli, sürətlə inkişaf edən texnologiyanı görünməz bir əl dayandıracaq: iqlim!

Təbii fəlakətlər öz mesajını, illərdir, verir onsuz da. Bu mövzu nəinki gələcək nəsilləri, elə bizi də maraqlandırır. Çünki hər beş ildən bir bunun ağır fəsadlarının şahidi oluruq. 2003-cü ildə istiləşmə ucbatından bütün Avropaya yayılan yanğınlar nəticəsində on beş min insan həyatını itirmişdi. Ümumiyyətlə, mövzudan kənar da olsa bir qeyd atım yazının bu hissəsinə, 2003-cü ildə baş verən İraq müharibəsi, Fələstin-İsrail müharibəsi, Balkanlardakı mafiya qiyamları, Avropa və Amerikadakı mitinqlər, Skandinav ölkələrindəki intihar səbəbi ilə yetmiş min insan öldü. 2024-dəki ölüm sayına qədər bu rəqəm çox ciddi bir staistikanın başlanğıcı sayılırdı. Qayıdaq istiləşməyə. 2003-cü ildə baş verən yanğınlardan sonra iqtisadiyyata on üç milyard avro ziyan dəydi. 2010-cu ildə Rusiyada başlayan quraqlıq kənd təsərrüfatına iyirmi beş faiz ziyan vurmuşdu, bu isə on üç milyard dollar demək idi.

Amerika Silahlı Qüvvələrində iqlim problemləri üzrə araşdırmalara rəhbərlik etmiş, "İqlim müharibələri" kitabının müəllifi Civni Dier 2021-ci ildə yazıb: "Qlobal istiləşmə beş dəfəyə qədər artanda və orta temperatur bütün iqlimlər üzrə doqquz dərəcəni keçəndə, bu gün xəyalını qurduğunuz hər şeyin üstündən xətt çəkmək məcburiyyətində qalacaqsınız..."

Dier daha dəhşətli bir proqnozun da müəllifidir. O iddia edir ki, 2036-cı ildə və ya o tarixə yaxın bir zamanda Hindistan və Pakistan arasında nüvə silahının da istifadə olunacağı müharibə baş verəcək. Bilmirəm, bu yəqinlər hansı məlumatların nəticəsidir, amma vəziyyət bu qədər pisdirsə, nikbin olmaq üçün heç bir böyük səbəb qalmır. Əgər bu gündən etibarən zavodların zəhərli tüstü buraxmağının önünü kəssək, istiləşmə və ozon qatındakı seyrəlmə hələ on il də davam edəcək.

Təbiət sadəcə istiləşmə ilə qisas almayacaq bizdən. Həm də suyun hökmranlığı başlayacaq. Bir tərəfdən şirin su hövzələri quruyub yoxa çıxdıqca, digər tərəfdən də buzlaqların əriməsi nəticəsində su səviyyəsi planetin bütün nöqtələrində artmağa başlayacaq. Suyun bizə qarşı başqa bir təhdidini də qeyd edim. Su səviyyəsinin dəyişməsi okean axınlarının sirkulyasiyasını sürətləndirəcək. Bu da okeanın dərinliklərində anoksi (oksigen çatışmazlığı) yaradacaq. Anoksi təbəqəsi artdıqca və okeanın səthinə doğru hərəkət etdikcə ozon qatını dəlməsi ilə məşhur olan hidrogen-sulfid yaradan bakteriyaların sayı sürətlə artacaq. Okeandakı və qurudakı canlıların bir çoxu məhv olmağa başlayacaq. Elmi-fantastik film ssenarisinə bənzəyir, hə? Bilirəm, amma buna bəşəriyyət tarixində misal çəkə biləcəyimiz və elmə "Kənfild Okeanları" adı ilə düşən hadisələr var. NASA növbəti belə okeanların 2100-cü ildən qabaq yenidən ortaya çıxacağını iddia edir.

Bir məsələni də yazıb, kollapsologiyanın təməl səbəblərindən biri olan istiləşmə haqqında yazını yekunlaşdırım. Qlobal istiləşmə özü ilə yanğınlar gətirdi, oksigen çatışmazlığı gətirdi, ən əsası isə növlərin sonunu yaxınlaşdırdı. Nə vaxt ki, industriya termini insan həyatına daxil oldu, Adəmin övladları cənnətdən sonrakı sığınacaqlarına nankor oldular. Bir anda təbiətdən ayrı düşən insan milyon illər birgə yaşadığı təbiəti istismar etməyə başladı. On altıncı əsrdən bu yana üç yüz otuz iki növ canlı tamamilə məhv olub, kökü kəsilib. Yüzlərlə növün adı isə "Qırmızı kitab"dadır. Sənayeləşmənin gətirdiyi rahat həyat tərzi insanın eqosunu və küdurətini artırdı. Bir başqa misal, bütün dünyada neft industriyasının yarandığı gündən bu günə balıq biokütləsinin doxsan faizi məhv olub. Doxsan faiz! Necə dəhşətli rəqəmdir, hə? Və ya belə düşünək, hazırda bizi təəccübləndirən rəngarəng təbiət gör indi maşınların ixtirasından qabaq necə olub?!

Kollapsologiya haqqında oxuduğum beş kitabın hamısında (birinci yazıda qeyd etmişəm adlarını) qlobal istiləşmə ilə bağlı müxtəlif iddialar var. Lakin hər birinin ortaq məxrəcə gəldiyi bir nüans var: Tez, ən tez, nə qədər tez bacarırıqsa, o qədər tez qlobal istiləşmənin qarşısını almaq üçün zavodlarımızın, maşın istehsal edən yerlərimizin bacalarına baxıb düşünməliyik. Bizə lazım olan nədir? Sürətli inkişafa davam, yoxsa dünyanın sonu?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri