Icma.az
close
up
RU
525 ci qəzet Xalq yazıçısı Anarın Türkiyədə yeni kitabı nəşr edilib

525 ci qəzet Xalq yazıçısı Anarın Türkiyədə yeni kitabı nəşr edilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə Türkiyənin tanınmış “Ketebe” nəşriyyatında Xalq yazıçısı Anarın “Bir fırsat bulsam” (“Macal”) adlı nəsr kitabı işıq üzü görüb. Kitabda yazıçının daha öncələr qələmə aldığı “Macal”, “Otel otağı”, “Dantenin yubileyi” adlı irihəcmli əsərləri və son vaxtlarda bu povestlərin davamı kimi qələmə aldığı, qəhrəmanlarının sonrakı taleyini oxucularına təqdim etdiyi “Kəbirlinskinin son etirafı” və “Balaca Fuadın son xahişi” hekayələri yer alıb. 

Türk oxucularına yeni və daha orijinal tərcümədə təqdim olunan kitabdakı mətnləri türkiyəli yazıçı-tərcüməçi İmdat Avşar çevirib. Kitabın arxa qapağında nəşriyyatın oxuculara kiçik bir təqdimat yazısı yer alıb: “Bu kitab dünyanı sözlərlə yenidən quran bir dil memarı Anarın “Macal”, “Dantenin yubileyi” və “Otel otağı” adlı əsərlərini özündə birləşdirir. Yazıçı "böyük problemlər, kiçik sevinclər" vasitəsilə insanı və həyatı anlamaq üçün səyahətə çıxır və adi insanların qeyri-adi hekayələrini izləyib bəşəriyyətin ümumi problemlərini zərif şəkildə ifadə etməyə çalışır. Anar, onların tənhalığı, var olmaq üçün axtarışlarını və məhv edilmiş dünyalarını təsvir edərkən bu qarmaqarışıq həyata bənzərsiz bir baxış təqdim edir.

Azərbaycan cəmiyyətinin XX əsrdə yaşadığı böyük dəyişikliklərə ayna tutan yazıçı Sovet və xüsusilə də Stalin dövründəki hadisələri mətnlərində əks etdirir.

Anar Azərbaycan-Türkiyə münasibətlərinə həssaslıqla yanaşır, yaratdığı dərin tarixi arxa plana əlavə olaraq, mənəvi dəyərlərin itirilməsinə diqqət çəkir, insan ruhunun qaranlıq tərəflərinin xəritəsini yaradır”.

Qeyd edək ki, Türkiyədə kitab və ədəbiyyat adına gördüyü böyük işlərlə tanınan “Ketebe” nəşriyyatı ötən il Anarın “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və “Təhminənin son sirri” əsərlərini oxuculara təqdim etmişdi. Və kitabın imza günləri, təqdimat mərasimləri həm “Ketebe”nin oxucu klubunda, həm də İstanbul Universitetində olmuşdu. Həmçinin Türkiyənin TRT televiziyasında Anarla bir saatlıq müsahibədə, “Ketebe” internet televiziyasında yazıçıyla söhbətlərdə əsərlər ətrafında fikir mübadilələri aparılmışdı. 

Yazıçı ilə qarşılıqlı müqaviləsi olan və əsərlərinin ardıcıl çapını planlaşdıran “Ketebe” bu ilin sonuna kimi yazıçının böyük türk şairi Nazim Hikmət haqqında “Kərəm kimi” romanının nəşrini nəzərdə tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri