Icma.az
close
up
RU
525 ci qəzet Zəfərə aparan vətənpərvər gənclik

525 ci qəzet Zəfərə aparan vətənpərvər gənclik

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İlahə Əsadzadə

AMEA-nın Gəncə Bölməsinin kiçik elmi işçisi

Dərin anlama malik olan Vətənpərvərlik kəlməsi ən müqəddəs və ülvi duyğuların təzahürüdür. Vətənpərvərlik - özü üçün deyil, eli üçün yaşamaq, bu gün üçün deyil, gələcək üçün yaratmaq, “Mən üçün” deyil, “Bizlər üçün”, “Xalqım üçün” düşünməkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir! Xalqımızın, Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir!" Çünki qloballaşan dünyanın yad dəyərlərinin ölkəmizə hücuma keçdiyi dönəmdə Azərbaycanın milli maraqlarının müdafiəsinə ehtiyacı var. İstənilən halda bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır.

Hər bir şəxsiyyətin qiyməti onun Vətənə, millətə xidməti, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən hissi uşağın təfəkküründə gördüklərinə, ruhunda reaksiya doğuranlara heyranlıqla başlayır. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, canından gəlir. Vətəndaş tərbiyəsinin əsası olan vətənpərvərlik hissi hələ körpəlikdən ailədə başlayıb, bağçada, məktəbdə davam edir və cəmiyyətdə formalaşdırılır.

Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyev tarixin ən böyük vətənpərvərlərindəndir. Onun vətən sevgisi hər kəsə nümunədir. "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır", - deyə vurğulayan Ümummilli liderin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” - sözləri hər bir azərbaycanlının şüarına çevrilmişdir.

İstənilən cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslindən asılıdır. Gənc nəslə qayğı isə hər bir dövlətin daxili siyasətinin aparıcı istiqamətlərindən biridir. Əsrin əvvəllərində Azərbaycanda  konstitusiyalı azad vətəndaş cəmiyyətinin və müstəqil dövlətçilik ideyasının yaradılmasında, ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış “Füyuzat” jurnalında yazılırdı: “Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır...” Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti bir amala xidmət edirdi: milli şüura malik, vətənpərvər gənclər yetişdirmək.

1993-cü ildə H.Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra onun ən çox önəm verdiyi sahə dövlət siyasətinin məhz gənclərin inkişafını özündə ehtiva edən istiqaməti oldu. İlk olaraq gənclərin hərtərəfli inkişafı və istedadlı gənclərin üzə çıxarılması ilə bağlı bir çox mühüm dövlət proqramları qəbul edildi. Azərbaycan gəncləri dövlətin inkişafına istiqamətlənmiş vahid ideya ətrafında birləşdirildi, gənclərin azərbaycançılıq ideologiyası ilə səfərbər olması, vətənpərvərlik ruhunda yetişməsi üçün davamlı işlər həyata keçirildi.

Ulu öndər müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulamışdı: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini, müstəqilliyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən gəncliyi var”.

Qeyd olunmalıdır ki, müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, orduda da vəziyyət acınacaqlı idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində də əsaslı islahatlar aparıldı. İnsanların dövlətçiliyə və orduya münasibəti dəyişdi. Gənclər çağırış məntəqələrinə könüllü gedərək hərbi xidmət borclarını yerinə yetirməyə başladılar. “Vətən mənə oğul desə, nə dərdim” prinsipi gənclərin fəaliyyətinin əsasına çevrildi.

Hələ sovet hökumətinin ən sərt dövründə - 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsası qoyulmuşdu. Bu gün də gənclərin təhsil aldığı həmin xüsusi təyinatlı təhsil müəsissəsi fəaliyyətdə olduğu müddətdə ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlamışdır.

“Güclü lider və vətənpərvər gənclik” birliyinin təsdiqi H.Əliyevin qərarları ilə bərabər, Prezident İlham Əliyevin "dəmir yumruğu"nun Zəfərində 200 ildən sonra ilk dəfə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini hədəfləyən uğurlu siyasi manevrlərində də aydın müşahidə edildi. 2003-cü ildən sonrakı dövrdə yeni dünyamızın siyasi fenomeni, Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. 

Azərbaycan gəncliyinin milli ruhda yetişməsinin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsi idi. Onlar tarixin və tərəqqipərvər bəşəriyyətin şahidliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsindən Zəfərlə çıxaraq, İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Hələ Vətən müharibəsi başlamadan öncə, Tovuz döyüşlərində minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət edirdi. Bu müraciətlər vətənpərvərlik ruhunun Vətənə hesabatı sayılırdı. Ermənistanda fərariliyin baş alıb getdiyi, gənclərin ordudan yayındığı bir vaxtda Azərbaycan gəncləri döyüşə can atırdılar. Bununla da Azərbaycan gəncliyi üzərinə düşən böyük missiyanı kifayət qədər uğurla, şərəflə yerinə yetirmiş oldu.

Bəli, Qarabağı azad etmiş gənc nəsil Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada hərbçilərlə görüşündə qeyd etmişdir ki: “Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib. Vətənin mərd övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşada Azərbaycan bayrağını qaldırdı”. Eyni zamanda İlham Əliyevin “bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetirdi” - deməsi sərkərdənin gənclərə minnətdarlığı idi.

Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir sıravi vətəndaş, böyükdən kiçiyə qədər hər bir insan bu müqəddəs savaşda İlham Əliyevin ətrafında səfərbər oldu. Demək mümkündür ki, yurdumuzun hər bir bölgəsi qələbəmizə öz töhfəsini verdi. 

Birinci Qarabağ müharibəsi zamanı erməni qəsbkarlarına qarşı aparılan döyüşlərdə Gəncənin igid övladları tarixi qəhrəmanlıq salnaməsini daha da zənginləşdirdi. Mərdliklə vuruşan 364 nəfər şəhid oldu. Gəncənin yüzlərlə igid övladı Vətən müharibəsində də vuruşmuş, onlardan 107 nəfəri şəhidlik zirvəsinə ucalmışdı.

Döyüş bölgəsindən tamamən kənarda olmasına baxmayaraq, Qədim Gəncə şəhəri 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə ballistik raketlərdən atəşə tutuldu. Buna rəğmən, ürəyi vətən eşqi ilə döyünən şəhər əhalisi canı, qanı bahasına Gəncəni tərk etmədi. Endirilmiş raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak oldu.

Əslində, müharibə təkcə düşmənlə üzbəüz və ön cəbhədə getmirdi. 44 gün ərzində Azərbaycan gəncləri sosial media vasitəsilə “söz savaşı”nda da qalib gələrək faktlarla erməni yalanlarını üzə çıxarır, gerçəkləri dünyaya çatdırırdı.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədrliyi ilə 2008-ci ildə yaradılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi kimi məsələlərlə bağlı bir çox ölkələrdə gənclərimiz təbliğat aparır, haqq səsimizi dünyaya çatdırırlar.

44 günlük Vətən müharibəsində gənclərimizin fədakarlığı sayəsində qazanılan və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən şanlı Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu.

Bəli, rəşadətli ordumuz bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdi. Hər biri öz cəsurluğu, qələbə dolu döyüş yolu  ilə vətənpərvərlik salnaməsi yazdı, Xudaya yar olaraq, dillərdə dastana döndü. Bu gündən sonra da Dövlət Himnimizin sözlərində də deyildiyi kimi, istənilən zaman Vətənin namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri