Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

525ci qəzet 2025in geyim və görünüş tərzi necə olacaq?

525ci qəzet 2025in geyim və görünüş tərzi necə olacaq?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

İlk həftəsini arxada qoyduğumuz 2025-ci il hər birimizin həyatına özü ilə sonsuz ümidlər, arzular gətirdi, şübhəsiz. Ancaq hər təzə ilin gəlişi ilə dəblə geyinməyi sevən, ildən, fəsildən asılı olmayaraq, hər zaman gözəl və zövqlü görünməyə çalışan xanımlarımızı, bəylərimizi bir sual da maraqlandırır: 2025-ci ilin dəbi nə olacaq? Hansı rənglərə, hansı tərzdə geyimlərə, saç düzümlərinə üstünlük verilməlidir?

Hələ ötən ilin sonlarından modelyerlər, tanınmış brendlər bu ilin dəbini aydınlaşdırıb, dəbə uyğun məhsullarını bazara çıxarıblar. Xarici medianın mövzu ilə bağlı araşdırmasından məlum olur ki, 2025-ci ildə daha çox məxmər parçalardan istifadə olunacaq. Eləcə də krujeva, şifon və səliqəsiz geyimlər də bu ilin geyim dəbi kimi maraq dairəsində olacaq. Həmçinin, dar cins şalvarlar da bu il yenidən dəbə qayıdır.

Tanınmış modelyer, "Bakı Milli Geyim Evi"nin təsisçisi və direktoru Könül Vəlibəyli isə "525-ci qəzet"ə açıqlamasında bu ilin dəbini daha geniş və hərtərəfli analiz etdi: "Bildiyiniz kimi, ilk günlərini yaşadığımız 2025-ci il "İlan ili"dir. Şərq təqviminə görə isə bu il taxta Yaşıl İlan ili işarəsi altında keçəcək. "İlan ili" hər zaman dəbin tərs döndüyü, bütün əzbərlərin pozulduğu bir il kimi yadda qalıb.

Bu il də bu cür olacağı şübhəsizdir. Rənglərdən yaşıl və yaşılın müxtəlif tonları dəbdə idi, özünü qoruyub-saxladı, ondan əlavə isə qırmızı, albalı rəngi, sumaxı, gümüşü, qəhvəyi tonlar dəbə gəldi. İlan pullu, bəzəkli heyvan olduğuna görə, bu  il də bəzəkli, pullu, muncuqlu, parıltılı, zərli, biserli parçalar, sanki səhnə geyimi kimi geyimlər dəbdə olacaq. Bu il insanlar geyimləri ilə özlərini səhnədə hiss etmək istəyəcəklər. Təbii ki, bu geyimlər dəbdədirsə, deməli, leopardlı, ilan dərili naxışlı, ayna effekti olan parçalar da dəbdə olacaq. Dekolte, yaxası açıq, eləcə də dərin yarıqlı gecə geyimləri ilin dəbidir. İlan ili əhvali-ruhiyyə, romantika, gözəllik deməkdir. Gözəl geyinməyi, gözəlliyi sevən xanımlar üçün ilan ili ən gözəl ildir. Dediyimiz kimi, bu il hər kəs özünü adi günlərdə də səhnədə imiş kimi hiss edəcək. 2025-ci ilin çanta trendlərinə gəldikdə, yenilənmiş tendensiyalara daha çox müraciət ediləcək. Böyükhəcmli "clutch" çantalar dəbə gəlib. Eyni zamanda ziyafət çantalarından dördkünc çantalar gündəmdə qalmağa davam edəcək. Təbii ki, burada da geyimlərimizlə həmahəng olan parıldayan çantalar diqqəti cəlb edəcək. İlan modeli, eləcə də kəmər stili aksessuarlar dəbdə olacaq. Ayaqqabı stilinə gəldikdə, hündürdaban tangetkalar, taxtadaban yay ayaqqabıları dəbdə olacaq".

Saç və dırnaq ustası Dəniz xanım isə 2025-ci ilin saç, makiyaj və dırnaq modellərini təhlil edərkən, qəhvəyi və açıq rəngli saçların dəbdə olacağını dedi: "Bu il hər zamanın trendi olan sadə, freş makiyajla yanaşı, şux, rəngli makiyaj da dəbdə olacaq. Eyni zamanda uzun, bəzəkli dırnaqlar öz yerini qısa və sadə dırnaqlara verəcək".

Bəli, mütəxəssislərimiz "İlan ili"nin dəbini açıqladılar. İlin ümumi mənzərəsinə gəlincə isə, qeyd edək ki, Çində ilanlara "kiçik əjdahalar" deyirlər. Yəni ilan, adətən, müdriklik, zəriflik və çevrilmə ilə əlaqələndirilir. Modelyer Könül Vəlibəylinin də dediyi kimi, İlan ili dəyişimləri ilə yadda qalan ildir. Bu il dəyişikliklərin, yeni imkanların yaşandığı və belə demək mümkünsə, ondan düzgün istifadə edə bilənlərin ilidir.

Həmçinin, unutmayaq ki, ilan etibara və səmimiyyətə üstünlük verir. Geyimlərimizin tərzi, rəngi dəyişsə də, daxilimizdəki etibar, səmimiyyət ildən, fəsildən asılı olmayaraq, hər zaman şəxsi dəbimiz olsun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri