Icma.az
close
up
RU
525ci qəzet ABŞ Çinlə münasibətlərdə “qırmızı xətləri” keçməməlidir XİN başçısı

525ci qəzet ABŞ Çinlə münasibətlərdə “qırmızı xətləri” keçməməlidir XİN başçısı

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin ABŞ-ın növbəti administrasiyasından iki ölkə arasında əməkdaşlıqda ilk lazımi addımları atacağını gözləyir.

525.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi Pekində ABŞ-ın Xarici Siyasət üzrə Milli Komitəsinin (NCAFP) sədri və baş icraçı direktoru Suzan Elliottun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Çinin baş diplomatı bildirib ki, ölkəsinin xarici siyasəti, o cümlədən ABŞ-a qarşı siyasəti sabitliyi və davamlılığı saxlayır ki, bu da Çinin qətiyyətini və böyük güc kimi nüfuzunu nümayiş etdirir. Vanq Yi əmin edib ki, ABŞ-da hansı dəyişikliklər baş verməsindən asılı olmayaraq, Çin Birləşmiş Ştatlarla münasibətlərini qarşılıqlı hörmət, dinc yanaşı yaşama və ümumi fayda üçün əməkdaşlıq prinsiplərinə uyğun olaraq daim yaxşılaşdıracaq və inkişaf etdirəcək.

Nazir, Pekinin həmişə sabit, sağlam və davamlı Çin-ABŞ münasibətlərinə can atdığını söyləyib. Eyni zamanda, ölkə Çinin suverenliyini, təhlükəsizliyini və inkişafını qətiyyətlə qorumaq mövqeyini tutur. Pekin həmişə Çin və Amerika xalqları arasında ənənəvi dostluğu inkişaf etdirmək arzusunda olub.

“Çin-Amerika münasibətlərinin gələcək istiqaməti Amerika tərəfinin seçimindən asılıdır”, - deyən çinli diplomat ABŞ-ın Çinlə eyni istiqamətdə hərəkət edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, sabit Çin-Amerika münasibətlərini inkişaf etdirmək lazımdır.

Vanq Yi ABŞ tərəfini dövlətlərarası əlaqələri sabitləşdirmək üçün daha çox iş görməyə çağırıb və ümid etdiyini bildirib ki, ABŞ-ın yeni administrasiyası qarşıdakı dörd ildə iki ölkə arasında qarşılıqlı fəaliyyətdə lazımi ilk addımları atacaq. Onun sözlərinə görə, ABŞ-ın Çinlə bağlı düzgün strateji təsəvvürü olmalıdır. Çin Xalq Respublikasının inkişafı və yüksəlişinin qarşısıalınmaz və qaçılmaz bir tendensiya olduğuna diqqət çəkən Vanq Yi qeyd edib ki, Çin ABŞ-a meydan oxumaq və ya onu əvəz etmək niyyətində deyil və Amerika tərəfi Çinlə rəqabətdə qalib gəlmək kimi yanlış istəkdə olmamalıdır. Nazir dialoqu davam etdirməyə çağırıb və deyib ki, bu, bütün problemləri həll etməyə bilər, lakin qarşılıqlı anlaşmanı gücləndirməyə, yanlış mülahizələrdən qaçmağa və əməkdaşlığı inkişaf etdirməyə kömək edəcək.

Çin diplomatı ABŞ-ın ikitərəfli münasibətlərdə “qırmızı xətləri” keçməməli olduğuna diqqət çəkib. Xatırladıb ki, Tayvan məsələsi Çinin daxili işidir və Birləşmiş Ştatlar vahid Çin prinsipinə qəti şəkildə əməl etməli, Çin xalqının seçdiyi inkişaf yoluna, eləcə də onların qanuni inkişaf hüququna hörmət etməlidir. İki ölkə arasında mədəni və humanitar mübadilələr məhdudlaşdırılmamalıdır. Nazir bildirib ki, Pekin insanlar arasında ikitərəfli mübadilələri dəstəkləməyə və asanlaşdırmağa davam edəcək.

NCAFP üzvləri isə komitənin körpü rolunu oynamağa davam edəcəyini, ABŞ-Çin münasibətlərinin müsbət inkişafı üçün səylər göstərəcəklərini bildiriblər.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see193

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri