Icma.az
close
up
RU
525ci qəzet Ali Baş Komandanım

525ci qəzet Ali Baş Komandanım

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yusif MİLLƏTOĞLU

Ali Baş Komandanım

Düşmən üstə yeriyən Ordu Sizdən güc aldı,

44 gündə yağını diz çökdürüb öc aldı.

Ən hündür zirvələrdə Bayrağımız ucaldı,

Şuşamızda yazıldı parlaq Zəfər Dastanım,

Ali Baş Komandanım!

Yumruq kimi birləşdik, müqəddəsdir andımız,

İndi dəqiq bəllidir: kim dostdur, kim yadımız!

Qaliblər sırasında var şərəfli adımız,

Düşməndən hər addımda haqq-hesablar soranım -

Ali Baş Komandanım!

"Firəng" kimi əfilər daş altında yatandır,

"Miatsum" yalanına həqiqəti satandır,

Dünya görsün: əyrilər düzə böhtan atandır!

İftiralar qoşanı haqq sözüylə vuranım -

Ali Baş Komandanım!

Qisas aldıq bir gündə qart düşməndən, yağıdan,

Qurtardıq 30 illik ah-nalədən, ağıdan!

Bir sutkada terrorun yuvasını dağıdan

Sərkərdəyə heyrətlə baxır indi zamanım,

Ali Baş Komandanım!

Hər əsgərin övlad tək qayğısına qalan - Siz!

Düşməndən qarış-qarış o torpağı alan - Siz!

Qüdrətli Ordumuzla Böyük Zəfər çalan - Siz!

Xankəndi oldu şanlı Parad üçün meydanım,

Ali Baş Komandanım!

Zirvələrə can atan, qartal tək məğrur gedən,

Doğma yurda kəc baxmış xain gözləri didən,

"Uf" demədən qanıyla torpağı Vətən edən

Şəhidlərə Anadır Anam -Azərbaycanım!

Ali Baş Komandanım!

Hər bir qaçqın-köçkünə ey dar gündə həyanım,

Savaşlarda ən böyük sərkərdəm, qəhrəmanım,

Bu aydın həqiqəti görməyim? Necə danım? 

Sizə alqış söyləyir elim-obam, dörd yanım,

Ali Baş Komandanım!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri