Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525ci qəzet Amerikalı qızın təəccübü Məhsəti Musa yazır

525ci qəzet Amerikalı qızın təəccübü Məhsəti Musa yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məhsəti MUSA

Bir neçə il əvvələdək ölkəmizə əcnəbi könüllülər gəlirdi. Onlar bölgələrə də göndərilirdi. Yaşadığım Ağcabədi rayonunda da bir amerikalı qız könüllü fəaliyyət göstərirdi və onun rəhbərlik etdiyi ingilis dili kursunda mən də var idim. Könüllü xanım tez-tez müxtəlif mövzular verir, biz də ingilis dilində mövzu ətrafında bacardığımız qədər söhbətlər edir, müzakirələr aparırdıq. O, bir dəfə bazar ertəsinə düşən məşğələmizdə bizdən soruşdu:

- İstirahət günlərini necə keçirdiniz?

Oooy, başladıq, nə başladıq. Biri dedi pəncərələri sildim, pərdələri söküb yudum, ütüləyib asdım, hamamı təmizlədim, biri dedi evləri dərindən yığışdırdım, paltarları ütülədim, həyətdəki xəzəlləri süpürüb yığdım, yandırdım və sair və sair.

Həmin amerikalı qız təəccüblə gözünü bərəltdi:

- Siz ki istirahət günündə yenə işləmisiniz, dincəlməmisiniz. Mən isə Şəkiyə, Mingəçevirə getdim, gəzdim, üzgüçülüklə məşğul oldum. Bu günlər mənim istirahət günlərimdir və mən mütləq həmin günlərdə vaxtımı yalnız öz istirahətimə sərf edirəm. Heç vaxt həmin günlərdə iş görmürəm.

Onda təpəmizə bir qapaz vurub ilk dəfə "istirahət günü"nün əsl məqsədini başa düşmüşdük. Amma nə olsun, yenə də o cür davam edir, şənbə-bazar günləri o qədər ev işi görürük ki, işə qayıdanda ikiqat yorğun və əsəbi oluruq. Bunu yazmağımın səbəbi var. Yəni istirahət gününü əslində "daha ağır işlər günü" kimi qəbul etməyimizin acısını tək özümüz yox, artıq övladlarımız da çəkməkdədir. Deyim necə... Yox, ya da həyatımdan daha bir məqamı yazım, sonra deyərəm.

5-ci sinif şagirdi olan qızım çox hərəkətli və yaradıcı uşaqdır. Məsələn, dərs oxuduğu yerdə qəfil  qərar verir ki, bu saat filan mövzuda bir nağıl yazmalıdır. Vəssalam. Hər şeyi tullayıb yox olacaq. Yaxud bir mənzərə rəsmi çəkməlidir, dəftər-kitab ortalıqda ikən gətirib sulu boyanı, karandaşları tökəcək ortaya. Və beləliklə, gecə saatlarınadək dərslərini güclə bitirəcək. Təbii ki, valideyn kimi müdaxilə etməli oluram. Bəzən dərsini vaxtında hazırlaması üçün üstünə çox gedirəm. Bu yaxınlarda şənbə günü qərara gəldik ki, dərslərini həmin gün oxuyub bitirsin, bazar günü istirahət etsin, əylənsin. Lakin gecə oldu, dərs bitmədi. Bazar günü yenə də elə. Sonra müəllimlər votsap qrupuna testlər atdılar ki, şagirdlər onları da həll etsinlər. Uşağın gözləri qıpqırmızı qızarmış, tez-tez tutan başağrısının da əlamətləri gəlməyə başlamışdı. Mən isə ayağı yer alıb arxayınlaşmasın deyə özümü necə deyərlər, korluğa vurub yenə də tələbkarlıq edir, ləng tərpəndiyini xatırladırdım. Birdən qızım üsyankarcasına qarşısındakı kağız-kuğuzları itələyib dedi:

- Ana, düzünü de, sən mənimlə yaşıd olanda evə bu qədər dərs versələr, oxuya bilərdin?

Artıq başqa söz deməyin yeri yox idi. Yavaşca mızıldadım:

- Əslində yox!

Qızım başını buladı:

- Bəs onda məni niyə danlayırsan? Dərs çoxdur, çox. Ən çətin dərsləri də birinci günə salıblar. Bir bazar günüm var, mən yatmaq istəyirəm, dincəlmək istəyirəm, şəkil çəkmək istəyirəm...

Hə, bu məqamda əvvəldə söz açdığım məsələ - amerikalı könüllünün bizə acıyaraq istirahət gününü yalnız öz istirahətinə sərf eməsi ilə bağlı dedikləri yenidən yadıma düşdü. Söz yox ki, məktəbdəki müəllimlər içərisində qadınlar üstünlük təşkil edir və onlar da mənim kimi, sənin kimi, bizim kimi istirahət gününü "daha çox işləmək günü" kimi qəbul ediblər. Və bu düşüncəmizə necə hopubsa, şagirdlərin istirahət günündə boş olmasını qəbul edə bilməyib daha çox yüklənmələrinə çalışırıq. Amma niyə? Yuxulu-yuxulu gözlərini ovuşduraraq çox sayda test həll edən, çalışma yazan, məktəb dərsliklərindən əlavə vəsaitlərlə yüklənən, xarici dildən normadan qat-qat artıq sözlər əzbərləyən şagirdin doğrudanmı mükəmməl bilik sahibi olacağını düşünürsünüz, əziz müəllimlər? İnanın, bu, uşağın yorulmasından, onun dərsə, məktəbə nifrət etməsindən başqa heç nəyə xidmət etmir. Bir fincana qədərindən artıq çay süzəndə necə daşıb yerə tökülür, heç olursa, uşaqlara yüklədiyiniz bu tapşırıqlar da icra olunsa belə, nəticəsiz qalır. Onlar heç nə öyrənmir. Bununla yanaşı, yaradıcı tərəfləri də məhv olub gedir.

Müəllimlərin zəhməti danılmazdır. Mən də əsas işimdən əlavə olaraq orta ixtisas məktəblərindən birində müəllim işləyirəm. Enerjimin necə getdiyinin, necə yorulduğumun fərqindəyəm. Amma məhz elə buna görə də zəhmətimin puç olmamasına çalışıram. Baxmayaraq ki, onlar şagird deyillər, daha böyükdürlər, tələbələrimi yenə də çox yükləməməyə, hər şeyin ən asan yolunu, ən uyğun tərəfini göstərməyə çalışıram ki, dərsi qavraya bilsinlər. Bəzən kənardan qınaq da eşidirəm ki, bağça uşağı deyillər ki, PDF-ləri ver, oxusunlar. Amma mənim vicdanım buna yol vermir. Mütləq PDF-lə bərabər, onlara lazımi qeydləri verirəm ki, mövzunu daha rahat mənimsəyə bilsinlər. Belə deyək də, qoy az bilsinlər, amma təmiz bilsinlər. Bir sözlə, əziz müəllimlər, dəyərli müəllimlər, son illər məktəblərimizə ayaq açan əlavə vəsaitlərin, test toplularının istifadəsinə bir söz demirik, olsun, onları tövsiyə edə bilərik ki, uşaqlar dərsi daha yaxşı mənimsəsin. Amma bunu mütləq şəkildə şagirdə yükləməyək. Xüsusən, şənbə-bazar günlərində, bayram günlərində onların istirahət etməsinə imkan verək. Yaradıcı işlərə vaxt ayırmalarına şərait yaradaq. Şəxsən mənim öz qızıma ürəyim ağrıyır. Yuxarıda qeyd etdiyim kimi, o, həm rəsm çəkməyə, həm kiçik nağıllar yazmağa, həm kitab oxumağa meyilli bir uşaqdır. Amma saysız-hesabsız ev tapşırıqları, testlər imkan vermir ki, o, özünə vaxt ayırsın. Ayırmaq istəyəndə isə mən (əksər valideyn) cəllad kimi başının üstündə dayanmağa məcbur oluram ki, qoy sabah dərsə hazırlıqsız getməsin. Yəni haqsız olduğumu bilə-bilə məktəbin tərəfini saxlamaq zorundayam ki, bu da valideyn-uşaq arasında da münasibətlərin gərginləşməsinə gətirib çıxarır.

Başa düşürəm, burada tək müəllimin üstünə düşməməliyik. Bəlkə dərsliklərə də bir göz və əl gəzdirilməlidir ki, şagirdlər  çantalarında əsas dərsliklərdən əlavə, ağır kitablar daşımalı olmasınlar. Amma hər bir halda həddən ziyadə yüklənmək övladlarımızın əsəblərinə, orqanizminə, xüsusən də gözlərinə çox ciddi ziyan vurur. Biz uşaqları telefondan uzaq tutmağa çalışırıq, amma onlar saatlarla gözlərini votsapla göndərilmiş müxtəlif fənlərə dair testlərə dikməli olurlar. Biz övladlarımızı qamətlərini düz tutmağa məcbur edirik, amma onlar çiyinlərində az qala özləri ağırlıqda olan 8-10 kiloluq çantalarla məktəbə gedib-gəlirlər. Biz  övladlarımızı hərəkət etməyə, açıq havada olmağa səsləyirik, amma onlar məktəbdən qayıdandan yatanadək dərslərlə məşğul olmaq məcburiyyətindədirlər. Nəticə etibarilə gözü eynəkli, onurğası əyilmiş, yorğun, "qocalmış", aqressiv uşaqlar böyüdürük. Bəlkə bir az düşünək? Axı uşaqlar bizim gələcəyimizdir. Axı onların sağlamlığı vacibdir. Axı onları məktəbdən diksindirməməliyik, əksinə, sevgi yaratmalıyıq.

Hə, amerikalı qızın xatırlatdığı kimi, həftə içi çiyinlərimizə yüklənən yorğunluğu çıxarmaq üçün bizə verilən günlərin adının "istirahət günü" olduğunu da unutmayaq. İstirahət etmək isə hər kəsin haqqıdır. Eləcə də müəllim və şagirdlərin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri