Icma.az
close
up
RU
Aqil Abbasın zəhləsi gedən qız Məhsəti Musa yazır

Aqil Abbasın zəhləsi gedən qız Məhsəti Musa yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məhsəti MUSA

2003-cü ildə Ağcabədidə keçirilən bir tədbirdə rayon rəhbərinin təltifi olan Fəxri fərmanı mənə sevilən yazıçımız, millət vəkili Aqil Abbas təqdim etdi.  Təqdim edəndə də yalnız mənim və ön tərəfdə əyləşənlərin eşidəcəyi səslə bir xoş söz də dedi, güldük. Zalda olmuş insanlardan bir çoxu sonradan israrla Aqil müəllimin mənə nə dediyini soruşsa da, demədim. Eləcə gülüb keçdim. Hərdən belə davranışım olur, insanları maraqda saxlamaq xoşuma gəlir.  Nə isə, mən həmin fotonu sosial şəbəkələrdən birində paylaşıb belə başlıq yazdım: "Nədənsə həmişə elə bilirdim Aqil müəllimin məndən zəhləsi gedir". Bu paylaşıma reaksiyalar müxtəlif oldu. Amma hiss etdim ki, əksər izləyicinin dodağı qaçdı. Başqa paylaşımlar kimi, bu paylaşdığım da bir-iki günə yaddan çıxdı. Amma sən demə, bizim əzizimiz Rəşad Məcid heç də həmin statusu unutmayıbmış. Ağcabədidə Aqil Abbasın yubileyi keçirilirdi. Moderator Rəşad müəllim idi. O, məni çıxışa dəvət edərkən təbəssümlə məhz bu mövzuya toxundu. Həmin paylaşımımdan söz açdı. Və təbii ki, mən də çıxışımda bu məqama toxunmalı oldum. Zarafatyana palaşdığım statusa həm də balaca bir əsas gətirmək istədim. Amma Aqil müəllim sözümü kəsərək, "ay xanım,  mənim nəinki səndən, ümumiyyətlə heç kimdən zəhləm getmir" dedi. Bundan sonra söhbəti bağlayıb onun yeni çap olunmuş kitabı haqqında danışdım.

  Növbəti il Rəşad Məcidin də rayonumuzda yubiley tədbiri keçirildi. Bu tədbirin moderatoru isə Aqil Abbas idi. Yenə də çıxışım vardı. Bu dəfə məhz Aqil müəllim məni tribunaya dəvət edərkən həmin "zəhləsi getmək" məsələsinə toxundu. Niyə belə düşündüyümü bilmədiyini, məni zəhmətkeş bir xanım kimi tanıdığını filan söylədi. Çıxışımda bu haqda bir cümlə ilə bir zarafat olduğunu, əslində ciddi qəbul edilməməli olduğunu vurğulayıb keçdim. Amma hiss edirəm ki, hələ də insanlarda bir sual var: "Aqil Abbasın Məhsətidən niyə zəhləsi gedir?"

Deməli, hardasa 15-16 il əvvəl, necə deyərlər, gənc vaxtlarımda doğulub -böyüdüyüm Ağcabədi üçün mən də bir iş görmək həvəsi ilə rayonumuzun tanınmış və tanınmamış yazarları haqqında məlumat toplayırdım ki, "Ağcabədi yazarları" adlı bir kitab tərtib edim. Dünyasını dəyişmiş şair və yazıçıların haqqında mövcud məlumatları toplasam da, digərlərinin özündən də icazə və məlumatlar almalı idim. Açığı, çox gənc olduğum üçün düşünürdüm ki, belə tanınmış simalar təklifimi rədd edəcək. Amma istər Rəşad Məcid, istər digərləri xətrimə dəymədən dərhal razılıq verdilər. Aqil Abbas da eləcə. Amma Aqil müəllimdən əlavə bir istəyim də oldu. Çünki digər yazarlardan fərqli olaraq onun məndə az kitabı var idi. Odur ki, bəzi məlumatlar götürməyim üçün mənə kitablarını göndərməyini xahiş etdim. Razılaşdı. O gündən gözümün kökü saraldı, kitablar gəlib çıxmadı. Sonra tez-tez zəng vurmağa başladım. Amma Aqil müəllim telefonu açmırdı ki, açmırdı. Əslində mən də uşaqlıq etmişdim. Durub gözləyirdim ki, o boyda kişi işini - gücünü atıb dünənki uşağa kitab göndərəcək. Beləcə, bir dəfə də cavabsız qalan zəngimdən dərhal sonra anamdan xahiş etdim ki, onun telefonu ilə də zəng vuraq. Booy, elə ilk zəngdə Aqil Abbas telefonu açdı. Açığı, buna görə çox pis oldum. Bu dəfə Aqil müəllimlə elə anam danışdı. O, anama da söz verdi. Bəli, bəli, söz verdi, amma kitab vermədi ki, vermədi. Məlumatları sonra başqa vasitələrlə əldə etdim, kitab da çap olundu, bu söhbəti də unudacaqdım. Amma sonralar da bir neçə dəfə yığıncaqlarda salamlaşmaq istəyərkən Aqil Abbas məni ya görməzdən gəldi, ya üzünü turşutmuş halda keçdi. Belə-belə, düşündüm ki, deyəsən, bu kişi məni üzlü biri kimi tanıyır və məndən zəhləsi gedir. Lakin zaman keçdikcə, Aqil müəllimi başqalarının gözü ilə də gördükcə, tanıdıqca nə salam umdum, nə incidim. Anladım ki, bu insan başqa bir dünyanın insanıdır. Başqa ruh halı var. Durub kiminləsə salamlaşmaq və ya məni tanımaq hayında deyil. O, kefinin ağasıdır. Harda, nə vaxt, nə etmək istəsə edəcək, nə danışmaq istəsə, danışacaq. Yəni xüsusi çəkilmiş, cızılmış yol onun üçün deyil. Bəzən kənardan başqa cür görünsə belə, reallıq budur ki, Aqil Abbas çərçivəsiz insandır. Biz də onu elə olduğu kimi görməli, olduğu kimi qəbul etməli, olduğu kimi sevməliyik. Və sevdik də. Yazıçımızın reklamsız yaxşılıqlarını başqalarından eşitdikcə, dostların sosial şəbəkə statuslarında oxuduqca ona xüsusi rəğbətim yarandı. Bu gün hansısa imkansız ailənin uşağına bir saqqız, iki şirniquş alan kimi bunu camaata car çəkən, sosial şəbəklərdə, saytlarda paylaşanların çoxluğu içində Aqil Abbasın etdiyi böyük xeyirxahlıqlar, yaxşılıqlar həmişə kölgədə qalıb. Daha doğrusu, kölgədə  qalmayıb, bu insanın böyüklüyü ondadır ki, o özü bu yaxşılıqları qaranlıq yerə itələyib, gizlədib. Bunlardan yaxşı obraz yaratmaq üçün istifadə etməyib. Bu məsələlərdə planlı iş görməyib.

Bəlkə də sabah üz-üzə gələndə əziz yazıçımız məni yenə də tanımayacaq, yenə də salamlaşmayacağıq. Amma reallıq budur ki, Aqil müəllimi çox istəyirik. Hazırda onun məndə telefon nömrəsi yoxdur. Olsa belə, zənglərə cavab vermir axı yığıb doğum gününü təbrik edəm... Hə, ona görə də təbrikimi mənim üçün ən doğma qəzet olan "525-ci qəzet" vasitəsilə çatdırıram. Təbrik edirəm, Aqil müəllim! Çox yaşayın, sağlam yaşayın, Ağcabədiyə də tez-tez gəlin. Yadımdadır, əvvəllər rayonumuzda bəzi toplantılarda, hesabatlarda millət vəkili kimi iştirak edirdiniz. Rəsmi, kağızdan oxunan, rəqəmlərdən ibarət hesabatların, məruzələrin fonunda əsnəyən kim, arxada peçenye xırtıldadaraq "sən Allah, qurtarın, çıxaq gedək evə" deyən kim, əməlli-başlı xorultuyla yatan kim... Hamının hərtərəfli çökdüyü vaxtda elan olunanda ki, söz aqil Abbasa verilir, yatanlar oyanır, əsnəyənlər gözlərini geniş açır, aclıqdan gileylənənlər dişlənmiş peçenyelərini unudub diqqət kəsilərdilər. Çıxışlarınız həmişə içdən, təbii, səmimi, əsl Ağcabədi camaatının ürəyindən xəbər verən çıxışlar olardı. Hamının yorğunluğu canından çıxardı. Üzlərə təbəssüm qonardı. Baxmayaraq ki, ağcabədili olduğunuzu hərdən etiraf etmirsiniz, amma ağcabədililər sizi çox istəyir.

Hə, bu arada, o məlum şəkli sosial şəbəkədə paylaşanda məndən zəhlənizin getdiyini zarafatla yazsam da, tədbirlərdə hər dəfə bu mövzuya toxunulmasının özü də bir xatirəyə çevrildi. Və Ağcabədidə məni işimlə tanıyanlar onsuz da tanıyırdı, tanımayanların da yaddaşında Aqil müəllimin zəhləsi gedən qız kimi qaldım.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri