Icma.az
close
up
RU
525ci qəzet BDU ilə Rumıniya Universiteti arasında elmi layihələrin həyata keçirilməsi müzakirə olunub

525ci qəzet BDU ilə Rumıniya Universiteti arasında elmi layihələrin həyata keçirilməsi müzakirə olunub

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rumıniyanın Aleksandr İon Kuza adına Yassı Universitetinin nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Fizika fakültələrində olub, iki ali təhsil müəssisəsi arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.

BDU-dan 525.az-a bildirilib ki, Coğrafiya fakültəsində keçirilən görüşdə Yassı Universitetinin professoru Mihai Bulainiyə buradakı tədris prosesi, elmi fəaliyyətin təşkili, kadr hazırlığı aparılan ixtisaslar barədə məlumat verilib. Görüşdə BDU-nun Coğrafiya fakültəsi ilə Yassı Universitetinin Coğrafiya və geologiya fakültəsi arasında elm-təhsil əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.

Sonra professor Mihai Bulaini turizm işinin təşkili ixtisasının tələbələri ilə görüşüb, tədris planları oxşar olduğuna görə Yassı Universitetinin Coğrafiya və geologiya fakültəsinin magistratura səviyyəsində təhsil almaq imkanlarının olduğunu diqqətə çatdırıb.

BDU-nun Fizika fakültəsində isə Yassı Universitetinin digər professoru Klaudiu Kostin ilə professor-müəllim heyətinin görüşü keçirilib. Görüş zamanı hər iki universitetin mövcud elmi-tədqiqat imkanları müzakirə olunub, potensial əməkdaşlıq sahələri araşdırılıb və gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsi üçün ilkin razılaşmalar əldə edilib. Həmçinin elmi və akademik təcrübə mübadiləsinin genişləndirilməsi, birgə tədqiqatların aparılması məsələləri müzakirə edilib.

Sonra professor Klaudiu Kostin Fizika fakültəsinin tələbələri üçün seminar keçib. Seminar zamanı Yassı Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil imkanları haqqında ətraflı məlumat verilib. Klaudiu Kostin tələbələrin suallarını cavablandıraraq təhsil prosesində beynəlxalq təcrübənin əhəmiyyətini vurğulayıb.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri