525ci qəzet BDUda ali məktəblər üçün “Ekoloji kartoqrafiya” dərs vəsaiti çap edilib
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ali məktəblər üçün “Ekoloji kartoqrafiya” dərs vəsaiti çap edilib.
Universitetdən 525.az-a bildirilib ki, Geodeziya və kartoqrafiya kafedrasının müdiri dosent Əfqan Talıbov və həmin kafedranın müəllimi İrina Verpatovanın həmmüəllifliyi ilə hazırlanmış dərs vəsaiti fakültədə, eləcə də digər ali təhsil müəssisələrində “Ekoloji kartoqrafiya” fənninin tədris olunduğu müvafiq ixtisaslarda tədris keyfiyyətinin yüksəldilməsi, eləcə də təhsilalanların tədris dilində müvafiq proqram üzrə hazırlanmış vəsaitlə təmin olunması məqsədini daşıyır.
Kitab ümumilikdə beş fəsildən və fənnin proqramına uyğun formalaşdırılmış otuz mövzudan ibarətdir. Dərs vəsaitində ekoloji kartoqrafiyanın mahiyyəti, ekoloji şəraitin tədqiqi metodları, ekoloji xəritələrin riyazi və coğrafi əsası, onların tərtibində aerokosmik materiallardan istifadə kimi mühüm mövzular ətraflı təsvir olunub, əlavə və dəstəkləyici şəkil, cədvəl və digər materiallarla yanaşı, mövzular üzrə əldə olunmuş nəzəri biliklərin yoxlanılması üçün suallar və praktiki tapşırıqlar verilib. Bununla yanaşı, kitabda ekoloji kartoqrafiyada istifadə olunan 300-dən çox terminin izahı lüğət şəklində təqdim olunub.
“Ekoloji kartoqrafiya” dərs vəsaitinin elmi redaktoru Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov, rəyçiləri isə dosentlər Ramiz Əhlimanov və Şamil Əzizovdur.
Qeyd edək ki, “Ekoloji kartoqrafiya” bu məzmunda Azərbaycan dilində nəşr olunmuş ilk dərs vəsaitidir.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Noyabr 2024 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















