Icma.az
close
up
RU
525ci qəzet BDUnun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı olub

525ci qəzet BDUnun 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı olub

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində İnformasiya və sənəd menecmenti fakültəsinin təqdimatı keçirilib.

BDU-dan 525.az-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev İnformasiya və sənəd menecmenti fakültəsinin tarixinə nəzər salıb. Azərbaycanda ali kitabxanaçılıq təhsilinə 1947-1948-ci tədris ilindən başlanıldığını qeyd edən rektor bildirib ki, həmin ildə BDU-nun Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılıb. Şöbənin ilk ixtisas müəllimləri Xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olub. 1958-1959-cu tədris ilində həmin şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilib, 1962-ci ilin avqust ayında isə BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunub. 2003-cü ildə fakültə Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılıb. 2023-cü ildə fakültənin yeni adı İnformasiya və sənəd menecmenti fakültəsi kimi müəyyənləşdirilib.

Rektor diqqətə çatdırıb ki, BDU-da aparılan islahatlar çərçivəsində fakültədə yeni ixtisas və ixtisaslaşmalar yaradılıb. Təsadüfi deyil ki, son illərdə fakültəyə qəbul planı tam dolur. Bu günə qədər fakültəni 6 mindən çox məzun bitirib. Fakültədə yüksəkixtisaslı milli kadr hazırlığında Abuzər Xələfov, Hacı Həsənov, Zöhrab Əliyev, Əşrəf Xələfov, Bayram Allahvediyev, Tacəddin Quliyev, Rasim Kazımov, Fərman Bayramov, Sahib Rzayev və digər alim-pedaqoqların böyük xidmətləri olub. Hazırda fakültədə təlim-tədris prosesi ilə 50 nəfərdən çox professor-müəllim heyəti məşğul olur. Fakültə kollektivi BDU-nun ictimai həyatında da yaxından iştirak edir.

Sonra İnformasiya və sənəd menecmenti fakültəsinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Fakültə dekanı Ələmdar Bayramov, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, fakültənin məzunları - Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Vətən müharibəsi qazisi Qədir Daşdəmirov, fakültənin I kurs tələbəsi Zeynəb Xələfova çıxışlarında İnformasiya və sənəd menecmenti fakültəsinin tarixinə nəzər salıb, peşəkar kadr hazırlığında rolundan danışıblar. Qeyd olunub ki, BDU-nun ən böyük xidmətlərindən biri müxtəlif elm sahələri üzrə peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhun daşıyıcısı olmasıdır. İnformasiya və sənəd menecmenti fakültəsi də kadr hazırlığı prosesində bu ənənəni davam etdirir.

Tədbir musiqili proqramla davam edib.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri