Icma.az
close
up
RU
525ci qəzet “Bu günün şagirdini 20 il əvvəlki ilə müqayisə etmək olmaz”

525ci qəzet “Bu günün şagirdini 20 il əvvəlki ilə müqayisə etmək olmaz”

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Dünyada hər şeyə dəyər vermək mümkündür, amma müəllimin əməyinə əsla dəyər verilə bilməz”. Bu kəlamı Sokrat deyib, hələ eramızdan əvvəl. O vaxtdan bu yana  əməyinin dəyəri heç nə ilə ölçüyə gəlməyən bu insanların yetirmələrinin sayəsində bəşəriyyət dayanmadan irəliləyib, yer kürəsi yaşayıb. Müəllim haqqında yazmaq asan deyil, çünki onun zəhmətini dəyərləndirmək üçün söz tapmaq çox çətindir.

Bizim nəslin nümayəndələri üçün  müəllim qeyri-adi bir varlıq idi. İnanmırdıq ki, müəllimlərin də gündəlik məişət qayğıları, məktəbdən kənarda bir həyatı var. Çünki biz onu yalnız məktəb divarlarının daxilində görürdük. Əlində jurnal sinfə daxil olan, bizləri salamlayıb “əyləşin” deyən, hazır-qaib edərək dərsə hazırlığımızı soruşan, istəməsə belə, “iki” yazan, yaxşı oxuyanları sinfə nümunə göstərərək, bütün şagirdlərdə həvəs yaradan, dəcəlləri tənbeh edən, yetirmələrinin uğuruna sevinən, yeri gələndə ana nəvazişi göstərən və hər zaman çəkindiyimiz bir insan olub müəllim. Bu təsəvvür çox uzaq illərdən qaynaqlansa da, bu günümüzdə də baxışlarımız eyni nöqtədə də qalıb. 

Lakin zaman dayanmır, bəşəriyyət tərəqqiyə doğru sürətini birə yüz artıra-artıra gəlib elm, informasiya, texnologiya dövrünü elə yaxalayıb ki, hər bir sahədə onunla ayaqlaşmaq lazım gəlir. Çünki bu günün tələbi budur. Dərslər istiqamətini dəyişib, maraqlar tamam fərqli olub, müəllim-şagird münasibətlərində dostluq telləri yaranıb. Təhsil sahəsindəki islahatların fonunda müəllimlə müqayisədə şagirdin hüququ artıb (nə dərəcədə düzdür, bilmirəm), ona çox sərbəstlik verilib. Tətbiq edilən yeni təhsil sistemində təəssüf ki, mənəvi dəyərlərimiz arxada qalıb. Bununla belə, müəllim adını şərəflə, ləyaqətlə daşıyanlarımız hələ ki yetərincə var. Haqqında söz açmaq istədiyim müəllim kimi.

Yaxınlarda bir kitab gördüm. “Zirvənin sahibləri” adlanan kitab Vətən müharibəsindəki şəhidlərimizə həsr edilib. 2020-ci ildən bu yana əsas mövzu olan şəhidlərimiz haqqında yazılan kitablar çoxdur. Bu, başqa bir mövzu olduğundan ona toxunmaq istəmirəm. Maraqlısı isə kitabın müəllifinin bir ibtidai sinif müəllimi olması idi. Düzü, kitabda diqqətimi daha çox çəkən şəkillər oldu. Bir ibtidai sinif müəlliminin yetişməkdə olan gələcək nəslin kiçik nümayəndələrinə Vətəni sevmək, torpağı qorumaq, qəhrəmanlardan nümunə götürmək, şəhidləri tanıtdırmaq kimi marağı, fəaliyyəti təqdirəlayiq iş idi. Kitabda on dörd şəhid və bir qazi haqqında yazılar yer alıb. Bir müəllim əməyinin məhsulu olaraq azyaşlı məktəblilərə ilkin məlumat kimi şəhidlərimizi tanıtmaq istiqamətində kitabı düşünülmüş bir bələdçi hesab etmək olar. Və nəticədə bu müəllimlə tanış olmaq mənə maraqlı oldu. Haqqında danışdığım isə Sabunçu rayonu 170 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Qasımovadır.

- Əslən Cəbrayıl rayonundanam, orta məktəbi də orada bitirmişəm. Arzum hüquqşünas olmaq idi, lakin bəzi səbəblər üzündən M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil oldum. Tələbəlik illərim çətin vaxta təsadüf etdi. Həm ölkədəki qeyri-sabitlik, daha sonra Cəbrayılın işğalı, ailəmin, qohumların yurd-yuvasından didərgin düşməyi... Hər şey üst-üstə gəldi və təhsilimi bitirdikdən sonra işləmək kimi bir həvəsim itdi. Üstündən bir neçə il keçdi və atamın sözlərindən təsirlənərək, ixtisasdəyişməyə getdim. Artıq 23 ildir ki, 170 saylı məktəbdə ibtidai sinif müəllimiyəm. Peşəmə o qədər bağlıyam ki, müəllim olduğum üçün özümü şanslı hesab edirəm. Təkrarçılıq kimi səslənməsin, müəllim elə bir peşədir ki, kim olursansa ol, onun əlinin altından mütləq keçməlisən. Lakin onların arasında ibtidai sinif müəllimi qədər çətin olanı yoxdur. Valideyn altı yaşlı övladının əlindən tutub məktəbə gətirir və onu sənə etibar edir. Bu, bilirsiniz nə böyük məsuliyyətdir? Bir otaqda 20-25 nəfər uşaqla tək qalırsan. Hərənin bir xarakteri, fərqli tərbiyəsi, müxtəlif ailələrdə görüb-götürdüyü... Və sən onları həm öyrənməlisən, həm də öyrətməlisən. Həm sevməlisən, həm də sevilməlisən. Buna böyük səbir lazımdır. Bu günün şagirdi 20 il əvvəlki ilə müqayisə oluna bilməz. O, texnologiya əsrində və informatika bolluğunda yaşayır. Tədris prosesində ifrata varmadan onların yaşına, qavrama səviyyəsinə uyğun proqram qurmaq vacibdir. İbtidai sinif bir binanın özülü kimidir. Dörd il ərzində bu dayağı elə qoymaq lazımdır ki, üst-üstə gələn illər onun üzərində möhkəm dayana bilsin. Ən başlıca amalım onları vətənpərvər ruhda yetişdirməkdir. Bunun üçün mümkün olan bütün vəsaitlərdən istifadə edir, ekskursiyalar, ziyarətlər, qəhrəmanlarımızın ailə üzvlərilə görüşlər təşkil edirik. Gələcək yetişən nəslin əlində olacaq. Onların hərtərəfli məlumatı, dünyagörüşü elə dünyanın özü boyda geniş olmalıdır. Atatürkün dediyi kimi: “Müəllim şam kimidir.  Özü yanıb tükənərkən, ətrafını işıqlandırır”.

Tamilla M-ZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri