Icma.az
close
up
RU
“Əkinçi” qəzetinin 150 illiyi Aran filialında təntənə ilə qeyd olundu FOTOLAR

“Əkinçi” qəzetinin 150 illiyi Aran filialında təntənə ilə qeyd olundu FOTOLAR

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

22 oktyabr  2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Azərbaycanın ilk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin nəşrə başlamasının 150 illik yubileyi münasibətilə yubiley tədbiri keçirildi.

Tədbirdə rayon ictimaiyyəti, ziyalılar iştirak etdilər.

Tədbiri Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq “Konstitusiya və Suverenlik İli”ndə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin geniş şəkildə qeyd olunması xüsusi tarixi əhəmiyyət daşımasından, müstəqil dövlət qurmaq və ədalətli cəmiyyət formalaşdırmaq ideyasının tarixən xalqımızın başlıca məqsədlərindən biri olmasından, bu yüksək məqsədlərin həyata keçirilməsində böyük şəxsiyyət Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də əsasını qoyduğu “Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımız maarifçilik ideyalarının yayılmasında və ictimai düşüncənin inkişafında müstəsna rol oynamasından danışdı.

Aran filialının elmi işçisi Ülviyyə Yusifova “ Həsən bəy Zərdabi-maarifpərvər millət fədaisi” adlı məruzə ilə çıxış edərək Həsən bəy Zərdabinin Azərbaycan mətbuatının banisi kimi xalqın maariflənməsi və milli dirçəlişində oynadığı əvəzsiz roldan bəhs etdi. ÜlviyyəYusifova vurğuladı ki, Zərdabi bütün ömrünü cəhalətlə mübarizəyə, elm və bilik işığının yayılmasın həsr etmişdir. O, həmçinin qeyd etdi ki, Həsən bəyin yaratdığı “Əkinçi” qəzeti o dövrün ziyalı düşüncəsinin formalaşmasında mühim mərhələ olmuş və  Zərdabinin fədakar fəaliyyəti, xalqına sevgisi və əqidəsinə sadiqliyi bu gün də hər bir azərbaycanlı üçün örnək olaraq qalır. 

Tədbirdə yazıçı jurnalist Tofiq Abdullayev, kitabxanaçı Müşgünaz Əliyeva, tarixçi Zeynal Səfərov, rayon ziyalısı Namiq Ağayev mövzu ətrafında çıxış edərək Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini və dövlətçilik ənənələrini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev medianın inkişafına hərtərəfli şəraitin yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etməsi, Dövlət rəhbərinin  təşəbbüsü ilə  ölkəmizdə medianın azad və sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılması, bu sahənin maddi-təşkilati və hüquqi bazasının möhkəmləndirilməsi, Medianın İnkişafı Agentliyi təsis edilməsi, “Media haqqında” qanun qəbul olunması, jurnalistlərin sosial məsələlərinə olan diqqətin artırılması və onların rifah halının yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsini də tədbir iştirakçıların diqqətinə çatdırdılar.                       

Tədbirdə “Əkinçi” qəzetinin yaranma tarixi, məqsədi və ictimai əhəmiyyəti barədə hazırlanmış videoçarxlar nümayiş olundu. Bu videoçarxlarda Həsən bəy Zərdabinin həyat yolunun, onun maarifçi ideyalarının və qəzetin təkamül yolunun əyani şəkildə əks etdirməsi tamaşaçıların marağına səbəb oldu.

“Əkinçi” qəzetinin irsi bu gün də müasir Azərbaycan mediası üçün örnək və ilham mənbəyidir. Yubiley tədbiri yalnız bir keçmişin xatırlanması deyil, həm də gələcək nəslin milli kimlik, jurnalistika və maarifçilik kimi dəyərlərlə yetişdirilməsinin vacibliyini bir daha xatırlatdı.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see300

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri