525ci qəzet Dövlət Komitəsinin sədri Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11ci plenar sessiyasında iştirak edəcək
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kamboca Krallığının Parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) birgə evsahibliyi etdiyi Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin (BTSP) “Sülh, Barışıq və Tolerantlıq Axtarışı” mövzusunda keçiriləcək 11-ci plenar sessiyasında iştirak edəcək.
525.az xəbər verir ki, Kamboca Krallığının paytaxtı Pnompen şəhərində noyabrın 23-dən 26-dək keçiriləcək tədbirdə sülh, tolerantlıq, birgəyaşayış ilə bağlı ümumi narahatlıq doğuran qlobal məsələlər müzakirə ediləcək. İki plenar sessiyadan ibarət tədbirin sonunda sülh, barışıq və tolerantlıq axtarışı üzrə Pnompen Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ayrı-seçkilik və ekstremizmə qarşı mübarizədə tolerantlıq və sülh mədəniyyətini təbliğ etmək məqsədi daşıyan Qlobal Tolerantlıq və Sülh Şurası müasir dünyada bu anlayışların təşviqi istiqamətində əməkdaşlığın müzakirə olunduğu platformadır.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 22 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















