525ci qəzet Əlcəzairin XİN başçısı Blinkenlə Qəzzadakı vəziyyəti müzakirə edib
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əlcəzairin xarici işlər naziri Əhməd Attaf və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
525.az Report-a istinadən xəbər verir ki, bu barədə Şimali Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin rəsmi xəbərində deyilir.
Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və strateji dialoqun intensivləşdirilməsi istiqamətində əldə olunan nəticələri alqışlayıblar. Onlar dinamikanın gələcəkdə də qorunub saxlanılacağına və istifadə ediləcəyinə ümid etdiklərini bildiriblər.
Attaf və Blinken həmçinin BMT Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər, xüsusilə Qəzza zolağında vəziyyətin inkişafı, Qərbi Sahara ətrafındakı problem və Haitidə BMT-nin sülhməramlı əməliyyatının yaradılması layihəsi ətrafında fikir mübadiləsi aparıblar.
Dövlət katibi sentyabrda keçirilən seçkilərdən sonra ikinci müddətə seçilən Əlcəzair dövlətinin başçısı Əbdülməcid Tebbunu ABŞ Prezidenti Cozef Baydenin adından bir daha təbrik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Noyabr 2024 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















