Icma.az
close
up
RU
525ci qəzet İranla bağlı iki ssenari Xa­qa­ni Cəfərli yazır

525ci qəzet İranla bağlı iki ssenari Xa­qa­ni Cəfərli yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Xaqani CƏFƏRLİ

Ağır sosial-iqtisadi böhrandan çıxış yolu tapa bilməyən İran indi də enerji böhranı ilə üzləşib. Elektrik enerjisinin çatışmaması ucbatından İran sözün əsl mənasında zülmətə qərq olub. Elə vəziyyət yaranıb ki, dövlət qurumları bağlanır və ya qısaldılmış iş rejiminə keçirlər. Təhsil müəssisələri on gündən artıqdır ki, onlayn təhsilə keçib. Prezident Məsud Pezeşkian yaranmış vəziyyətə görə xalqdan üzr istəyib. Prezident seçildikdən sonra xalqa yalan söyləməyəcəyinə söz verən Məsud Pezeşkian qış fəslinin ağır keçəcəyi ilə bağlı da xəbərdarlıq edib.

Dünyada ikinci ən böyük qaz ehtiyatlarına və dördüncü ən böyük neft ehtiyatlarına malik İran müntəzəm olaraq yanacaq çatışmazlığı ilə üzləşir. İran rəsmiləri və təbliğat maşını yaranmış enerji böhranın səbəbi kimi Qərbin tətbiq etdiyi sanksiyaları göstərsə də, ekspertlərə görə tətbiq olunan qadağalar yeganə səbəb deyil. Ekspertlər mövcud idarəetmə sisteminin ölkə iqtisadiyyatına, o cümlədən, enerji infrastrukturuna Qərbin tətbiq etdiyi qadağalar qədər zərər vurduğu qənaətindədirlər. Məsələn, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın Şərq Araşdırmaları Mərkəzinin baş elmi işçisi Vladimir Sajin hesab edir ki, İranda enerji böhranı pis idarəetmədən qaynaqlanır. Sajin bu fikirlərinin dəlili kimi enerji sektoru da daxil olmaqla İran iqtisadiyyatının təxminən 25 faizinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarət etməsini vurğulayır. Bundan əlavə, Sajin İranın kəskin şəkildə "beyin axını"ndan, savadlı mütəxəssislərin ölkəni tərk etməsindən çox böyük zərər gördüyünü qeyd edir.

Enerji böhranı milli valyutanın da dəyərdən düşməsinə səbəb olub. İran zülmətə qərq olmazdan öncə prezident Məsud Pezeşkian rialın denominasiyasını və pul vahidinin adının dəyişdirilməsini təklif edən maliyyə islahatları haqqında qanun layihəsini ölkə parlamentinə təqdim etmişdi. Qanun layihəsinə əsasən, 10 000:1 nisbətində denominasiya təklif edilir. İyulun sonunda 1 dollar 584 min riala bərabər idisə, artıq "qara bazar"da 1 dollar 777 min riala satılır. Üstəlik, bu da son hədd deyil.

Enerji böhranından öncə isə İran Suriyada Bəşər Əsəd hökumətinin devrilməsi ilə sarsılmışdı. Suriyada hakimiyyət dəyişikliyi Tehranın geosiyasi məğlubiyyəti olduğu üçün İranı sarsıdıb. Belə fikirlər var ki, İran son 30 ildə Livandakı "Hizbullah", Qəzzadakı HƏMAS, Yəməndəki "Ənsurallah", Suriyadakı Bəşər Əsəd rejimi və digər proksi qüvvələrini maliyyələşdirmək üçün ən azı 200 milyard dollar xərcləyib. İndi isə İsrail bir-birinin ardınca İranın proksi qüvvələrini məhv edir və Tehran bunun qabağını almaqda acizdir. Ən son olaraq Suriyada Əsəd rejiminin devrilməsi İranın hakim dairələrində çaşqınlıq, xalqda isə öz hökumətinə qarşı qəzəb yaradıb.

Suriya iflasının ardınca enerji böhranı Tehran rejimi üçün çox ciddi təhlükə yaradıb. Amma hakimiyyət böhrandan çıxış üçün heç bir real təklif etməyib. Bu isə onunla bağlıdır ki, mövcud rejiminin ölkəni böhrandan çıxarmaq imkanı yoxdur. Buna görə də yaxın zamanlarda İranda ciddi etirazlar baş verə bilər.

Prezident Məsud Pezeşkian məcburi hicabla bağlı qanun pozuntusuna yol verənlərin daha sərt cəzalandırılması ilə bağlı parlamentin qəbul etdiyi qanunu təsdiq etməyərək, Ali Milli Təhlükəsizlik Şurasına həvalə edib. Parlamentdə və Ali Milli Təhlükəsizlik Şurasında çoxluq təşkil edən mühafizəkarlar isə qanunun qəbulunda israrlıdırlar. Prezident Məsud Pezeşkian vəziyyətin gərginləşməsindən və dövlətlə vətəndaşlar arasında münaqişənin artacağından narahatdır. Çünki sərt qanunlara baxmayaraq, ölkənin böyük şəhərlərində qadınların bir hissəsi hicabdan açıq şəkildə imtina etməyə davam edirlər.

İranda xalq etirazlarının digər səbəbi isə İsrailin hərbi müdaxiləsi ola bilər. İsrailin İrana qarşı hərbi müdaxiləsi isə qaçılmaz görünür. Mossad rəhbəri David Barnea hökumətə Yəməndəki "Ənsurallah" qruplaşmasının hücumlarına qarşı İrana birbaşa zərbə endirməklə cavab verməyi tövsiyə edib. Yerli televiziyaya müsahibəsində David Barnea bildirib ki, "husilər"i vurmaqla onları dayandıra bilmək çətin məsələdir. Çünki İran yeni qüvvələr yaratmaqdan əl çəkmir. Buna görə də "Mosad"ın rəhbəri hesab edir ki, İranı vurmaqla İsrail Tehranın proksi qüvvələrini zərərsizləşdirə bilər. İsrail mətbuatının məlumatına görə, David Barneanın bu təklifi Nazirlər Kabinetində fəal müzakirə olunur. Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə İran arasında müharibə ehtimalının çox yüksək olduğunu bildirib. Bir çox ekspertlər hesab edirlər ki, İsrail İrana hərbi zərbə endirmək üçün ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasını gözləyir.

Bütün bunlar İranın çox böyük hadisələr ərəfəsində olduğundan xəbər verir. Çox böyük ehtimalla demək olar ki, İranda rejim dəyişikliyi ilə yanaşı, mərkəzdən qaçma prosesi başlaya bilər. İranın gələcəyi ilə bağlı müxtəlif ssenarilər müzakirə olunur. Həmin ssenarilərdən biri İranda iki dövlətli dünyəvi və demokartik federasiyanın yaradılmasıdır. Azərbaycanlılar və farslar istisna olmaqla İranda yaşayan xalqların milli-siyasi birlik kimi hələ tam formalaşmasını nəzərə alaraq iki dövlətli federasiya ən yaxşı çıxış yolu hesab edilir. Belə olacağı halda İranın digər xalqları öz seçimlərinə uyğun azərbaycanlılarla və ya farslara qoşula bilərlər. Bu fikrin yaranmasının digər səbəbi isə son prezident seçkilərində seçicilərin əsasən etnik kimlik üzərindən səs vermələri oldu. Son prezident seçkilərinin nəticələrinin yaratdığı mənzərə İranın iki yerə bölündüyünün sübutu hesab edilə bilər.

Əlbəttə, bu, ilk və son ssenari olmadığı üçün İranın altı dövlətə parçalanması da müzakirə olunan məsələlərdən biridir. İranın 6-cı prezidenti Mahmud Əhmədinejad "İndependent"ə müsahibəsində qlobal güclərin İranı 6 yerə bölmək istədiklərini bildirib. Ümumiyyətlə, Əhmədinejat bu fikrini bir neçə dəfə, hətta prezident olduğu vaxt da səsləndirib. Qeyd etmək lazımdır ki, ekspertər İranın parçalanma ehtimalının çox yüksək olduğunda demək olar ki, yekdildirlər. Belə görünür ki, İran çox böyük proseslər ərəfəsindədir və kiçik bir müdaxilə prosesləri geri dönüşü mümkün olmayan mərhələyə keçirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see265

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see124

Bu məktəbdə pul yığımı, qohumbazlıq və intizamsızlıq iddiaları KONKRET

18 Oktyabr 2025 19:48see121

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri