Icma.az
close
up
RU
525ci qəzet Misralara köçən kəlağayı sevgisi

525ci qəzet Misralara köçən kəlağayı sevgisi

Icma.az bildirir, 525.az portalına istinadən.

Bilal ALARLI HÜSEYNOV
ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Arzu Əyyarqızı 1990-cı il noyabrın 20-də Cəlilabad rayonunun Şatırlı kəndində anadan olub. Şatırlıda tam orta məktəbi bitirdikdən sonra Cəlilabad Tibb Kollecində təhsil alıb və hazırda tibb bacısıdır. "Qəlbimin səsi" (2011), "Açılsa dünyanın bəsirət gözü" (2023) və ''Ən müqəddəs pay - kəlağayı" (2024) adlı üç kitabı çap olunub. Şeirləri təkcə Respublika mətbuatında deyil, ölkə hüdudlarından kənarda, Təbrizin və Tehranın qəzet və dərgilərində də işıq üzü görüb. Arzu Əyyarqızının yaradıcılıq nümunələri müxtəlif toplularda, o cümlədən, AYB orqanlarında yer alıb. Onun sözlərinə musiqi də bəstələnib. Ədəbi təşkilatçılığı ilə də fərqlənir. O, yaşadığı bölgənin qələm əhlini özündə birləşdirən "Həməşəra Poeziya Məclisi"nin təşkilatçılarından biridir.

Arzu Əyyarqızının şeirlərindən söhbət açanlar onun poeziyasının mövzu rəngarəngliyinə xüsusi diqqət çəkirlər. Güllü Eldar Tomarlı onun şeirlərini milli ruh nəğmələri adlandırır, adət-ənənələrimizə söykənən poeziyasını yüksək dəyərləndirir: "Başında, çiynində, min illərdir, Azərbaycan xanımlarının qürurla gəzdirdiyi, nənələrimizin mirası qədim milli örtüyümüz kəlağayını - abır, həya, ismət, namus, gözəllik, yaraşıq rəmzimizi bu gün ləyaqətlə gəzdirən, şeirlərində tərənnüm edən Arzu xanımın milli mənəvi dəyərlərə sayğısı sonsuzdur".

Kəlağayı sevgisi onun müxtəlif şeirlərində yer alıb. Bu şeirlərdən biri elə "Pay kəlağayı" adlanır:

Soraqladım nənələrdən,

Tapdım səni, ay kəlağayı.

Qaynanadan gəlinlərə,

Ən müqəddəs pay kəlağayı.

Rənglərin var, məna dolu,

Hər naxışın qədim, ulu,

Keçib gəldin tarix yolu,

İtirmədin say, kəlağayı.

Arzu Əyyarqızının kəlağayı haqqında fikirləri maraqlıdır: "Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirlər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtürlər. Gəlin gətirilərkən onun başına ağ örpək örtmək, arabasının qabağına, ya da mindirildiyi atın boynuna soğanı, narıncı, zoğalı rəngdə kəlağayılar bağlamaq Azərbaycanın milli adətlərindən sayılır. Niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə pay vermək kimi adətlər də mövcuddur".

O deyir ki, vaxtilə Azərbaycanda kəlağayını yeni qurulan ailənin təməli hesab edirdilər. Oğlana kəlağayı bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Elçilik mərasimində oğlan tərəfindən olan qadınlardan biri qırmızı kəlağayıya bürünmüş nişan üzüyünü qız evinə təqdim edərmiş. Elə Arzu Əyyarqızının şeirləri də bu inanclara söykənir:

Qürurumsan, vüqarımsan,

Həcərinsən, Nigarınsan,

Çox şükür ki, sən varımsan,

Rəbbin yolu kəlağayım.

"Kəlağayı" adlı digər şeirində müəllif bu baş örtüyünü "namusum, iffətim, başımın tacı" adlandırır:

Nə gözəl yaraşıq verirsən mənə -

Al rəngdə, butalı gözəl Kəlağayı.

Namusum, iffətim, başımın tacı-

Sən odlar yurduma özəl Kəlağayı.

İpəkdən biçilib, üzükdən keçən,

Minbir cür mənalı rəngləri seçən,

Əsrlər adlayıb bu günə köçən,

Tarixdə iz salan əzəl Kəlağayı.

Keçmişdən məktubsan, töhfəsən bizə,

Üstündə naxışlar nur verir gözə,

Neçə savaşçını çökdürdün dizə -

Yazılsın şəninə qəzəl, Kəlağayı!

Yeri gəlmişkən, bildirim ki, Arzu Əyyarqızının şeirləri klassik struktural ənənələrdən bəhrələnir. Qoşmaları, gəraylıları daha tutumludur. Oxucuya elə gəlir ki, o, bu şeirləri oxumur, kiminsə həzin səsli avazında dinləyir. Obrazlı ifadələri ilə zəngin "Dərdləşmək istəyirəm" şeiri klassik qoşma janrına yeni ovqat gətirir. Belə ki, şeirin bəndləri onbirlik ölçüdə olsa da, hər bəndin dördüncü misrası bayatıvari döndərmə üzərində qurulub. Oxucu sanki emosional, duyğusal bir duanı dilinə gətirir. Dua da adi dua deyil, nəğmə-duadır:

Bu qədər adamın içində təkəm,

Gur saçın içindən ayrılmış tükəm,

Demirəm təkliyə dözməkdə yekəm,

Dərdləşmək istəyirəm...

Dinləyən mən oldum, danışan onlar,

Susdum, lal eylədi dəyişən donlar,

Qışqırdı içimdə sükutlu anlar,

Dərdləşmək istəyirəm...

Arzu Əyyarqızının Vətən sevgili şeirləri doğma diyarın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımıza, şəhidlərə həsr olunub. Onlarda da bu inam ifadə edilir ki, canını torpağa qurban eləyən, məğrurca döyüşüb Bayrağı ən uca zirvələrə sancan oğullar şəhid olsalar da, bu xalqın qəlbində həmişə yaşayacaqlar:

Qalxıb zirvələrə sancdı bayrağı,

Əsdi qorxusundan, titrədi yağı.

Qurban hünərinə, Vətən dayağı -

Alqış Bozqurduma, alqış əsgərə!

Vətən uğrunda döyüşən əsgərlər cəsurluğu, qorxmazlığı ilə yadda qalır:

Sıldırım qayalar ayaq izini

Unutmaz heç zaman, igidim, sənin.

Şuşa dağlarında müsəlləh əsgər,

Şahidi olmusan dumanın, çənin.

Şəhid oğulun anasına poetik ismarıc da təsəllidən çox məğrurluğu ifadə edir:

Qurban olum saçlarının ağına,

Göz yaşınla söndür yanan qəlbini.

Öyüdünlə canı qurban eylədim,

Uca tutdum bayrağımı, gerbimi.

Hər laylanda anam bildim Vətəni,

Böyü dedin, qov düşməni, yağını.

Nəsihətin hopdu mənim qanıma,

Azad etdim zirvəsini, dağını.

Ucqar bölgədə, ədəbi mərkəzdən uzaqda yaşayan xanım şairin şeirlərində bu qəribliyi, həsrəti hiss etmirik. Yaşamaq eşqi, həyat sevgisi, yaratmaq ehtirası gənc xanım şairi ədəbi proseslə ayaqlaşmağa sövq edir. Şeirlərindəbu gün cəmiyyətimizi narahat edən məsələləri qabardır, çağdaş oxucunun zövqünü oxşamağa çalışır. Peşəsinə görə təbabətə bağlı olan Arzu Əyyarqızı təkcə fərdlərin deyil, ümumilikdə cəmiyyətin ağrılarını dilə gətirir, bu ağrıların nicatını isə bütün dərmanlardan təsirli gücə malik olan sözdə görür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:467
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri